Latin

Duygu Kahkasani - 08

Total number of words is 3362
Total number of unique words is 1812
18.8 of words are in the 2000 most common words
27.8 of words are in the 5000 most common words
33.5 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
Elçin tək, Etibar tək yanan çırağı,
Xoşbəxtliklə daim gəlsin sorağı.

Ay Ehtibar, mən bu yolu seçmişəm,
Şeriyyət camından mən də içmişəm,
Sarıgül Yağmuram, candan keçmişəm.
Sizin tək dəyərli insanları vəsf edəcəm,
Bu işdə də haqq yoluynan gedəcəm.

Laləm
Könül çiçəyim, bəzən dəli Kürüm,
Bəhri Xəzərim, qırx bulağım,

Gur şəlaləm, Laləm.

Bəzən boynu bükük bənövşə payım,
Dərin düşüncəm,

183

Sarıgül Paşaqızı Yağmur

Havam, suyum, günəşim,
Bir sözlə yaşamaq stimulum.

Günəş üzlüm, gözəl gözlüm,
Könül çiçəyim, ruhu göyçəyim.
Saflıqda bəyaz Mələyim,
Bir ömür gərəyim Laləm,
Realım, gerçəyim.

Zəngi litseyi

Həyat yollarıyçın düzgün yerişi
Çətin sınaqlara mənim yürüşü
Elmdə, savadda qalib gəlişi
Biz sənə borcluyuq, Zəngi litseyi.

Bayram müəllim, milli dəyərlərin məcmusu səndə,
Şərəfli ömür yolundasan doğma Vətəndə.
Dövlətə sədaqət, dinə itaət,
İnsanlıq da, ləyaqət də var səndə,
Litsey rəhbəri kimi gözəl iz qoydun.

Ata-anamız tək mehribanlığı,
Pak təmiz insantək istiqanlığı,
Bizə həsr etdilər bax cavanlığı.
Zəngi litseyin müəllimləri,
Bizə həsr etdilər uzun illəri.

Kövrək addımlarla yollar getmişəm,
Abdul əziz, Öməri sizə etibar etmişəm.
Daim sizi vəsf etmək olub peşəm,
Bunu şerlərimlə isbat etmişəm.
Rəfiyyə müəlliməm, ey gözəl xanım,
Sizi vəsf etmişəm bunu nə danım.

184

Duyğu kahkəşanı

İndi Abduləziz imtahan versin,
Litsey kollektivi xeyirli bar görsün.
Əziz müəllimlərimiz xeyir dua versin,
Müəllimlər xeyirli bir bar görsün,
Valideyinlər də uğurlu həyacan görsün,
Litsey kollektivi sağlam can görsün.

Sarıgül Yağmur deyər əməyiniz itməsin,
Xoşbəxtlik mələkləri heç sizi tərk etməsin.
Şagirdlərdən sevinəsiz, güləsiz,
Azad vətəndə xoşbəxt ömür sürəsiz,
Zəngi litseyin daim zirvədə görəsiz.

Vəfa

Bir ömrü pay verib taleyin sənə,
Qoy səni qorusun Ulu kimsənə,
Ömür yolun bürünməsin duman-çənə.
Bu ömür yolun xöşbəxt yaşa, ay Vəfa,
Xoşbəxt həyat olsun sənə pay Vəfa.

Vəfa xasiyyətin vardır adında,
Qızınırsan ürəyinin odunda.
Vardır el içində sənin hörmətin,
Nabatınla itməsin heç zəhmətin.
Bir ömür davam etsin bu məhəbbətin,
Pozulmasın bu birliyin vəhdəti.

Vətənin qeyrətli oğlusan sən də,
Sənə hörmətim böyükdür qonşun tək məndə,
Ailəcanlılıq milli dəyərdi səndə.
Bax buna şahiddir tanıyan bəndə,
Düzdü narahatlıq var Vətəndə.
Amma qalib bizik sən buna inan,
100 yaşa çat təbrik eşit o zaman.

185

Sarıgül Paşaqızı Yağmur

A Pünhan

Qərib həsrətiylə bu gün səhəri,
Lap tezdən yoluna çıxdım şəhərin.
İstədim dağların seyrinə dalam,
Doğma Qubadlımı yadıma salam.
İndi döyüşlərdə alınmaz qalam,
Tap-qaraqoyunlu kəndidə mehman olam.

Duman Talış dağlarına süründü,
Doğma torpaq yaşıl nura büründü.
Sonra birdən darvazanın önündə,
Bir mələk gülüşlü insan göründü,
Dünyam sanki gözəlliyə büründü.

İdrakdır varlığın anası inan,
Kamaldır müqəddəs yol tutan insan.
Bu səhər geyinib evdən çıxanda,
Gördüm gülümsəyir təbiət bu an,
Həmin gün qarşıma sən çıxdın, Pünhan.

