Latin

Duygu Kahkasani - 07

Total number of words is 3376
Total number of unique words is 1685
17.4 of words are in the 2000 most common words
25.9 of words are in the 5000 most common words
32.8 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
Dəyərli qonşum Nabat,
Səni hər arzuna çat.
Pislikləri başından at
Səni sıxmasın həyat.

Arzum budur muradına çatasan,
Narahat günlərin daşın atasan,
Yatanda evində rahat yatasan.
Səni bu zamanda sıxmasın həyat.

Səni sıxmasın həyat,
Nabat hər arzuna çat,
Ol Allaha amanat,
Neçədi yaşın Nabat?
Vəfanla yüz yaşa çat.

Həyatda göstərirəm sözlə olan mərifətimi,
Mənə dəyəri olanlar da verir qiymətini,
Çünki mən gərəksizin istəmirəm söhbətini,
Hər bir insan kamalıyla yaşadar şəxsiyyətini.

Ömür karvanın ötən illəri,
Yaşının üstünə qoy yaş gətirsin

159

Sarıgül Paşaqızı Yağmur

Açılsın bağçanda qönçə güllərin.
Hər bahar kədəri səndən ötürsün,
Ağrı-acıları səndən götürsün,
Ömrünü yüz yaşa sağlam gətirsin.
Sarıgül Yagmuru cuşə gətirsin.

A qardaş

Sən ey dünya görmüş zəhmətkeş qardaş,
Gənc yaşdan tanışıq, bax keçsə də yaş,
Yoldaşın Zinyətlə də qonşu kimi,
Xeyirdə, şərdə də oluruq yoldaş.

Ay İman, xalqımın zəhmətkeş oğlusan,
Sevdiyin Zinyətinə gözəl həyat qurmusan,
Dəyərli oğulların dalında da durmusan.
Həyat boyu gözəllikdən zövq alasan,
Tanrının sevimli qulu olasan.

Gəlirdən, çıxardan vardır xəbərin,
Təmiz söz deməyə çoxdur hünərin,
Şərəflə doldurdun həyat dəftərin.
Ailədə də sözün keçərli qardaş,
Tanrı mükafatıdır Zinyət sənə yoldaş.

Sən hələ də zəhmətə qatlaşırsan,
Oğulların Xəqaniylə, Elmanla, Ruslanla,
Bu yolda əl-ələ dostlaşırsan.
Bir ailə babası kimi ürəklə yanaşırsan,
Arzumdur ki, əməyin itməsin İman qardaş,
Bu ömür yolunda xoşbəxtlik olsun sənə yoldaş.

Sarıgül Yağmur deyər sözün düzünü,
Görəsən sən yaşının sağlam canla yüzünü,

160

Duyğu kahkəşanı

Görəsən ətrafında doğmaların üzünü.
Bizdə gələk təbrikə səni ay İman qardaş,
Bizi sevməyənlərin başına olaq bir daş,
Nə edək Allah yaradıb deyirik, a qardaş.

Ehtiyacım var sənə
(Asəfin 70- illiyi münasibətilə)

Həyatımın bəzəyi, fəxr edirəm səninlə,
Mülayimləş, kobud olma mənimlə,
Mənalı bir ömür keçdik səninlə.
Üç övladı bəxş elədik həyata,
Mən cəfakeş ana oldum, sən də dəyərli ata.

Sənsən mənim tək arzum, tək diləyim,
Ağrıdığım dar günümdə gərəyim,
Asəf halal olsun sənə əməyim.
Cəkmə siqareti, ziyandır sənə,
Bunu deyəcəyəm mən dönə-dönə,
Cünki mənim ehtiyacım var sənə.

Yığılmır yollardan fikrim, xəyalım,
Görən qəriblikdə kimim var mənim.
Hamıya xoş gələn sözüm, söhbətim,
Özümü ağladan qəmim var mənim.
Cünki dərd yüklü bir gəmim vardır,
O gəmi yükündə dörd növ xəstəliyim qübardır.
Amna ki, dəstəksən ehtiyacım var sənə,
Qoy bizi qorusun Ulu Kimsənə.

Sarıgül Yağmur səni səslər düzlüyə,
Yetmişin mübarək, gedək yüzlüyə.
Bir-birmizin sağlamlığın izliyək,
Övladlar da ürəkli qocalsınlar,
Baxıb bizim sevgiyə güc alsınlar.

161

Sarıgül Paşaqızı Yağmur

Həşim həkim

Həşim həkim sənlə qonşu olmuşam,
Yaşlanmışam indi yaşa dolmuşam,
Başımda dumanlar içində qalmışam.
Bəlkə bir çarə qılasan başıma,
Vaxtsız əcəl gəlir mənim qarşıma.

Götür sinəm üstən bu ağır dağı,
Qıyma bir ocağın sönsün çırağı,
Məsləhətinlə Asəfin sən ol dayağı.
Mənli yaşamağa vardır marağı,
Bizik bu yaşda bir-birimizin arxa-dayağı.

