Latin

Duygu Kahkasani - 06

Total number of words is 3375
Total number of unique words is 1699
17.4 of words are in the 2000 most common words
27.6 of words are in the 5000 most common words
33.3 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
Üç yanvar günün daim şən olsunl
Doğmaların ətrafında cəm olsun,
Sarıgül bacın da qonağın olsun,
Xeyir-dualarım səninlə olsun.
Səni və ailəni Allah qorusunl
Bu şerim də sənə hədiyyəm olsun.

Ay Sultan qardaş

Mənlikli, qürurlu Sultan qardaşım,
Elqızım Pərinin yarı, canısan.
Duyğulu, qayğılı böyük ailənin,
Gözünü dikdiyi tək Sultanısan.

Tarixin dolanbac dolaylarından,
Tarixi keçmişi vərəqləyirsən.
Gözəl anılarda üzdə təbəssüm,
Kədərli anlardasa ağlayırsan.

134

Duyğu kahkəşanı

Deyirlər acıdır şamın taleyi,
Yandıqca içindən artır gileyi.
Onun çəkdiyini pərvanə duyur,
Çünki şam eşqinin odur mələyi.

Sərdar həsrətindən yanan Qiymətin,
Çəkdiyi fəqanı duyursan Sultan.
Odur ki, canından bir parça kimi,
Qiymətə də dəyər qoyursan Sultan.

Tanrım səni bəlalardan qorusun,
Ailənin başından əksik olma sən.
Qeyrətli oğul tək yaşa, yüz yaşa,
Arzu-istəklərin getməsin boşa.

Sevimli balaların barın yeyəsən,
İstəkli Pərinlə şükür deyəsən.
Hərdən Sarıgül Yağmurgilə gələsən,
Yaşamaq həvəsin heç vaxt itməsin,
Sultanlıq ədası səni tərk etməsin.

Ərkinazıma

Neçə cür ünvan var qərib könlündə,
Sənin yerin çox özəldir Ərkinaz.
Qohumlar içində mənə əzizsən,
Sənli keçmişim gözəldir Ərkinaz.

İstəyin hopubdur qərib sinəmə,
Əzəldən bir bacı olmusan mənə.
Nə desəm, yazsam halal olsun sənə,
Sənli keçmişim gözəldir Ərkinaz.

135

Sarıgül Paşaqızı Yağmur

İndi könlüm xatirələr dənizi,
Orda yaşar eşqimizin son izi.
Həyat mürəkkəbdir gördüm hər üzün,
Sənli o günlər gözəldi Ərkinaz.

Tazə-tər qız idin hər işin gözəl,
Taleydi yaşadıq gərdişin özəl.
Qoy olsun balaların vərdiş gözəl,
Əlimizdən gələn dualardır Ərkinaz.

İndi qayğılara möhtacıq bacı,
Duyğuya, diqqətə möhtacıq bacı,
Səni görməyəsən doğmadan acı,
Dualarım səninlədir Ərkinaz.

Rahiləni dayaq bildim qəlbimə,
Anlayan odur, həmdərdir dərdimə.
Onla paylaşdım, vurduq sarı simə,
Paylaş sən də onunla bax, Ərkinaz.

Rüfətindən, Humayından sevinəsən,
Əmirindən diqqət, qayğını görəsən.
Vüqardan, Güneldən xoş sifət görəsən,
Nəvələrin də barın yeyəsən bacı.
Doğmalardan heç bir vaxt görmə acı.
Səni çox sevirəm, Ərkinaz bacı.

Sarıgül Yağmur sözün deyər ürəkdən,
Sənli xatirələr qorunur ürəkdə,
Sənə xoş duyğular arzu-diləkdə.
Bundan sonra xoşbəxt yaşa, Ərkinaz,
Əməyin getməsin boşa, Ərkinaz,
Yaşa, yaşa sən yüz yaşa, Ərkinazl

136

Duyğu kahkəşanı

Fazil həkim
(07 iyul ad günü münasibətilə)

Yaddaşda iz saldın ay, Fazil həkiml
İnsanlığına tay olmaz heççə kim.
Hikmətli sözlərlə, gözəl kəlamla,
Gözəl rəftarınla fəxr etdim həkim.

Mənimlə ünsiyyət yaratmaqla sən,
Qiymətli vaxtını həsr etməklə sən,
Mənəvi dəstəklə əl verməklə sən,
İnsanlıq taxtında yüksəldin həkim.