Yerlər də, göylər də, bu kainatda,
Gözəlliyin əsəridir real həyatda.
Könül bu dünyanı səyahət etsən,
İlahi möcüzələrin seyr etsən.
Hər yerdə hakimdir məhəbbət inan,
Qəlbində məhəbbət yaşadır Pünhan.

Bax bu keşməkeşli həyat yolunda,
Yaşadır bir şair ruhu onu da,
Teymur oğlu Pirkaz sevgisi o da.
Unutmur çətində, darda da inan,
Pirkaz sevgisiylə qururlu Pünhan.

186

Duyğu kahkəşanı

Yaşanan mənalı illər xatirələr dənizidir,
Dünyaya gələn balalar o məhəbbətin izidir.
Şairin sevgisiylə hey gülümsəyən üzüdür,
Hər an doğmalıq yağan o mənalı gözüdür.

Ana kimi anadır balalarına Pünhan,
Odur ki, əzizdir doğmalarına inan,
Amma bəzi yaralar var deyil sağalan.
Bu həyatın hər naxışı var inan,
Böyük məhəbbətə sığınır Pünhan.

Sevdiyim insanla yanaşısan sən,
Səni sevən deyil bir yoldan ötən,
Bir ömrü paylaşıbdı səninlə o tən.
Həm şairdir, həm zəkalı bir insan,
Onun böyük sevgisinə sən inan,
Bu həyata nikbin gözlə bax Pünhan.

Bir qərib Vətən həsrətiylə yanıram mən də,
Zaman pərən-pərən salıb hərəni bir kəndə,
Amma böyük eşqə sığınıb mən də.
Kamillik yaşına çatmışam inan,
Sarıgül Yağmur olmuşam keçdikcə zaman.

Bizi sevdiklərimizdən sındırmasın böyük Yaradan,

Əziz bacım Pünhan səni unutmaram bir an.
Əziz İsrafilovlar ailəsinə

Əziz balalarım, kitablarımda,
Sizli anları, sizlə keçən zamanları.
Sağlığımda təqdim etdiyim üçün,
Çox xoşbəxtəm, bu xatirələr əbədiləşdi, tarixləşdi.

Sizli, bizli zamanları,
İndi tarixləşən anları xatırlayıram.

187

Sarıgül Paşaqızı Yağmur

Bəzən acılı anılardan ağlayıram,
O anları qəlbimin gizli varağında saxlayıram,
Qoy yaddaşa düşməsin, nə də böyüyüb şişməsin.

Bu acılı anları unudub gələcəyə ümidlər bağlayıram,
Bu gözəl gələcəyi düşünəndə dağ çayı tək coşub çağlayıram.
Çünki Ulu Tanrım imdad edir, çünki ümid yerim Allahdır,
Onun böyüklüyünə sığınıb, ona ümid bağlayıram.

Sizsiz darıxsam da, daim qəlbimdəsiz,
Çünki hər cümləmdə, sətrimdəsiz.
Tanrıya şükr edərək kitabları qucaqlayıram,
Sizli anları əbədiləşdirdiyim üçün.
Könlümü çağ saxlayıram,
Sizlərə bir ömür xoş gələcək arzulayıram.

Kitabımda Abduləziz və Ömərin,
Barmaq izlərini, öz əlləri ilə yağdıqları.
Nənəyə aid xoş ürək sözlərini,
Əbədiləşdirib kitaba saldım.
Sarıgül Yağmur kimi,
Bu işimdən də razı qaldım.

Mirsədi ağama

Həyat gedir, çəkmir qəlb minnətini,
Duyur ürəklərin saf niyyətini,
Mizan-tərəzidə hesab çəkəndə.
Uca tutur insan sədaqətini,
Mənəvi saflığı, ləyaqətini,
Bir də seçilmişlər tək mənəvi sərvətini.

Düzdür tutduğun yol haqdır diləyin,
Vicdan tərəqisindədir arzun, istəyin.

188

Duyğu kahkəşanı

Ehtiyac duyana etdin köməyi,
Ulu Tanrım olsun dəstəyin sənin,
Sən dəyərli oğlusan doğma Vətənin.

Tanrıdan seçilmiş bir ailənin oğlusan,
Əməlinlə, vicdanınla el içində doğrusan,
Əziz insan, sevimlisən, əzizsən,
Ona görə ay Mirsədi ağa əqidəsi, təmizsən.

Bəxtəvər o kəsdir qəlbi doludur,
Hikmətli sözlərlə, xoş kəlam ilə.
Daim el içində nüfuz qazandın,
Gözəl və dəyərli kəlamlarınla,
Şəcərədən gələn ehtiramınla.

Əziz insan, şükür qəlbi təmizsən
Bilik, bacarığınla coşqun dənizsən.
Dağ şəlaləsisən bərraq, təmizsən
Gözəl ailənlə xoşbəxt yaşa sən,
Xoşbəxtliklə daim ol qoşa sən.

Tanrıya inamı qazandırırsan,
Gözümdə ucasan, zirvədə qarsan,
Vətənin əziz oğlusan, vüqarsan,
İllərimizi atsanda könlü baharsan.
Əziz Mir Məhəmməddən, sevimli Akifədən
Bu gözəl dünyamıza bir yadigarsan.