Həyatın bu şirin, bu yetgin çağı,
Gözəl bir insan tək gəl ol dayağı.
Sənsən Naftalanın məşhur insanı,
Gözəl bir ailənin şahı sultanı.

Göyçək həkim kimi gözəl yarın var,
Bəhruz, Fariz kimi istedadlı balaların var.
Qoy onlarla fəxr etsin sizi tanıyanlar,
Çünki bu balalarda sənin özəl payın var.
Həşim həkim qoy sizi qorusun Ulu Pərvərdigar,
Bu şer də Sarıgül Yağmurdan sizə yadigar.

Ailə atası

Bir ömür yaşamaq olubdu çətin,
Ailə atası tək oldu zəhmətin.
Çəksən də illərin sən əziyyətin,
Samir tək oğulun yetişdi mətin,
Tanrı versin balaların qismətin.

162

Duyğu kahkəşanı

İnsanlıq qanıyla yoğrulmuşuq biz,
Mərdlik qarşısında dayanmışıq düz,
Sizin tək mərifətli insanlar, Bəylər qardaş.
Bu qərib könlümə salıb doğma iz,
Səni daim görmüşəm qəlbi təmiz.

İllərdir qonşu tək mehriban olub,
Bir şəhərdə işləyib yaşa dolub,
Gözəl balalarının müəllimi olub,
Onların qəlbinə xoş iz salmışam.
Bax beləcə yaxın, doğma qalmışam.
Naqilə müəlliməylə iş yoldaşı olmuşam.

Yüksək mənəviyyatlı balaların var.
Onlarla fəxr elə daim ye nübar
Bir ömürü zəhmətlə, alın təriylə
Bax belə yüz yaşa qəlbində vüqar.
Sarıgül Yağmur bacın səni alqışlar.

Aylinim

Bu bir tale yükü biz daşıyırıq,
Alın yazısını biz yaşıyırıq,
Hərdən qaysaqlı yaranı qaşıyırıq.
Kaş ki, bu ayrılıq çataydı sona,
Xoşbəxtlik mələyi çiyninə qona,
Bu həsrət, bu özləm tez çata sona,
Aylinimi birlikdə böyüdə ata-ana.

Könlüm istərdi ki, hər ayım, ilim,
Sənlə birgə keçəydi gözəl Aylinim.
Sən könül bağımda bitən çiçəksən,
Həm həssassan, həm də bir az kövrəksən.
Aylinim, sən hamımıza gərəksən,

163

Sarıgül Paşaqızı Yağmur

Kaş ki, bunu duya biləsən Aylin.
Hər məni görəndə güləsən Aylin,
Hərdən çıxıb bizə gələsən Aylin.
Sarıgül Yağmura nənə deyəsən Aylin.

Zəhmətkeş insan
(Ocaqverdi Hidayətovun ad gününə həsr edilir)

İnsan kimi insansan,
Səviyyəli, qabiliyyətli, təmiz bir ailə kimi
Daim yadda qalansan,
Bax elə ona görə bu təbriki qazan sən.

Bu gün ad günündür, ay Ocaqverdi,
Düşündüm bu günü tarixə salım,
16, 6, 1966, 2016 rəqəmlərini,
Maraqlı faktor tək yaddaşa salım,
Özüm də bu xidmətlə qonağın olum.

Müqəddəs bir babanın övladısan sən də,
Mən də qürur duyuram həm Xəzəllə, həm sənlə,
Mənəviyyatca təmiz, gözəl ailəsən sən də,
Övladların fəxr etsin hər yerdə söz düşəndə.

Halal zəhmət əyarın olubdu gənc yaşından,
Heç kəs çıxara bilməz bu olanı başından.
Heç yerdə geri qalmır dostundan, yoldaşından
Çünki halal çörəkdir bu ailənin məramı
Onun xanımı Xəzəl heç sevməyir haramı
Bir yerdə işləmişik, onu tanıyır hamı.

Ay Ocaqverdi, bu ad günün mübarək,
Əziz oğlun Fərahimin toy gününü də görək,
Nəvələrin Xalidə və Zəhranın xoşbəxt taleyin görək.

164

Duyğu kahkəşanı

Sən çox gözəl insansan bunu qoy hamı bilsin,
Bu şe"r hədiyyəmlə sevənlərin sevinsin.

Yaraşıqlı, ağıllı Fərahimə xoş dilək,
Bir gün yığışaraq biz onun toyuna gələk.
Sarıgül Yağmur desin oğlan toyun mübarək,
Ay Ocaqverdi, səni daima xoşbəxt görək.
Çünki sən qazanırsan halal zəhmətlə çörək,
Sevənlərinlə birgə 100 yaşını qeyd edək,
Amin, amin ay oğul amin deyək.

Aliyəm

Gözəlliyi, təravəti üzündə,
Danışdıqca sevinc yağar gözündən,
Daimi bir cəsarət var sözündə,
Odur ki, hörmətlidir el gözündə.
Arzum budur xoşbəxt yaşa Aliyəm,
Əməyin getməsin boşa Aliyəm.