Sənə bildirirəm təşəkkürümü,
Qəbul etsən İçdən razı qalardım.
Ömür kərvanının ömrün uzadıb,
Diabet sözündən qisas alardım.

Fazil həkim, alicənab insansan,
İnsanlarin yaddaşında qalansan.
Dəyərli ailənin yoluyla gedib,
Xalqın tarixinə imza atansan.

İlahi qorusun gözəl ailəni,
Onlar daim edir üzü ağ səni.
Gözəl Fəxriyyənlə bir ömür yaşal
Zəkalı oğulların Nicat, Sənanda,
Mənəvi sərvətidir doğma Vətənin.
Bir ömür fərəhlə dolasan yaşa,
Arzu istəklərin getməsin boşa.

Maddi varlılıq fanidir inan,
Mənəvi sərvətisən doğma Vətənin
Varlığın sərvətidir vətəndə olan,

137

Sarıgül Paşaqızı Yağmur

Yüksək etikadır sənin dəyərin,
Hər yerdə ucalsın şöhrət heykəlin,
İlahi qorusun xətadan səni.

Tibb elmində seçilənsən, kamilsən,
Təmiz niyyətli, mövqecə adilsən.
Azəri xalqıycün mənəvi sərvət,
Sarıgül Yağmurcün böyük alimsən,
Fazil həkim səni çox xoşbəxt yaşa,
Arzu-istəklərin getməsin boşa.

Sevimli Aytən
(30 yaşı münasibətilə)

26 may sənin doğum günündür
Ürəkdən mən səni alqışlayıram.
Tərifə, Rahilə yanımda ikən,
Bu şerimi sənə bağışlayıram.

Dinlə ürəyimi, danışdır bir az,
Məhəbbət oduyla alışdır bir az,
Duyğuma sevgini qarışdır bir az.
Ağ günün şad günün olsun, ay qızım,
Qoy xoşbəxtlik olsun sənə pay qızım.

Gözəl Aytənim, xatirin var məndə,
Sən zəkalı bir övladsan Vətəndə,
Rauf, Əli qardaşlara böyük istək var səndə,
Səninlə tanışlığıma inan sevindim mən də.

Bu gün arzular bulaq tək qaynasın.
Şad günündə hamı qalsın, oynasın.
Tərifə anan gözəl xonça bağlasın.
Ad günün daima şad günün olsun
Səni bədnəzərdən Allah qorusun.

138

Duyğu kahkəşanı

Xəqani ürəkdən, qəlbdən sevinsin
Mənalı gözləri daima gülsün.
Əsma balan daima sizlə öyünsün,
Ad günün şad günün olsun Aytənim
Sarıgül Yağmur da vəsf etsin səni.

Zəngi Litseyi
(Abduləzizin buraılışı münasibətilə)

Həyat yollarıyçın düzgün yerişin,
Çətin sınaqlardan mətin yürüşün,
Elmdə, savadda qalib gəlişin,
El sənə borcludu, Zəngi litseyi.

Ata anamız tək mehribanlığı,
Pak-təmiz insantək istiqanlıgı,
Bizə həsr etdilər bax cavanlığı,
Zəngi litseyinin müəllimləri,
Bizə həsr etdilər uzun illəri.

Kövrək addımlarla yollar getmişəm,
Abduləziz, Öməri sizə e"tibar etmişəm,
Daim sizi vəsf etmək olub peşəm,
Bunu şe"rlərimlə isbat etmişəm,
Rəfiyyə müəlliməm, Meyram müəllim.
Sizi vəsf etmişəm buna inanın.

Bayram müəllim, milli dəyərlərin toplusu səndə,

Şərəfli bir yoldasan doğma Vətəndə,
Dövlətə sədaqət, dinə itaət.
İnsanlığa ləyaqət də var səndə,

Litsey rəhbəri kimi gözəl iz qoydun məndə.

Abduləziz qəbul imtahanı versin,
Hamımızın qoy bu il üzü gülsün,

139

Sarıgül Paşaqızı Yağmur

Litsey kollektivi xeyirli üz görsün.
Müəllimlərimiz xeyir-dua versin.
Valideyinlər uğurlu həyəcan görsün,
Litsey kollektivi sağlam can görsün.