Məntiq var, məna var hər bir sözündə.
Odur ki, ucasan elin gözüdə,
Mənəvi bəzəksən yerin üzündə.
Elimə, günümə sən bir örnəksən,
Odur ki, sən bəzə daim gərəksən.

189

Sarıgül Paşaqızı Yağmur

Sarıgül Yağmur deyər bunu hər zaman,
Müqəddəs zirvəsən gözümdə mnan,
Cənnət məkan olsun övliya övladı Atan, anan.
Səni və əzizlərini qorusun uca Yaradan,
Arzum sənə xoşbəxtlikdir Ulu Tanrıdan.

Ayrılıq

Qərib könlüm sənsiz qaldı bu axşam,
Sənli xəyallara daldım, a Pünhan.
Hey dolub boşalmaq közləri qaldı,
Həsrətin sədasın aldım, a Pünhan.

Sənsiz öz donunu dəyişdi zaman,
Qalxdı bir andaca göylərə ahım.
Ermənin boyun mən yerə soxum,
Mən necə dağlara çıxım a Pünhan.

O doğma baxışlar getmir gözümdən,
Allam təsəllini oxşar gözündən,
Öpərəm nəvələrin üzündən.
Xatırlaram sənli olan anları,
Şair Pirkazlı xoş zamanlar.

Vüqarlı vüqarım

Vətənin gələcəyin parlaq görürəm sənlə,
Ay Vüqar, xoşbəxt yaşa doğma vətəndə,
Qoy sənlə qürur duysun balan Ömər də.
Çünki halal zəhmətinlə yaşarsan,
Yaxşı ki, həyatda, ay Vüqar varsan.

Çox az rast gəlinir sən tək insana,
Xasiyyətin rövnəq verir qanana,

190

Duyğu kahkəşanı

Qoy səninlə qürur duysun o ana,
Çünki halal övlad verib cahana.

Mən bu doğmalığı görürəm səndə,
Qiymətli bir insansan doğma Vətəndə,
Səndən ilham aldım tanıdıqca mən də,
Çünki qanımdadı vergi əzəldən,
Yeri düşən tək yazıram şeir, qəzəldən.

Sarıgül Yağmuru sən ruhlandırdın,
Qayğı, diqqətinlə stimullandırdın.
Nurlu könüllərdə işıq yandırdın,
Bu festinlə, bu qayğınla yüz yaşa, Vüqar bala,
Əzizlərini və səni qorusun Alah:-təala,
Amin, Amın, Amin.

İradəm

Ruhum sənlə, cismim məndə inləyir,
Sevən qəlbim xatirəni dinləyir.
Sənsizliyin yağmur olub çiləyir,
İradəm, səni həmişə şən görək.

Ürəyində nur saçan bir şəlalə,
Təbəssümü yaraşıbdı camalə,
Ağrı, acı yol tapmasın bu halə,
Taleyindən heç əsməsin sərt külək,
İradəmi daima gülümsər görək.

Hər bir insan ömrünün şirin, acı dəmi var,
Həyat həzin bir neydir, onun zili, bəmi var.
İradə xanımın öz aləmi var,
Bu təmizlik dəstək olsun qoy sənə,
İlyası, Samiri qorusun Böyük Kimsənə.

191

Sarıgül Paşaqızı Yağmur

Ay İradəm, çox sevimli cavansan,
Zəhmətində halal ruzi qazan sən,
Mətbəədə, nəşriyyatda böyük nüfuz qazan sən,
Halallıqla ömür yolu seçmisən,
Bu yolda çox çətinliklər keçmisən.

Sarıgül Yağmur deyər sözün düzünü,
Yaşa əzizlərinlə ömrün uzunu.
Qismət olsun görəsən sən həyatın gözəl üzünü,
Yerinə yetişsin xoş arzu-dilək,
İradə, səni daima gözəl görək,
Biz doğmaların kimi çox şükür edək.

192

Duyğu kahkəşanı

Özümü axtarıram,
dünya pəncərəsindən

193

Sarıgül Paşaqızı Yağmur

Sən qoru, Allah

Axı kim yarıyıb çətin zamanda,
Hərə etdiyini başa qaxanda,
Namərd, alçaq mərdə silah sıxanda,
Sən qoru bizləri xatadan, Allah,
Haqsızlıq aləmi bürüyüb, vallah.

Qəlbimdən keçəni sormayın nədir,
Həyat maraqlıdı, yaş bəhanədir.
Ürəkdən min arzu, min xəyal gedir,
Sən qoru bizləri bəladan, Allah,
Haqsızlıq aləmi bürüyüb, vallah.

Əllərim acıqdı uca tacına,
Bahar nəsib eylə qəlb otağıma,
Xoşbəxtlik nəsib et bu növrağıma.
Sən qoru bizləri bəladan, Allah,
Haqsızlıq aləmi bürüyüb, vallah.