Əməyiylə, hünəriylə ucalar,
Əlçatmayan zirvələrdən var olar,
Bala bəslər, nəvələrdən güc alar.
Asiminlə qoşa yaşa Aliyəm,
Ayağın dəyməsin daşa Aliyəm.

Sinəsində məhəbbəti bitməyir,
Bağladığı əhdi- peyman itməyir,
Haqsızlıqla könlü yola getməyir.
Nadanlara fikir verməz Aliyəm,
Layiqsizdən söz götürməz Aliyəm.

Məlahət var o işvəli gözündə,
Kişi-kişi mərd dayanar sözündə,

165

Sarıgül Paşaqızı Yağmur

Ana kimi bu dünyanın köksündə.
Gözəl, özəl iz qoyubdu Aliyəm,
Sarıgül Yağmur deməyə söz qoyubdu Aliyəm,
Xanımlığı ilə dünyamda iz qoyubdu Aliyəm.

Pərvanəmə

İstər səni hər tədbirdə ürəyim,
Ay niyyətli gözəl, qəlbi kövrəyim,
Tanrıdan xoşbəxtlikdir sənə diləyi.
Vaqifinlə yaşa qoşa Pərvanəm,
Bir ömrü şərəflə yaşa Pərvanəm.

Eşitmişəm poeziya sevənsən,
Duyğulusan, ilahidə görənsən,
Bu müqəddəs bir amaldır güvən sən,
Mehdidən, Hüseyindən arzuna çatarsan.

Nərgizinlə sən rahatlıq taparsan,
Doğma Şəbnəmimdir hey səni öyən,
Bax həyat belədir gərdişdir deyən,
Gözəl Pərvanə Vaqifinlə sənə bir ömür uğurlar.

Şəbnəmə

Arzumdur hər xoşbəxtlikdə,
Tanrım pay versin sənə,
Biz də şərik olaq,
Şükr edək dönə-dönə.

Məni duyğulandırır sənin həzin keçmişin,
Gözəl təsadüfdür sənin gəlişin.
Məni riqqətə gətirir sənin mənalı gülüşün,
Arzum budur ay Şəbnəm avand olsun hər işin.

166

Duyğu kahkəşanı

Düzdü xatirələr də nağılın bir tayıdır,
Yaşanan hər bir an bizə tanrı payıdır,
Düşünmə ki, evində olduğun əmidir ya dayıdır.
Çünki sən mənim ruh əkizimsən,
Həm qohumum, həm doğmam, həm də ki əzizimsən.

Nailə, Mehdi kimi dəyərli insanlar,
Pərvanəm şükür ki, həyatında var.
Odur ki, Vüsalınla daim xoşbəxt olasan,
Həsən, Fərid gözəl ana paylarınla alasan.
Çünki həm zəkalı, həm əxlaqlı həm də gözəl balasan,
Sarıgül Yağmuru da daim yada salasan.

Azər həkim
(Sevimli şagirdim diş həkimi Azərə həsr olunur)

Azər həkim, alicənab oğulsan,
İnsanlıq dasdanında çox şirin bir nağılsan.
Həm bilikli, ləyaqətli, gözü tox,
Allah səni bu elə görməsin çox.

El içində nüfuzlusan, üzün ağ,
Yüz il xoşbəxt yaşa olsun canın sağ,
Xata-bəla olsun ailəndən uzağ.
Allah səni ailənə bağışlasın,
Ailəni də nəzərində saxlasın.

Azər həkim, elin səndən güc alsın,
Sevənlərin sənlə birgə qocalsın.
Gəncliyini vəsf etdiyin Vətəndə,
Hər yerdə şöhrət heykəlin ucalsın.

Yaşa Azər Aybəniz gülünlə yaşa sən,
Elşəndən, Ayşəndən sevinəsən qoşa sən.

167

Sarıgül Paşaqızı Yağmur

Ömür yollarınız çiçəkli olsun,
Ailə büdcəniz ruziylə dolsun,
Sizi bəlalardan Allah qorusun.

Sarıgül Yağmur müəllimin olmuşdur,
Gözlərinin önündə yaşa dolmuşdur,
Siz tək balaların vəsfini kitablara salmışdır.
İndisə budur fəxr edirəm səninlə,
Poetik dünyaya gedirəm səninlə,
Tarixləşən yaddaşa imza edirəm səninlə.

Təsadüf

İbrahim, xalqımın zəhmətkeş oğlusan,
Sevimli Bəsdi ananın göz işığı barısan.
Həyatını bəzəyəcək biri ilə,
Xoşbəxt yaşa birgə ömür, yolu sən.

Bu həyatdan doyunca kam alasan,
Xalqımızçün sən alınmaz qalasan,
Ləyaqətli, çox da təmiz balasan,
Gözəl ömür yolunla həyatda iz salasan.

Sən mənim gözümdə saf bir həqiqət,
Səndə vardır həm tərbiyə, mərifət.
Ürəyimə bahar ruhu gətirdin,
Ay İbrahim, sənin toyunu görək,
Halay çəkək Tahirlə, Fəziləylə gərək.