Sarıgül Yağmur deyir əməyiniz itməsin,
Xoşbəxtlik mələkləri heç sizi tərk etməsin,
Şagirdlərdən sevinəsiz, güləsiz,
Azad, gözəl Vətəndə xoşbəxt ömür sürəsiz,
Zəngi litseyini daim zirvədə görəsiz.

Rəhim Ərdəbilli
(Hüquqşünas)

Qərib bir küçədə səndən uzaqda,
Küləklər həsrətli nəfəs kimidir.
Səndən çox uzaqda qəlbim darıxır,
Hər yan Rəhim mənə qəfəs kimidir.

Mən var olum, sən də mənim varlığım,
Bu istəklə var yaradaq həyatda.
Eyni gəlir səninlə oxşarlığım,
Sevgini təkrar yaşayaq həyatda.

Səninlə arzuya, xəyala dalaq,
Dünyanın ləzzətin birlikdə alaq,
Sən mənə, mən sənə gəl olaq qonaq.
İstəyi təkrar yaşayaq həyatda.

Oxşaya-oxşaya telini sənin,
Qoxlaya-qoxlaya gülünü sənin,
Sevim şirin-şirin dilini sənin,
Gözəl bir duyğu yaşayaq həyatda.

140

Duyğu kahkəşanı

Qəlbdə vəhdət olsun sevinclə, qəm də,
Mənə dəyərlisən qəbul et sən də,
Nə vaxt ki söz düşür qonaq gəl, sən də.
Sarıgül Yağmura dəstək olaq hətta,
Bu arzu, istəyi görək həyatda.

Ömər bala
(Sultanın 2 yaşılı nəvəsinin ad günü münasibətilə)

Adın da şirindi, özün də şirin,
Əziz Sultan qardaşın nəvəsisən sən.
Pərinin gərəkli ay körpə oğlu,
Bir əziz ailənin müidəsisən sən.

Necə də şirinmiş baladan nəvə,
Bunu öz nəvəm Ömərdən görmüşəm.
Onunçün də bu balaca Ömərin,
Baba-nənələrinə gözaydınlığı vermişəm.

Sıxdıqca qəlbinə körpə Öməri,
Rasim ata üçün səadət gəlir.
Sevda dünyasının xeyirli barı,
Aynur ananın da bax, üzü gülür.

Əlindən öpürlər əli bal dadır,
Tək-tək sözlər deyir dili bal dadır.
Bu iki yaşında körpə balanın,
Xoşbəxt təbəssümü adam aldadır.

Onla unuduruq dərd-sərimizi,
Xatırlayırıq gözəl günlərimizi,
Sarıgül Yagmur təbrik edir sizi,
Rasimli, Aynurlu Ömərimizi.

141

Sarıgül Paşaqızı Yağmur

Nadir dayım oğlu, ad günün mübarək
(14 iyun)

İllər keçir ay qardaş, əl çatmayan yar kimi,
Arzu istək çaşqın axan sel kimi,
Könlüm sizə uçur inan yel kimi.
Qapınızı döysün daim xoş dilək,
Ay Nadirim, ad günün mübarək.

Nəsibin olmasın heç sərt yoxuşlar,
Ömrümüzə qəm salmasın naxışlar,
Səni süzsün Rahiləli baxışlar.
Balalardan eşidəsən xoş dilək,
Ay dayıoğlu ad günün mübarək.

Hər bir kəsin acı, şirin dəmi var,
Hər taleyin xoş günü var, qəmi var,
Hətta gözdə sevinc, qüssə nəmi var.
Arzum budur üzün gülsün körpə tək,
Ay Nadirim, ad günün də mübarək.

Elnarən, Aynurən şərəf payındı,
Anar, Rauf təmiz oğul tayındı,
Nəvələr də sənin şirin payındır.
Rahilənlə bir xoş ömür sür görək,
Ay dayıoğlu ad günün də mübarək.

Sarıgül Yağmur deyər sözün düzünü,
Qarşıla sən 90-nını, yüzünü,
Daim görək Arif, Ərkinaz, Leylanın gülər üzünü.
Yüz il yaşa müdrik, sağlam xoş dilək,
Ay Nadirim, ad günün də mübarək.

142

Duyğu kahkəşanı

Qiymət

Sevgin, məhəbbətin pak sədaqətim,
Yaralı könlündə yol salıb Qiymət.
Alışıb qalxırsan əngin səmaya,
Haq çatsın dadına əl atıb Qiymət.