Qanmazlar işində xeyli dolandım,
Haqsızlar etdilər alışdım-alışdım,
Bəzi məqamlarda lap aciz qaldım.
Artıq səbrim çatmır, bezmişəm, vallah,
Haqsızlıq aləmi bürüyüb, Allah.

Neynirəm

Gözlərim hey yolda qəlb intizarda,
Sən başqa məkanda, başqa diyarda.
Amma məndə güvən də var, etibar da,
Yoxsa etibarsız yarı neynirəm.

Yazdıqca yazıram şeir, qəzəldən,
Buna səbəb vardır inam əzəldən.

194

Duyğu kahkəşanı

Əl çəkmərəm sənin kimi gözəldən,
Sənsiz olan bu diyarı neynirəm.

Bilirsən ki, məndə hazırdır cavab,
Çünki çox oxudum əzəldən kitab.
Qarşılıqlı sevgi özü bir savab,
Səndən özgə bir nigarı neynirəm.

Sən olmadan mən baharı neynirəm,
Aləmi bürüyən gülzarı neynirəm.
Sən mənim ol, qoy, dünyam rəngli olsunl
Sən olmayan bu diyarı neynirəm.

Allahım

Yerin də, göyün də hərəkətlidir,
Dünya güc alıbdır sözündən, Allah.
Qışın da, yazın da bərəkətlidir,
Bizi sən yaratdın tozundan, Allahl

Eşqin qəlbimizdə sönməz od, ocaq,
Olsa da çətinlik lap qucaq-qucaq,
Bizləri gözəllik yaşadır ancaq,
Olduq gözəlliyin kölgəsi, vallah,
Özün imdada yet, kömək ol, Allah.

Varsan, var edənsən özün Qadirsən,
Dünyanı yaşadan höküm Qadirsən,
Yaradanım sənsən, hikmət-nadirsən.
Olduq gözəlliyin kölgəsi, vallah,
Özün imdada yet, kömək ol, Allah.

Hakimi dövransan, hökmü qürursan,
İlkdə ol kəlməsi. Sonra vurursan,
Ruhun nur, eşqi nur, əməli nursan.
Üzümüz nur alır üzündən, Allah,
Bizləri sən salma gözündən, Allah.

195

Sarıgül Paşaqızı Yağmur

Dərin

Mənə bir sual verdin min bir mənası var dərin,
İzahı mümkün olsa, izah edərdim hər birin.

Bu dünya üzündə nə varsa, dəyişir tədricən,
Amma ki, sən fərqlisən, nəysə dəyişmir heç yerin.

Hər kəsin bir dərdi var, hər dərdində bir acısı,
Sənin dərdin başqadır, acısı da gəlir şirin.

Bəzi nadanlar varı pulda görür, malda görür,
Sənin varın daxildə, çox dəyərli, yerin dərin.

Sarıgül, döz acıya, səbr et Allahın eşqində,
Çünki faydası yox, nə nifrətin, nə də kinin.

Zəngini gözləyirəm

Gözlərim leysandır, ürəyim çadır,
Tez keçir aylarım, ilim necəsən?
Nə ünüm yetişir, nə əlim çatır,
Mən hardan öyrənim, bilim necəsən?

Amma səni diqqətlə izləyirəm,
Daima yüksəlməni istəyirəm.
Yanıma gələndə əzizləyirəm,
Mən harda olsam da səni özləyirəm,
Qısası bir zəngini gözləyirəm.

Qəlbinə dəysə də məni bağışla,
Qarşıla sən məni doğma baxışla,
Dinlə şeirlərimi, qəlbdən, alqışla.
Sən mənim doğmamsan bunu unutma,
Sarıgül Yağmuru çox ucuz tutma.

196

Duyğu kahkəşanı

Bənövşəm

Səfalı bahardır ilin göyçəyi,
Bütün canlılara verir dəstəyi,
Həvəsə gətirir gülü-çiçəyi,
Çiçəklərin baş tacıdır bənövşə,
Çox dərdlərin əlaçıdır bənövşə.

Qızmar günəşlidir ilin yay ayı,
Onun da var məhsuldarlıqda payı.
Amma bənövşəm heç sevmir yay ayın,
Qaçıb kol dibində keçirir yayı.
Mənin çox gözəl payımdır bənövşəm,
Hətta müalicə çayımdır bənövşəm.

Səma aydın, yaz günəşi nur saçır,
Güllərin üstündə bülbüllər uçur.
Qara buludlarsa, günəşdən qaçır,
Qaçıb kol dibində qalan bənövşəm,
Məni xoş duyğuya salan bənövşəm.

Mürəbbəsi çox dərdlərin dərmanı,
İçən kimi üzü gülər insanın.
Görən kimi sevindirən mehmanı,
Xəyalı da çox şirindir bu anın.
Özəl paydır bənövşə mürəbbəsi,
Təqdimində sevindirər hər kəsi.