Sarıgül Yağmur yaddaşa iz salandı,
Səni görcək qəlbimdə ocaq yandı,
Yoldaşım Asəf də insan tanıyandı.
Odur ki doğmalaşdın bir anda,
Bax bu şe"rim də yarandı o anda,
Mən sevinərəm yada salınanda.

168

Duyğu kahkəşanı

İradənin İradəsi
(İradə xanımın nəvəsinə)

İradənin İradəsi,
Nənələrin göz didəsi,
Bax daima gəlsin səsi.
O bir nəslin göz didəsi,
Çox şirin qızdı bu qız,
İşvədi nazdı bu qız.

Kimi görsə sevinər,
Əl, qol atar əylənər,
Əzizləri öyünər,
Şükür xoşbəxt görünər.
Şirin baladı bu qız,
Dərdə dəvadı bu qız.

İradə nənənin sevinci,
Bu qız parlaq bir inci,
İradə-Təhməzin nadinci.
Aysel, bundan az inci
Çünki gözəldi bu qız
Ailədə özəldi bu qız.

Sevinərdi Malik baban,
Yeri olsun cənnət məkan,
Sevir səni bibin Fidan.
Dayın Tofiq, bibin Aygün,
Sevinirlər gördüyü an.

Sevir səni Sevinc nənən,
Çün onunda nəvəsisən,
Bu xoş gündə İradə nənənin.
Şairə dosdu, Sarıgül Yağmur,
Vəsf edəcək səni hər il,

169

Sarıgül Paşaqızı Yağmur

Sevimli Ayxan

Sevgi, məhəbbətin, təmiz əxlaqın,
Təmiz meyvəsisən əziz Ayxanım.
Ən gözəl nəğmədir varlığın sənin,
Sən ilk nəvəsisən Təvəkkülün, Şəhlanın.

İstəklə, ürəklə oxşa onları,
Sənsən Asimim, Aliyənin vüqarı.
Şirincə dayı payısan Cəlalın,
Gözümdə ayrı aləmsən Ayxanım.

Sənsiz ləzzəti yox meşənin, dağın,
O gözəl yerlərdir sənin oylağın,
Gün gələr bir gözəl qız olar qəlb qonağın.
Onda elçiliyə gedərik canım,
Ən ümdə arzusudur nənən bu Şəhlanın.

Ən böyük zirvələri fəth edəsən,
Xoşbəxt ömür yoluyla gedəsən,
Təvəkkülü xoşbəxt ulu baba edəsən.
Nəslinin fəxridir Təvəkkül baban,
Ona can sağlığı diləyimdir Tanrıdan.

Asim ata qoy səninlə fəxr etsin,
Yüksək naliyyətlərinin ardınca getsin,
Əziz atan kimi bunu haqq etsin.
Çünki Aliyənin can yoldaşıdır,
Arzularına şərik, ürəyinin başıdır.

O körpəcə Aysu sənin bacındır,
Gözəl əxlaqıyla baş tacındır,
Sənlə fəxr edəndir çünki bacındır.
Sarıgül xanımdan bu şer sənə hədiyyəm olsun,
Tarixləşən kitabımda sənə uğurlar olsun,
Xəta-bəlalardan səni Tanrım qorusun.

170

Duyğu kahkəşanı

Ceyranım

Ceyranım, qəlbimdə özəl yerin var,
Ürəyimdə aşır-daşır arzular.
Xəyallarca görüşürük Ceyranım,
Xəyalları reallaşdırmaq olar.

Sən bizə gələrsən, mən də ki, sizə,
Oturub dərdləşərik üz-üzə.
Nə zaman ki, biz gəlirik göz-gözə,
Şirin duyğuları qarşılaşdırmaq olar.

Sənsiz gözlərimdə virandı dünya,
O şaqrat gülüşü özləyəcəyəm.
Sənin gəlişinlə güldü gözlərim,
Sarıgül Yağmurun düzüldü sözləri,
Səni ömrüm boyu gözləyəcəyəm.

Bir yol yoldaşım

Sonsuz arzularla yaşayır insan,
Təsadüfi yolculuq bizi rast saldı o an.
Yol boyu danışdıq sözdən, qəzəldən,
Sanki tanış idik biz lap əzəldən.

Təbiətdə həyat mövcud olandan,
Yaranan can atar yaşamaq üçün.
Sabahın tələbin hiss edib bəzən,
Dünənin yükünü daşıyür bu gün.

İnsan ürəyinin aynası gözdür,
Ordan gələn işıq alovdur, közdür.
Yol boyu poetik anlar yaşadıq,
Yolculuqdan razı qaldıq bu düzdür
Onunçün ay İlkin, xatirin əzizdir.