Əziz xatirənlə oxşa könlünü,
Salma dərəyə, yoxuşa könlünü,
3 əziz balanla yaşat könlünü.
Könlümdə həzin bir iz saldın Qiymət,
Ömürlük yaddaşımda qaldın Qiymət.

Mən belə yanğını canlı görəndə,
O məsum baxışdan cələng hörəndə,
Səni Rahiləylə birgə görəndə,
O kövrək duyğudan dondum, a Qiymət.

Ömrünün növrəstə, gözəl çağında,
Yatırsan yüklücə qəm yatağında,
İstərəm bir şam olam otağında.
Sənə təsəlli laylası çalam, a Qiymət,
Ömürlük bir doğman olam, a Qiymət.

Sən bir lətafətli, solmaz çiçəksən,
Sərdar itkisindən yanan ürəksən,
Həm çox zərifsən, həm kövrəksən.
Oxşar bu sevgini göydə mələklər,
Sənə heyran qalar sevən ürəklər.

Bu dərin sevginin valehi oldum,
Xəfifcə titrəyən saf mehi oldum,
Sarıgül Yağmuram göz şehim oldun.
Ömürlük yadımda qaldın, a Qiymət,
Canımı odlara saldın, a Qiymət.

143

Sarıgül Paşaqızı Yağmur

Nilufər, Bəyim, Rüfət səndən güc alsın,
Səbrli ol bu məhəbbət ucalsın.
Bu özəl istək ətrafa səs salsın,
Sultan qardaş kimi bundan güc alsın.
Səs saldın tarixə gözəl iz Qiymət,
Olsun həyat yolun daim düz, Qiymət.

Zülfü dayı, Fatma xala

Cavankən ömürlərin el obaycün üzdülər,
Doğma insanlarıyıcün xoş günlərin düzdülər,
Qonaq-qara görəndə daim gülər üzdülər.
Bu halıiylə Zülfü dayı, Fatma xala ucaldı,
Amma nə etmək olar həyatdı bu,
Onlar da tez qocaldı.

El obaycın çox üzdülər özlərin,
Hamı üçün tox etdilər gözlərin,
Hər bir məclisdə bildilər sözlərin,
Zülfü dayı tutdu daim zirvəsi,
Fatmasıyla sevindirdi hər kəsi.

Fatma xala bir mələk xislətliydi,
Həm abırlı, həm də nəzakətliydi,
Odur ki, el içində hörmətliydi.
Gözündə bir körpə təbəssümü yaşardı.
Ruhundasa daim bir bahar vardı.

Giley, qiybət nədi heç bilməzdilər,
Nə yersiz danışıb, şit gülməzdilər.
Mən elə bilirdim onlar ölməzdilər.
Amma bu həyatdı nə etmək olar
Zülfü dayı, Fatma xala tarixdə qalar.
Adları tarixləşər, bax onda ölməz olar.

144

Duyğu kahkəşanı

Gözəl şəcərəli onlar hər ikisi,
Nəsli, kökü çox yandırdı itkisi
Amma qoyduqları övladlar elin güzgüsü
Bir-birinə daim dayaq oldular
Ata-ana ruhu onlardan şad oldular
Bir-biriyin dərdinə ortaq oldular.

Daim yüksək mövqedə Zülfü dayı
Süfrəsində daim var qonaq payı.
Fatma xala sanki mələklər tayı
Ruzisini hamıyla paylaşardı.
Zülfü dayının sevinci aşıb daşırdı.

Torpaq sərvətlərlə doludur, dolu
Yolun azmaz hamı getsə düz yolu.
Zülfü dayı, Fatma xala behişdədir öz yolu.
Bunu hamı bilsin, Allah adildir
Belə insanların adı aqildir.

Ömrün son pilləsi fəsli payızdır,
Gecəsi uzundur, gündüzü azdır,
Zülfü dayının, Fatma xalanın yadigarıdı
Kamil, Rafayıl, Elmira, Rahilə payıdı,
Çox şükür onların əqidəsi düzdür,
Əməlləri kimi qəlbi təmizdir,
Ata-anaya da rəhmət oxudur onlar.
Onların əməliylə ruhu rahatdır onlar.