Baharın yoluna dikərək gözün,
Bir həsrətli qız tək duran bənövşəm.
Kövrək dodağında titrək pıçıltı,
Boynunu yol üstə buran bənövşəm,
Yol üstə qız kimi duran bənövşəm.

Mənim həsrətimin adı bənövşə,
Vüsal sevgilərin şadı bənövşə.

197

Sarıgül Paşaqızı Yağmur

Dərdim keçmədi ki, dərmanı olsun,
Damaqlardan getməz dadı bənövşə,
Bax, bu sevginin də adı bənövşə.

Bax, bu olur əsl bayram hədiyyəsi,
Bəh-bəh gəldi bənövşə mürəbbəsi.
Qoy, həmişə olsun belə həvəsim,
Bəzəsin süfrələri bənövşə mürəbbəsi.

Ay bənövşəm, sən ömrümə bəzəksən,
Çox canlısan, nə olsun ki, çiçəksən.
Sən Sarıgülə bax, bir ömür gərəksən,
Həm çiçəksən, həm sehirli mələksən.
Çünki mənə sən bir ömür dəstəksən,
Şirin paydı bənövşə mürəbbəsi,
Təqdimində sevindirər hər kəsi.
21.03.2015

Ürək yorulur

İndi məhəbbətim həsrət dənizi,
Orda dalğaların yarışı başlar.
Tutular göylərin narahat üzü,
Narahat duyğudan düyülər qaşlar,
Sonra da son sözün yağışı başlar.

Qəlbimsə səhvlərdən çoxlu yanacaq,
Niyə bəs qədrimi bilmədilər heç?
Axı el sevgisi daşıdın qəlbdən,
Amma ki, itəndən sonra özləndim,
Bir qərib yolçu tək yolda izləndim.

Belə sancılara dözən ürəklər,
Kövrək yaşlarında tezcə yorulur.
Gün batır, qar yağır, əsir küləklər,

198

Duyğu kahkəşanı

Bilmirəm ayrılıq beləmi olur?
Artıq qəm yükündən ürək yorulur.

Əl açdım əllərim sənə çatmadı,
Özüm yatdım, amma ruhum yatmadı.
Deyəsən istəyə ümid qalmadı,
Yetişdi ayrılıq, beləmi olur?1
Bax, beləcə sınıq qəlbim yorulur.

Gedir

Ürəyimə vurma yara,
Günümü eyləmə qara,
Nə qədər gəlsə də para,
Bu gün gəlir, sabah gedir.

Gələn gəlir ünvanıma,
Hörmət edib ad-sanıma,
Poeziya işləyib qanıma,
Sağlamlıqsa bu canıma,
Bu gün gəlir, sabah gedir.

Düzdü bir az var əsəbim,
Amma pozulmur ədəbim.
Həm də coşğuludur təbim,
Amma nə edim bilmirəm?
Ömür-gün qaçaraq gedir.

Zaman dəyişibdir, qaqa,
Qanmaz sürür sağa-sola.
Əli batmayanda yağa,
Başlayır qisas almağa.
Yığır üstünə ah gedir,
Həm də edir günah gedir.

199

Sarıgül Paşaqızı Yağmur

Uyma sən fani dünyaya,
Düşmə sən boş-boş xülyaya.
İnsanlar fani dünyaya,
Bir gün gəlir, bir gün gedir.

Ay Sarıgül, çəkmə ahı,
Canım, bağışla günahı.
Küsdüyün doğmadır axı.
Allah əfv etsin günahı,
Qalmasın heç kəsin ahı,
Gərdişi dünyadı gedir.

Yollar yolçusu

Yollar dolanbacdı, gülüm, yamacı var, düzü var,
Hər bir yolun insan ömründə silinməyən izi var.
Həyatdı bəzən bu yolun əyrisi var, düzü var,
Bəzi yollarda isə bir qorxunun közü var.

İllərin içindən keçən yolu var,
Yolların üstündə tikan kolu var,
Damarlardan axan qanın yolu var,
Axar, axar gedər durular yollar.

Kimsə tapar ucuz bəhanə gedər,
Kimi cüt, kimisə biganə gedər,
Kimisi qürurla şəhanə gedər,
Kimi yolçusuna vurular gedər.

Üzülər, dağlar baxan olmasa,
Uzanmaz, dayanar çəkən olmasa,
Səni düz yoluna çəkən olmasa,
Yorular, üzülər, çəkinər yollar.

200

Duyğu kahkəşanı

Yollar yorğunuyam yata bilmirəm,
Ürəklə sevdiyimi ata bilmirəm.
Bu ömür yoludu seçə bilməzsən,
Amma hər arzuya çata bilmirəm,
İstəyi başımdan ata bilmirəm.

Ya Rəbbim

Ya Rəbbim, mənə elə ürək ver ki,
Daş atana gül atım.
Ya Rəbbim, mənə elə iman verki,
Qəbrimdə rahat yatım.
Ya Rəbbim, mənə elə ömür ver ki,
Balalarımdan sevinim.