171

Sarıgül Paşaqızı Yağmur

Azəri yurdunun oğlusan sən də,
Fəxr edəcəm hər səndən söz düşəndə,
Hərdən yolun düşsə bax sizin kəndə.
Orada bizim doğmaların da yurdu var,
Qoy səni qorusun o Pərvərdigar,

Necə gəlir, necə keçir bu günlər,
Neçə-neçə açılmayan düyünlər,
Sarıgül Yağmurçün dəyərli bu günlər.
Qoy biz rastlaşdırsın toy düyünlər,
Həmişə qismətimiz olsun xoş günlər.

Gülverdi qardaşıma

İnanıb insani sədaqətinə,
Mərifətli insan tək ünsiyyətinə,
Milli dəyərlərin ülviyyətinə,
Səni sadiq gördüm, Gülverdi qardaş.

Mənimlə, ailəmlə ünsiyyət qurdun,
Qeyrətli insan tək qulluqda durdun,
Ailənə, sədaqətinlə qəlbimdə yuva qurdun.
Uğurlu, radarsız yolların olsun,
Səni xətalardan Allah qorusun.

Saf övladlar yetişdirmisiz qoy üzünüz ağ olsun.
Oğlanların Sərdar, Seyfəddin, Qurban,
Birdə Saməddin sağ olsun.
Qəhrəman ana tək Zərbab xanımın.
Daima sizlərlə keyfi çağ olsun,
Altı qız ətrafda qoy çıraq olsun,
Hər yerdə işiniz qoy avand olsun.

Əminə, Rəsmiyə, Aygün və Həyat,
Dilrubə, Məhluqə gəl anaya çat,

172

Duyğu kahkəşanı

Qoy sizi sıxmasın bu gərgin həyat.
Nəvələrdən də xoş gün görəsən,
Sevimli Zərbabınla bizə də qonaq gələsən.

Düzdür tutduğun yol, haqdır diləyin,
Əqidən təmizdir, safdır ürəyin,
Sarıgül Yağmur deyər yerinə yetsin,
Allahdan umduğun hər bir isdəyin.
Ailənin başından əksik olma sən,
Ay qardaş, heç bir vaxt darda qalma sən.

Yaxşı ki, dünyada vardır yaxşılar

Yaxşı ki, dünyada vardır yaxşılar,
Yoxsa bu gözəllik yalan olardı.
Gözəl münasibət, bir də ləyaqət,
Qiymətsiz olardı, yalan olardı.

Əzəmətli bir qüdrət var adında,
İşində realsan el qızınar odunda,
Ay Şəhriyar, yaxşı saxla yadında,
Düzlük müqəddəslik o yoldasan sən.

Xeyirxahlıq olsun sənin vərdişin,
İnsanlığı sevindirsin hər işin,
Əzbər olsun qoy dillərdə gərdişin,
Sənə inanıram o yoldasan sən.

Sarıgül Yağmur deyir istəyini, sözünü,
Xoş təbəssüm qoy bəzəsin üzünü,
Ədalət yolunda danış sözün düzünü,
Mənim ümidim var o yoldasan sən.

173

Sarıgül Paşaqızı Yağmur

Gözümüz aydın

Sən mənim canımsan, qolum qanadım,
Səninlə ucalır hər yerdə adım,
İstəyirəm fəxr etdiyim bu adın,
Kölgəsində böyük nəsil ucalsın,
Abduləziz balam Tanrıdan güc alsın.

Bu həyat yolunda dayandım mənim,
Gördüm elm öyrənmək çətindir, çətin,
İtirmədim müəllimlərin diqqətin,
Qazandın qeyrətlə elin hörmətin,
Əməyin itməsin ay Abduləziz.

Atanın əziyyətin yerə vurmadın,
Ananın o həssas qəlbini qırmadın,
Qardaşın ehtibarın uçurmadın,

Babaların, nənələrin ümidlərin uçurmadın.

Sənin əməyin itməsin ay bala,
Səni heç bir sıradan qalma dala.

Ulu Tanrım qorusun səni hər bir bəladan,
Qoy uzun ömür versin sənə bizi Yaradan,
İndi özünü qoru, yaddan gələn xatadan.
El-obana xeyir ver elə bizi bəxtiyar,
İndi göstərər tale qarşıda görək nə var,
Sarıgül nənən sənə diləyir bax uğurlar.

Zeytun gözlü Sədaqətim

Sənlə çox tutur söhbətim,
Hər bir işdə sən ol mətin.
Arzum budur səni xoşbəxt olasan,
Bir ömür beləcə gözəl qalasan.

174

Duyğu kahkəşanı

Sədaqət, hamıyala xoş ülfətlisən,
Ailənə, dostuna sədaqətlisən,
Yaxından tanıdım çox mərifətlisən,
Arzum budur səni xoşbəxt olasan
Çünki çox şirinsən, gözəl balasan.

A Aydın müəllim

Aydın müəllim hər arzuna çatasan sən,
Xatirə xanımla birgə ömür yaşa sən,
Pərviz, Şəmsi və Nurlanla yarı, yaşa sən.
Çünki ləyaqətli gözəl atasan,
Mənəvi dünyası zəngin atasan,
Gözəl gözlü Xatirənlə
Çətinlikləri boynundan atasan,
Bütün arzularına çatasan, Amin
Ən xoş diləklərim səninlə və gözəl ailənlə olsun
Həyatın xoş anlarla zəngin olsun.