Vətən yağılar əlində qaldı,
Zülfü dayının balaları vətəndə qaçqın olanda,
Rahilənin başına qohumlar yığılanda.
Yenə özün itirmədi o aqil Zülfü dayı,
Çünki özü saldığı süfrədən vardı bir qismət payı.

145

Sarıgül Paşaqızı Yağmur

O süfrədə var idi Zülfü dayının insanlıq payı,
Əsrlər, qərinələr beləcə ötüşəcək,
Zülfü dayı, Fatma xala daim yada düşəcək,
Sarıgül Yağmurun bu şeri kitablara düşəcək.
Hamı qəlbdən deyəcək rəhmət sizə ərənlər,
Bir də Zülfü dayını, Fatma xalanı görənlər,
Rəhmət sizə, min rəhmət haqqa qiymət verənlərl

Unudarmı heç
(Ərdəbilli Səid Fyuzata)

Dilimin ən şirin kəlməsindəsən,
Düşün ki, bir ağac kölgəsindəsən,
İstəyin əlçatmaz zirvəsindəsən,
Bu ürək Səidi unudarmı heç?

Bu ürək ömrümü versə də yelə,
Gözlərimin yaşı dönsədə selə,
Cahan bu şairi unutsa belə,
Bu ürək Səidi unudarmı heç?

Mənə xoş söz deyən dilinə qurban,
Bülbülünə qurban, gülünə qurban,
Gözəl şer deyən dilinə qurban,
Bu ürək Səidi unudarmı heç?

Bal dadan dilində söz nə gözəldi
Günəş tək parlayan üz nə gözəldi
Qamət nə gözəldi göz nə gözəldi
Bu ürək Səidi unudarmı heç?

Mən sənsiz neyləyim de necə dözüm?
Hər yerdə hey səni axtarır gözüm,
Bu qədər hicrana mən necə dözüm?

146

Duyğu kahkəşanı

Ay Səid bu işə gəl, tap bir çözüm,
Sarıgül Yağmurda qalmadı dözüm,
Bu ürək Səidi unudarmı heç?

Feruz qardaşım

Ruhumdan alışan odum, közüm var,
Həyata bağlanan könlüm, gözüm var,
Hələ yazılası çoxlu sözüm var.
Bu dəfə könlümə qonaq sən oldun,
Qardaşım Rəşidə qonaq sən oldun,
Sənin xoş sözünü eşidən mən oldum.

Ovqatım köklənib xoş əhval üstə,
Ürəyim istəyir doğma bir səs də.
Rəşid qardaşımdan bir soraq istə.
Qoy o da söyləsin sözünü sənə
Səni vəsf edəcəm mən dönə-dönə.

Sevda yolçuları yanımdan keçir,
Bir kəlmə xoş dilək qanımdan keçir,
Sənə xoş diləklər canımdan keçir.
Sevimli Günayla sən xoşbəxt yaşa,
Arzu, istəklərin getməsin boşa.

Ananın özləmi gözündə yaşar,
Atanın özləmi sözündə yaşar,
Sarıgül Yağmur sənə nəğmələr qoşar,
Mahirə bacın səndən sevinsin Feruz,
Hamlet qardaş sənlə öyünsün Feruz,
Rəşidimin də üzü gülsün Feruz.

147

Sarıgül Paşaqızı Yağmur

Ay Pəri

Məftun edir baxışların qəlbimi,
Ürəyimə sığmayır bu əndişə.
Alqışlaram qəlbdən gələn istəyi,
Çünki şeir yazmaqdı mənim peşəm.

Hər baxışın sehrinə düşmərəm,
Hər tökülən şirin dilə bişmərəm,
Hər sevginin qədəhindən içmərəm,
Bir Pərinin sehrinə düşmüşəm.

Bir paklıq var baxışında, gözündə,
Bir düzlük var kəlməsində, sözündə,
O qədər məsumluq var ki, üzündə,
Bir mələk qız haləsinə düşmüşəm.

Bir elliyik xətrin məndə əzizdi,
Sultanın yanında Pərim səssizdi,
O mələk xislətli, su tək təmizdi,
Bir doğma baxışın sehrinə düşmüşəm.

Sarıgül Yağmur sözün deyər düz üzə,
Oturaydım gözəl Pərilə diz-dizə,
O mələk Qiymətlə gələrsən bizə,
Bu ailənin mehrinə düşmüşəm.
Sultanın ailəsin doğma seçmişəm.