Ya Rəbbim, mənə elə dilək ver ki,
Daim onunla öyünüm.
Elə bir sevgi ver ki,
Məhəbbətdən yanım.
Ya Rəbbim, mənə elə həyat ver ki,
Sənin rizanı qazanım.

Ya Rəbbim, elə bir gün ver ki,
Hər an sənin adını anım.
Ya Rəbbim, elə göz ver ki,
İmkansızı ağlayım.

Ya Rəbbim, mənə elə söz ver ki,
Dağ, çayı tək çağlayım.
Ya Rəbbim, elə yaddaş ver ki,
Sirlərimi saxlayım.
Elə yaddaş, elə sirdaş ver ki,
Ona ümid bağlayım.

201

Sarıgül Paşaqızı Yağmur

Ya Rəbbim, elə ömür yolu ver ki,
Övladlarıma gün ağlayım.
Ya Rəbbim, şükür sənə,
Mənə ümid işığı versənə,
Ümidim yalnız sənə, yalnız sənə.

Həyat bir səhnədir

Bəzən bir macəra, bəzən bir dram,
İstərəm ömürlük bir nağıl quram.
Hərdən bir inciklik, hərdən barışıq,
Amma gözündə, qəlbində işıq.
Bizə baxanlara nümunə olaq,
Yolun azanlara bir çıraq olaq.

Həyat bir səhnədir deyənlər də var,
Hətta ağız-burun əyənlər də var.
Amma ki, düz söz deyənlər də var,
Gəl, indi səhnədə düz rol oynayaq.
Yolun azanlara biz çıraq olaq,
Ən sonda çalışaq mehriban olaq.

Üç övlad böyüdək, xeyrini görək,
Tanrıya daima şükürlər edək.
Nəvələr böyüdək, barını yeyək,
Biz də rahatlanaq ahıl çağında,
Allahım, xoşbəxtlik, bax indi, deyək.

Var mənim

Xalqımın övladı torpaq canlıyam,
Hamıya mehriban, istiqanlıyam,
Şairlər aşığı Azərbaycanlıyam.
Bu cür cənnət məmləkətim var mənim,
Amma Qarabağ, adlı həsrətim var mənim.

202

Duyğu kahkəşanı

Bütöv diyarı gəzmişəm Ərdəbili, Təbrizi,
Böyük, dahi insanların orda qalıbdır izi,

Azərbaycan möcüzələr diyarıdır, gərək söyləsin düzü.

Odur ki, fəxr etməli diyarım var mənim,

Qarabağı tələb etməyə ixtiyarım var mənim.

İstedadlı, dahi oğullardan söz düşəndə,
Ağdamlı Germandan bəhs etdim mən də,
Onun poetik dili salıb məni kəməndə,
Ulu Tanrı eyləsin onu çox xoşbəxt bəndə.
Vətəni vəsf edir bu əziz insan,

Onunçün o şəxsiyyətə hörmətim var mənim,

Qarabağ adlı həsrətim var mənim

Hey yazıram, yenə yazdım dübarə,
Dözməyənlər qılsın başına çarə,
Bir-iki qanmazı atsaq kənarə.
Hər yerdə sevilən sənətim var mənim,
Anlayanlara hörmətim var mənim.

İndi edim balaca bir izahı,
Bu vergidir, verir bizə ilahi,
Sarıgülün yoxdu burda günahı.
İslam adlı şəriyətim var mənim,
El üçündə hörmətim var mənim,
Mübariz olmağa cürətim var mənim.

Gedəcəm

Həyat çox şirindir, ürək doymayır,
İnsan var ki, həyatda iz qoymayır.
Adam var dəryadan damla qıymayır,
Mənsə söz mülkünü qoyub gedəcəm,
Həm də son tikəmi qəlblə böləcəm.

203

Sarıgül Paşaqızı Yağmur

Ey könül, susmasın eşqin, həvəsin,
Qoy, daim hər yerdə gurlasın səsin.
Sevənlərim üçün gələcək nəfəsim,
Xalqıma qeyrətlə xidmət edəcəm,
Sonda son tikəmi bölüb gedəcəm.

Şərəflə yaşayıb ömür sürənlər,
Dərin düşüncəli, uzaq görənlər,
Şeriyyətin dəyərini bilənlər.
Mən öz izlərimi düzlərə qoydum,
Ən yaxşı sözləri sizlərə qoydum.

Dünyada bir dəfə doğulur insan,
Ağıllı, düşüncəli, ya da ki, nadan,
Ay ürək, gəl köçmə, tez bu dünyadan.
Cahilə, nadana gülənlər də var,
Poetik dünyanın qədrin bilənlər də var.

Almışam həmişə qiyməti eldən,
Görmüşəm hər zaman hörməti eldən,
Eşitmişəm müdrik söhbəti eldən.
O müdrik söhbətdən ilham almışam,
Sarıgül Yağmur tək yadda qalmışam.