Narahat günlərin daşın atasan
Xatirənlə hər arzuna çatasan
Çünki ləyaqətli, gözəl atasan
Pərviz, Şəmsi, Nurlanından sevinəsən güləsən
Çətin günləri yaddaşdan siləsən
Ürəyin istəyəndə bizə gələsən
Çünki xatirin əzizdi yanımızda.

Vasif həkim

Bu doğma torpağın oğlusan səndə,
Səninlə qürur duyuram hər səndən söz düşəndə,
Çox özəl diqqət və nəzakətlilik var sən də,
Səni xoşbəxt yaşayasan Vasif doğma Vətəndə.

175

Sarıgül Paşaqızı Yağmur

Vasif həkim alnın açıq, üzün ağ,
Yüz il xoşbəxt yaşa, olsun canın sağ,
Sən olasan bədnəzərlərdən uzaq.
Ailə və elin gözündə böyüksən, ucadan uca,
Çünki el içində qəlbin təmiz, üzün ağ.
Hamı bilir bacarıqlı həkimsən,
Vəzifənə ləyaqətlə təhkimsən,
Qapına gələnə sormadan kimsən.
Qayğı, diqqətini verirsən həkim,
Səndən inciməyib inan heçcə kim.

Yaxşı işin üçün sağ ol deyirəm,
İnsanlığın önündə baş da əyirəm,
Sarıgül Yağmuram düzün deyirəm.
Səni unutmaram ay Vasif həkim,
Şerim sənə qalsın yadigar həkim.

Görüş günü
(Nigar xanıma)

Nəsil kökü ilə yaxşı ad alan,
Dünya görüşüylə yaddaşda qalan,
Şerə, sənətə marağı olan,
Bir gözəl nigarla görüşdüm bu gün.

Gözündən oxunar qəm gizlədənin,
Qəlbinə dəyilməz qəlbi zədənin,
Bu dünya belədir gəlib-gedənin,
Duyduğun yazmaqla söz qurtararmı.

Ey yayın yağışı yağ narın-narın,
Təmizlə sinəsin düzün, dağların,
Barını təmizlə bizim bağların.
İnsanın da öz balasıymış,
Bala insanın dövləti varıymış.

176

Duyğu kahkəşanı

Sordum gözəl Nigar özündən danış,
Qəlbində qaynayan sözündən danış,
Dərində qüssəli gözündən danış.
Dedi fəxr etdiyim Aynur qızımdı,
Məni fərəhindi, canım gözümdü.

Aynur bala alimdi, güclü bioloq,
Tanrı qismətimdir, uğuru da cox,
Ağıllı, tərbiyəli, həm də gözü tox.
Taleyin xoş olsun, biz də sevinək,
Nigar xanım Aynurun xoş günün görək,
Biz də qohum kimi qəlbdən sevinək.

Sarıgül Yağmur, səndən ilham alıbdı,
Gözəl auranı yada salıbdı,
Yaddaşımda mələk kimi qalıbdı.
Xoşbəxt olsun Ədaləti, Reyhanı,
Mənlə tanış etdi sən tək insanı,
Tez-tez xatırlarsan sən Naftalanı.

Səni unutmaz bu şairə xanım,
Qəlbimdə yerin var ay Nigar xanım.
Ay Nigar, qəlbimdə özəl yerin var,
Qoy səni qorusun o Pərvərdigar.
Sənlə təmas qurdum təmiz niyyətlə,
Bir ömür sürürsən adla, qeyrətlə.
Yaxşı ki, doğmasan sən Ədalətlə,
Yoxsa kənar səni necə görərdim.
O özəl duyğuna dəyər verərdim,
A alim qızım Aynurdan necə bəhs edərdim.
İlahi payı istedadlı Aynuru necə vəsf edərdim?
Bu ilahi hikmətidir, Sarıgül Yağmurun qismətidir.

177

Sarıgül Paşaqızı Yağmur

Reyhan

Reyhan keçməkeşli həyat yolu keçmisəm,
Vəsf etməli həyat yolu seçmisəm.
Gözəl Reyhanla, Nigarla, Orxanla, Xanımı,
Mənalı toplumda bir çay içmişəm,
Poetik bir yolla qəlblərə köçmüşəm.

Bu görüşün təsiri ilə sizi də vəsf edəcəm,
Növbəti kitabımda sizdən də bəbs edəcəm,
Sarıgül Yağmuram mən haqq yoluyla gedəcəm,
Qiymətli insanları daima vəsf edəcəm.

Sevimli Aytənə 26 may
(Ad günü münasibətilə)

26 may sənin doğum günündü,
Ürəkdən mən səni alqışlayıram.
Tərifə, Rahilə iştirakıyla,
Bu şeri sənə bağışlayıram.