İlhaməm

İlhaməm, qəlbimdə gözəl yerin var?
Mələk xislətlisən, qorusun səni Pərvərdigar.
İnsanlığa məxsus səndə vardır duyğular?
Elşadın sevimlisisən İlhamə,
Təmiz adla dür, incisən İlhamə.

148

Duyğu kahkəşanı

Əməyinin bəhrəsini görürük,
Hər sizə gələndə doğma bilirik.
Ana-bala kimi deyib-gülürük,
O birgə anların dəyərini bilirik,
Qapınıza doğma evtək gəlirik.

Əlinin zəhmətiylə xeyir-dua alansan,
Yüksək mənəvi dəyərinlə yaddaşa iz salansan,
Ağıllısan, gözəlsən, həm də ki, xoş cavansan.
Allahdan xeyir duanı al, ay İlhaməl
Elşadınla, balalar, xoş tale, olsun sənə pay İlhaməl

Bu istəklə bitən güllər solmasın,
Gözəl qəlbin qəm, kədərdən dolmasın,
Səni məndən Uca Tanrım almasın,
Sənsizliyə dözə bilməm İlhamə.

Sarıgül Yağmur deyər ana kimi anasan,
Üç balanla, Elşadınla ömürdən kam alasan.
Gözəl daxili dünyanla sağlamca qocalasan,
Balalarından sevin sən, İlhamə.
Çox sevilməli gəlinsən, İlhamə.

İstərəm
(Bacım Fəziləyə)

Sən mənim körpəcəm, ürək tacımsan,
Ana yadigarı Fəzilə bacımsan,
Bacılar içində şirin bacımsan,
Ətrini duyunca udmaq istərəm.

Qardaş-bacı istəyi hopub sinənə.
Əzəldən bax belə doğmasan mənə.
Rəşidə dayaqsan sən dönə-dönə.
Əskik olmayasan bacım istərəm.

149

Sarıgül Paşaqızı Yağmur

Tahirinlə xoşbəxt yaşa Fəziləm,
Qəriblikdə sənsiz qala bilmirəm.
Qalsam da heç rahat ola bilmirəm,
Sarıgül Yağmur tək yağmaq istərəm.
Sizli xoşbəxtliyə batmaq istərəm.

Ay xalam oğlu

Xasiyyəti xoşdur, əsli insandır,
Həm qəlbi kövrəkdir, çox mehribandır.
Təmiz əqidəli həm də qanandır,
Nəslimin gözüsən ay xalamoğlu.

Vicdan tərəzisi daim önündə,
Bacarıqla seçər çürüyü, safı.
Milli dəyərləri qoruyar özü də,
Hər yerdə etikalı, gözlər insafı.

Qanan üçün qanuni istiqamətçi,
Həm ailədə, həm kollektivdə nəzarətçi,
Qoy qəbul etsin şəhərli, həm kəndçi.
Təvəkkümün inan niyyəti düzdür,
İnsan kimi insan əxlaqı təmizdir.

İçki içməz, siqaretdən kənardır,
Əsil ailə babası əyarı namusdu, ardı,
Onun fəxr etməli ailəsi vardır,
Sənlə fəxr edirəm ay xalamoğlu.

Cəlal, Aliyə gözəl balalarındı,
Onların cəmiyyətdəki yüksək adı,
Dövlətindi, varındı.
Bu çətin dövrdə belə ailə başçısı olmaq,
Bax, sənin vüqarındı
Nəslimizin fəxrisən xalamoğlu.

150

Duyğu kahkəşanı

Səviyyəli, dəyərli bacıların var,
Şəhla kimi adlı-sanlı şöhrətli yarın var,
Sənə dəyər verən qohumların var.
Nəvələrdən də sevinəsən xalaoğlu,
Asiminlə, Aygün ilə öyünəsən xalaoğlu.

Sarıgül Yağmur deyər sözün düzünü,
Yaşa doğmalarınla yaşın yüzünü,
Nəsil-kökümüz həmişə uca tutacaq sözünü.
Çünki sən buna layiqsən xalaoğlum,
Həm də nəslimə dayaqsan xalamoğlu,
Gələcəyə də mayaqsan xalamoğlu.