Körpə uşaq olaydım

Kaş ki, bir quş olaydım,
Uçub qanad çalaydım.
O Hərtiz meşəsində,
Lap gizli köşəsində,
Bir qızılgül kolunda,
Lap Boynəkər yolunda.
Gizli yuva quraydım.

Mamam yuxa salanda,
Nənəm olan eyvanda.

204

Duyğu kahkəşanı

Gizlicə göz qoyardım,
Yağ dürməyindən doyardım.
Nənə, nənə, ay nənə,
Ay, biraz da versənə,
Deyib hay-küy salaydım,
Körpə uşaq olaydım.

Sonra çəpərdən keçib,
Süleyman dərəsində,
Zümrüd mamam/ı göyrədim.
Çırpısın götürəydim,
Köməyinə çataydım,
Yükü dalından ataydım.

Gəncəçik qız olaydım,
Lap o yaşda qalaydım,
Kaş ata-analı olaydım.
Nağıllı dünyamıza,
Bir də qonaq olaydım,
Elə orda qalaydım.

Səninləyəm

Tutulsun ayağım, görməsin gözüm,
Yadına düşdükcə gəlməmişəmsə.
Bölünüm min yerə qəlpələnərək,
Səninlə ağlayıb, gülməmişəmsə.

Könlümün ən şirin sevdası sənsən,
Ruhumun məhəbbət dünyası sənsən,
Ömrümün, günümün mənası sənsən,
Mən də səninləyəm, ölməmişəmsə.

Ürəkdən keçəni göz-gözə deyər,
Həyanı, isməti üz-üzə deyər,
Bu qərib öləndə bircə söz deyər,
Bağışla, qədrini bilməmişəmsə.

205

Sarıgül Paşaqızı Yağmur

Gəlmişəm

İçimdə vüqarım, başımda qarım,
Baxsan dağ görərsən qarşında məni.
Sən gəldin dünyama ilk bahar kimi,
Nə yaxşı güldürdün üzümü mənim,
Qovdun bax, başımdan dumanı, çəni.

Gözlərim önündən getmir xəyalın,
Nədir bu duyğunu adın biləydim.
Səni görən gündən gözüm sevinir,
Gözlərindən sevinc yaşın siləydim.

Buraya gəl, ay dərdimin çarəsi,
Sənlə, sənli olmaq üçün gəlmişəm.
Axı səndədir qəlbimin parəsi,
Bax onun halın sormağa gəlmişəm,
Qəlbimizi qorumağa gəlmişəm.

Şirin xəyal

Biz həyat yükündən çox xəbərdarıq,
Təmiz insanlara biz dostuq, yarıq.
Bir günəş tək, ay tək sənin dünyanda,
Həyatda olduqca yanında varıq.

Bax, indi artıq gör keçib neçə gün,
Narahat oluram, gülüm, sənin üçün.
Hərdən zəngin üçün, bir xoş sözün üçün,
Özüm də bilmirəm çox darıxıram.

Həyatı sən varsan deyə çox sevdim,
Dadsız həyatımın dadı sən oldun,
İstək-zad yalandı, düşünən zaman.
Qəlbə atəş saçan odu sən oldun,
Həqiqi istəyin adı sən oldun.

206

Duyğu kahkəşanı

Nəsihət

Çalış ömrün boyu halal olasan,
Halal zəhmətinlə yadda qalasan.
Halal əməlinlə yaşa dolasan,
Haramdan uzaq ol, yaşa halalnan.

Oğurluq eləmə, sən haram yemə,
Doğruya meyl elə, sən yalan demə.
Yaxşılıq eləsən inan hər kimə.
Əvəzin alarsan Pərvərdigardan.

Nə qədər ömrün var yaxşılıq eylə,
Əyriyə əyri de, düzə düz söylə.
Cavab verəcəksən hər bir əmələə,
Bunu təsdiq edir müqəddəs Quran.

Hər kim nə əkərsə onu da biçər,
Yaxşıyla, yamanı Xudavənd seçər.
Kim bu imtahandan hünərlə keçər,
Yerin cənnət edər böyük Yaradan.

Xeyir, şərdən misal gətirirəm mən,
Gələcək nəsilə yetirirəm mən,
Bu nəsihəti burda bitirirəm mən.
Başa düşəcəklər, edirəm güman,
Sarıgül Yağmuru etmə imtahan,
Tanrım, bizi qoru şərdən-xətadan.

Şəhidlər

Ölməz ərənlərdir şəhidlərimiz,
Bizim qəlbimizdir sizin yeriniz.
Artıq üzülməsin əzizlərimiz,
Qanınız yerlərdə qalmayacaqdır.

207

Sarıgül Paşaqızı Yağmur

Oyunda zər atar hərə baxta-baxt,
Xalqa xidmət edən qazanar tacı-taxt.
Şəhid qanı inan itməz heç bir vaxt,
Daha qərənfillər solmayacaqdır,
Şəhid qanı yerdə qalmayacaqdır.