Dinlə ürəyimi danışdır bir an,
Məhəbbət oduyla alışdır bir an,
Duyğuya sevgini qarışdır bir an.
Ad günün şad günün olsun ay quzum,
Qoy xoşbəxtlik olsun sənə pay qızım.

Ay gözəl Aytənim xatirin var məndə,
Sən zəkalı bir övladsan Vətəndə.
Rauf, Əli qardaşlara istəyi vardır sənin,
Səni tanıdığımçün inan sevindim məndə,
Daim xoşbəxt gəzəsən bu mübarək Vətəndə.

Bu gün istəklər bulaq tək qaynasın,
Şad günündə hamı çalsın oynasın,

178

Duyğu kahkəşanı

Tərifə anan gözəl xonça bağlasın.
Ad günün daima şad günün olsun,
Səni bədnəzərdən Allah qorusun.

Xəqanin ürəkdən, qəlbdən sevinsin,
Mənalı gözləri daima gülsün.
Esma balan daim sizlə öyünsün Aytən,
Ad günün şad günün olsun,
Sarıgül Yağmur qoy vəsf etsin səni.

Sən mələkmisən
(Aybəniz xanıma)

Gözlər qəlbin aynasıdır deyiblər,
Aynadan dünyaya baxmaq istərəm.
Gözlər ki, aldatmaz bu bir qaydadır,
Həyata gözündə baxmaq istərəm.

O qədər mənalı baxışların var,
Əsən küləyin səsində səni aradım,
Hər gələn baharda, hər bitən nübarda səni araram.
Həzin bir duyğu var baxışların,
Aybənizim, mələyim, səni unutmaram.

Dağ çayının şəlaləsi tək bərraq və safsan,
Hər axşam damlada səni araram.
Gecələr yuxumdasan, gündüzlər xəyalımda,
Çünki baxışlarını unuda bilmirəm,
O doğma baxışların xəfif axışlarını.

Sarıgül Yağmur deyər sözün düzünü,
Tanrım bədnəzərdən qorusun o gözəl üzünü,
Xoşbəxt yaşa 90-nını, yüzünü.
Onda oxuyarsan rəhmət bu şeri yazana,

179

Sarıgül Paşaqızı Yağmur

İndisə uğurlar dilə səni vəsf edən ozana.
Aybənizim, sevimli Azər ailəsinin bəzəyisən sən,
Bir cüt doğma balaların nəfəsisən sən,
Bir şirin nənə kimi də həvəslisən sən.
Zəhmətkeş ailənin üsdə əsdiyi,
Tər bahar gülünün qönçəsisən sən,
Qoy Allah qorusun xatadan səni,
Daim bəzəyəsən Vətən gülşənin.

Tale yazısı

Bəzən yorulursan sözlə, söhbətlə,
Müştəriləri qarşılayırsan hörmətlə,
Baxıb şəxsiyyətə, həm də diqqətlə,
İnsanlığa xas olan bir cəhətlə,
Səni belə gördüm, ay İlqar bala,
Səni və ailəni qorusun Allahu-tala.

Bu nə xoş təsadüf, bu nə əməldi,
İlqar bala ilə işimiz rast gəldi,
Bircə saat sonra mebel qapıya gəldi,
Əhval ruhiyyəmiz daha da yüksəldi.

O təəssürat və fərqli baxışla,
İçimdə bir duyğu keçdi alqışla.
Dedim ay şairə bu dəyərli insana,
Yazdığım kitabdan birin bağışla.
Qələmi istəyib adını sordum,
Oturub kitaba imzamı qoydum.

Bəli, qoca dünya hər şey qismətdi,
Tale yazısı da böyük hikmətdi.
Onun kitaba ani baxışı,
Təqdimdən sonrakı o davranışı,

180

Duyğu kahkəşanı

Şairə qayğıdır, həm də hörmətdi.
Məni ona bağlayan da bu diqqətdi,
İlqar insanlıqçün böyük nemətdi.

Bu dünyada yollar yolçular çoxdur,
Ən gözəli, müqəddəsi oxucu qəlbinə gedəndir.
Bu yola çıxmaq üçün gərək qəlbləri duyasan,
Bir baxış titrəyişiylə sən onu qavrayasan.

Sonra bu istəkləri poetik dillə vəsf edib,
Ürək qanında cilalayıb, göz yaşıyla suvarıb.
Taleyin gözəl payı tək oxucuya qaytarasan,
Sarıgül Yağmur xeyir duası alasan.
Bu gözəlliyi haqq edəni tarixləşən yaddaşa salasan,
Kitabınla, əsərlərinlə yaddaşlarda qalasan.

Ay Eldar həkim
(Elimin fəxri oğlu Eldar Rəhimova həsr olunur)

Sağlamlığın keşiyində durursan,
Sən xalqın qəlbində yuva qurursan,
Doğma Vətən Boynəkər üçün Eldar qürursan.
Tanrı səni nəzərində saxlasın,
Allah səni ailənə bağışlasın.