Gözəl insan
(Mərifət xanıma həsr olunur)

Sən duyğusu gözəl, şəxsiyyəti özəlsən,
Səni vəsf edəcəm zaman zaman,
Buna vardır əsas buna inan.
Qəlblərə dolmasın yersiz güman,
İnan buna gözəl insan inan.

Nə gözəl qəlbin var sənin, ay gülüm
Allah çox görməsin bu səadəti,
Səni tanıyandan belə görmüşəm,
Məni məndən alan qəlb səltənəti,
Sənsən bu dünyanın əsas ziynəti,
Allah çox görməsin bu səadəti.

Tək səni sevmişəm tənha çağımda
Dəyişməz ünvanı mənim sevgimin.
Xoş sözlərin qəlbimin məlhəmi olub,
Sarıgül Yağmurun ilham pərisi,
Könlümün şahzadəsi bu Mərifət xanım.

151

Sarıgül Paşaqızı Yağmur

Gözəl insanlar
( Təbrizli Eldar və Dilarəyə həsr edilir)

Taledən bir daha şikayətim yox,
O çıxardı sizi qarşıma mənim.
Qəlbim bir diqqətə təşnədir dostlar,
Bundan gözəl görən dünyada nə var, ay Eldar?

İlahi qüdrəti vardır səsində,
Bülbül şaqraqlığı gur nəfəsində,
Xoşbəxtlik duyğusu Dilarə çöhrəsində.
İlahi qorusun bu səadəti,
Hər ikimizdəki o sədaqəti.

Dilarəm, sən mələk xislətlisən,
Abırlısan, həm də cox ismətlisən,
Cəmiyyət içində nəzakətlisən,
Onunçün el içində hörmətlisən.

Xəyalım qarışdı arzularıma,
Mən sadiq qalacam bu ilqarıma.
Sizi vəsf edəcəm təmiz ürəklə,
Eldarım, Dilarəm sizli diləklə.

Bir cüt oğul balan səndən güc alsın,
Aydının Abdinin daim ucalsın,
Gözəl Dilarən də onlarla fəxr etsin,
Oğul barın yesin xoşbəxt qocalsın.

O səs qulağımdan inan getməyir,
O məsum Dilarəm cox gözəl insan,
O həm kövrəkdi həm də mehriban.
Sizə xoşbəxtlikdir diləyim inan,
Sarigul Yagmur gəlib sizə mehman,
Sizi unutmaram bilin heç zaman,
Qoy sizi qorusun Ulu Yaradan.

152

Duyğu kahkəşanı

Aynurum
(Təbriz səfirliyinin əməkdaşı )

Tanriya borcluyam, təkcə Tanriya.
O çıxardı səni mənim qarşıma,
Allah ayırmasın sevən qəlbləri,
Sənə bənzər yoxdu ay gözəl Aynurum.

Mən indi bildim ki, təmiz eşq nədir,
Sevgi heç bir sərhəd, nə də səd tanımaz.
Bax indi bildim ki, bu arzu böyük,
Tanrım heç vaxt sevənləri ayırmaz.

Bax indi görürəm duyğum dənizdir,
Sənə bu isdəyim su tək təmizdi.
Sənə qovuşmaqçün düşdüm bir yola,
Bu gözəl isdəyimsə çox özəl bir izdir.

Mən belə görürəm qala bilmərəm,
Sənsizlik ən böyük əzabım olar,
Mən indi bildim ki, yanan qəlbimə,
Bir damlacıq sevgin təmiz su olar.

Unutmaram
(Ərdəbilli Mehran Əzizpura)

Sən mənim gülümsən səni bəslərəm,
Hər bahar səhəri səni səslərəm.
Durub yol üstə yolunu gözlərəm.
Səni unutmaram inan bicə an.
Sən mənə əzizsən gəl buna inan.

Qızılgüldü derlər güllərin şahı,
Mənim sevgimsə o şahın pənahı,

153

Sarıgül Paşaqızı Yağmur

Təki bu istəyim görməsin acı.
Səni unutmarm hnan bircə an,
Sən mənə əzizsən bil bunu Mehran.

Gül ləcəyin səpsən ayağlarına,
Qönçəsini sürtərəm yanağlarına,
Gülabın çəkərəm dodaqlarına.
Sən mənim gülümsən ucuz tutmaram,
İnan səni Mehran mən unutmaram.