Düşmənin üstünə məğrur getdilər,
Canların Vətənə qurban etdilər.
Tanrı dərgahında kama yetdilər,
Şəhidlər, şəhidlər, igid şəhidlər.

Dözmədi millətin axan qanına,
Amma ki, qıydılar şirin canına,
Yaddaşlara köçən hər bir anına.
Bir daha xəyanət olmayacaqdır,
Şəhid qanı yerdə qalmayacaqdır.

Ömür yolu

Ömür həyat kitabıdırr, varaqların biz kəsirik,
Yaşanan varaqların hər biri üstə əsirik,
Yaşayanda duymuruq, bax necə gəldi gedirik,
Amma ki, ömürdü bu, yaşayırıq, tələsirik,
Bax beləcə təqvim kimi vərəqləri biz kəsirik.

Kəsilən o varaqlar xatirələr dənizidir,
Yada salınan keçmişimin təkrarlanmayan izidir,
Mənim duyğum həssasdır, çün havadan nəm çəkirəm,
Düzünü söyləməsəm ürəyimdə qəm çəkirəm.

Doğmalarım yadlaşanda lal olardım danışmazdım,
Kənardan boylanardım, heç qaynayıb qarışmazdım.
Nahaqdan qəlbə dəyilməz, bu həqiqət də düzdü,
Çünki qəlbim saf bulaq suyu tək təmizdi.

208

Duyğu kahkəşanı

Havadan çəkdiyim nəm olanları bilməyimdir,
Olub keçən keçmişdir, ona içdən gülməyimdir.
Amma qoy düzün bilim, nə olsun keçmişimdə qalıb,
Sarıgül Yağmur kimi hər səhifədə də iz salıb.
Bilmədiyim bir şey qalıb, indi qoy onu da deyim,
Bilmədiyim bir şey varsa, o da nə vaxt ölməyimdi.

Kömək edin

Yuxum ərşə çəkilib yatmıram,
Qayğı fikirləri başdan atmıram,
Vətən torpağın dığaya satmiram,
Amma gücüm çatmır halım yamandır.
Ay qardaşlar, köməy edin amandır.

Görəsən indi haradır bu yol,
Vətən həsrəti salıbdır qəlbə yol,
Ay vətən övladı, gəl qeyrətli ol,
Qoymayaq Vətəni darda amandı.
Əsgər analarının halı yamandır.

Canından pay verən ata məzarı,
Südüylə can verən ana məzarı,
Bu Vətənin hər bir qarış torpağı,
Yaralıdır, əl çəkməyin zamandır.
Vətənin dağları, çəndi, dumandı,
Ey igidlər, qalib gəlin amandır.

Qubadlı da, Zəngilanım haraylar,
İndi görən nə haldadır oralar?
Şəhid anaları bağlayıb qaralar,
Bu mənzərə ürəyimi paralar,
You have read 1 text from Azerbaijani literature.
Next - Duygu Kahkasani - 09
  • Parts
  • Duygu Kahkasani - 01
    Total number of words is 3404
    Total number of unique words is 1879
    18.6 of words are in the 2000 most common words
    27.0 of words are in the 5000 most common words
    32.2 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 02
    Total number of words is 3382
    Total number of unique words is 1764
    17.5 of words are in the 2000 most common words
    28.0 of words are in the 5000 most common words
    34.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 03
    Total number of words is 3421
    Total number of unique words is 1771
    16.3 of words are in the 2000 most common words
    25.9 of words are in the 5000 most common words
    31.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 04
    Total number of words is 3379
    Total number of unique words is 1766
    16.5 of words are in the 2000 most common words
    26.1 of words are in the 5000 most common words
    32.0 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 05
    Total number of words is 3372
    Total number of unique words is 1643
    18.4 of words are in the 2000 most common words
    27.9 of words are in the 5000 most common words
    34.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 06
    Total number of words is 3375
    Total number of unique words is 1699
    17.4 of words are in the 2000 most common words
    27.6 of words are in the 5000 most common words
    33.3 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 07
    Total number of words is 3376
    Total number of unique words is 1685
    17.4 of words are in the 2000 most common words
    25.9 of words are in the 5000 most common words
    32.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 08
    Total number of words is 3362
    Total number of unique words is 1812
    18.8 of words are in the 2000 most common words
    27.8 of words are in the 5000 most common words
    33.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 09
    Total number of words is 3350
    Total number of unique words is 1873
    17.5 of words are in the 2000 most common words
    26.6 of words are in the 5000 most common words
    31.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 10
    Total number of words is 3452
    Total number of unique words is 1816
    18.4 of words are in the 2000 most common words
    28.3 of words are in the 5000 most common words
    34.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 11
    Total number of words is 3444
    Total number of unique words is 1955
    18.7 of words are in the 2000 most common words
    29.4 of words are in the 5000 most common words
    35.3 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 12
    Total number of words is 3152
    Total number of unique words is 1808
    21.9 of words are in the 2000 most common words
    31.6 of words are in the 5000 most common words
    35.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.