Böyüdük doğma kəndin bucağında,
Hərəmiz bir müəllim ocağında,
Yetişdik doğma, qohum qucağında.
Bunlar olub xatirələr dənizi,
Danışanda kövrəldir də bax, bizi.
Azəri yurdunun oğlusan sən də,
Fəxr edirəm hər səndən söz düşəndə.

Deyirəm ay Eldar, kaş ki, gedərdik kəndə,
Kəndimizə həsrət qaldıq sən də, mən də.

181

Sarıgül Paşaqızı Yağmur

Süleyman dərəsi, o novlu bulaq,
Yarqanlıqdan sonra o əyri bucaq.
Görəsən açarmı o bizə qucaq,
Düşmən tapdağındadı o doğma torpaq.

Həm alimsən, həm loğmansan həm ata,
Halal olsun Sənin kimi övlada,
Ay Eldar, çatasan hər bir murada,
Çünki qardaş, sən elimə gərəksən.

Çox gözəl insan tək mənəvi dəstəksən,
Doğma, əzizlərin səndən güc alsın,
Səni xoşbaxt edib sənlə qocalsın.
Gəncliyini həsr etdiyin Vətəndə,
Bala, nəvələrin sən tək ucalsın.
Sarıgül Yağmur da sizdən mənəvi güc alsın,
Qubadlı, Boynəkər adı gələndə göylərə ucalsın.

Ayrılıq

Qərib könlüm sənsiz qaldı bu axşam,
Sənli xəyallara daldım a Pünhan.
Hey dolub boşalmaq gözlərə qaldı,
Həsrətin sədasın aldım, a Pünhan.

Sənsiz öz donunu dəyişdi ruhum,
Qalxdı bir andaca göylərə ahım,
Ermənin boyun mən yerə soxum.
Mən Tap-Qaraqoyunluya necə çıxım, a Pünhan.

O doğma baxışlar getmir gözümdən,
Allam təsəllini doğma gözündən.
Öpərəm nəvə- nəticənin üzündən,
Xatırlaram sənli olan anları,
Şair Pirkazlı xoş zamanları.

182

Duyğu kahkəşanı

Ay Ehtibar

Mənin etibarlı Ehtibarımsan,
Mənəvi dəyərlim, həm vüqarımsan.
Həm qardaş balası, bacı payımsan,
Allahın nəzəri səninlə olsun.
Ömür yolun xoşbaxtliklərlə dolsun.

İstəkli Zülfiyənin qəlbini dinlə
Oğulların Azər, Nəbi fəxr etsin sənlə.
Hamıya örnək ol sədaqətinlə,
Mənəvi dünyama sən rövnəq verdin.
Ürəkdən səmimi şerimi dərdin.
Mənə ürəyimcə çox diqqət verdin.

Min nağıllı bu Naftalan torpağı,
Naftalanın fəxridir bax bu Nəbi ocağı.
You have read 1 text from Azerbaijani literature.
Next - Duygu Kahkasani - 08
  • Parts
  • Duygu Kahkasani - 01
    Total number of words is 3404
    Total number of unique words is 1879
    18.6 of words are in the 2000 most common words
    27.0 of words are in the 5000 most common words
    32.2 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 02
    Total number of words is 3382
    Total number of unique words is 1764
    17.5 of words are in the 2000 most common words
    28.0 of words are in the 5000 most common words
    34.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 03
    Total number of words is 3421
    Total number of unique words is 1771
    16.3 of words are in the 2000 most common words
    25.9 of words are in the 5000 most common words
    31.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 04
    Total number of words is 3379
    Total number of unique words is 1766
    16.5 of words are in the 2000 most common words
    26.1 of words are in the 5000 most common words
    32.0 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 05
    Total number of words is 3372
    Total number of unique words is 1643
    18.4 of words are in the 2000 most common words
    27.9 of words are in the 5000 most common words
    34.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 06
    Total number of words is 3375
    Total number of unique words is 1699
    17.4 of words are in the 2000 most common words
    27.6 of words are in the 5000 most common words
    33.3 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 07
    Total number of words is 3376
    Total number of unique words is 1685
    17.4 of words are in the 2000 most common words
    25.9 of words are in the 5000 most common words
    32.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 08
    Total number of words is 3362
    Total number of unique words is 1812
    18.8 of words are in the 2000 most common words
    27.8 of words are in the 5000 most common words
    33.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 09
    Total number of words is 3350
    Total number of unique words is 1873
    17.5 of words are in the 2000 most common words
    26.6 of words are in the 5000 most common words
    31.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 10
    Total number of words is 3452
    Total number of unique words is 1816
    18.4 of words are in the 2000 most common words
    28.3 of words are in the 5000 most common words
    34.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 11
    Total number of words is 3444
    Total number of unique words is 1955
    18.7 of words are in the 2000 most common words
    29.4 of words are in the 5000 most common words
    35.3 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 12
    Total number of words is 3152
    Total number of unique words is 1808
    21.9 of words are in the 2000 most common words
    31.6 of words are in the 5000 most common words
    35.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.