Mənim şirin balam mənim canımsan,
Sən mənim qəlbimdə bir mehmanımsan,
Həm də səviyyəli mehribanımsan.
Doğma tək sevimli Mehranımsan,
İnan səni heç vaxt mən unutmaram.
Sarıgül Yagmur tək neçə ki varam,
Mehran səni heç vaxt mən unutmaram.

Səfirlikdəki Aynur xanıma
(Təbrizdə Azərbaycan səfirliyinin əməkdaşı Aynur xanıma)

Səni gördüyüm, səsini eşitdiyim gün,
Bu qərib vətəndə könlüm açıldı.
Səsinin o xoş doğmalığından.
Aynurum könlümə şəfəq saçıldı.

Gün-gündən qoy artsın şöhrətin sənin,
Çünki təmsil edirsən doğma Vətəni.
İndən belə gülsün üzünə tale,
Yaşayasan doya-doya gülşəni.

İnsanlara qarşı çox diqqətli ol,
Özün çox gözəlsən, mələk xislətli ol,
Həm şərəfli, həm də ləyaqətli ol,

154

Duyğu kahkəşanı

Tutduğun vəzifədə cəsarətli ol,
Gözəl olduğun tək mərifətli ol.

Aynurum çox kövrək nota toxundun.
Ana-atasızlıq nədir bilirəm,
İçimdə kövrəklik üzdən gülürəm.
Səni də öz doğma qızım bilirəm.
İndi Sarıgül Yagmur anadır sənə.
Qoy səni qorusun böyük kimsənə.
Bu sözü deyəcəm mən dönə-dönə
Bu şerimdə hədiyyə olsun sənə.

Ağa Səid Fyüzat cənabına
(Ərdəbilli)

Marağlı bir həyat yolun var sənin.
Dəyərli övladısan Səid bəy doğma vətənin,
Çox hörmətli, nəzakətli anan var sənin.
Sənin tək oğlu çox olsun vətənin.
Çünki çox lazımlıdır sənin əməlin.

Ay Səid gözəllik var içində sənin,
Həm də fərasətli, qabiliyyətlisən,
Elin hər bir dəyərli ovladıyçün,
Dəyər verməkdə düz niyyətlisən.
Çünki vətən övladı tək çox qeyrətlisən,
İnsanlıq adında çox qüvvətlisən.

Gözəl bir niyyətçün rastlaşdıq sənlə,
Sən mənə qanad ol, mən sənə dayaq.
Sənə bu xoş məqamları anlatmaqçün,
Gecəni yatmadım qalmışam oyaq,
Bu yolda Allah olsun qoy bizə dayaq.

155

Sarıgül Paşaqızı Yağmur

Səyidim mənimçün çox dəyərlisən,
Sənsiz qalsam üzüm gülməz ki mənim.
Bu cür istedadla qoşa yaşlanaq,
Ana-bala kimi doğma adlanaq,
Poetik aləmdə qoşa odlanaq.

Çünki allah vergisi könüldədir,
Xoş əməl, sözümüz daim dildədir,
Sarıgül Yagmur da sizin eldədir,
Sizdən bəhs etməsi daim dildədir.

Bayramınız mübarək

Zaur sizdən uzaq olsun xata, yoxuşlar,
Ömrünüzə qəm salmasın naxışlar,
Bəxdimizə çıraq tutsun alqışlar.
Fəridəm, Zaurum sizi qorusun xoş dilək,
Bahar bayramınız olsun mübarək,
Xoşbəxt taleyinizdən daim sevinək.

Əziz Armidam, övladınız belə igid, mərd olsun,
Onları xatadan Allah qorusun.
Qapınızı tanımayan dərd olsun,
Yüz il ömür sürün sağlam, saf ürək.
Bahar bayramınız olsun mübarək.
Balalarım, daim xoşbəxt, gününüzü görək.

Həyat yolları
(Nəvəm Ramoşa)

Kövrək arzuların qanadlarıyla,
Uçan xəyallarım ləçək-ləçəkdir.
Bir gün xəyallarım gerçəyə dönüb,
Sənin gözlərinə görünəcəkdir.

156

Duyğu kahkəşanı

Dayanıb önündə gülümsəyəcəm,
Səni xoşbəxtliklə təbrik edərəm.
Buyur, tale üzünə güldü Ramilin.
Uşaq tək gözünə baxacam sənin.

Yaman darıxıram inan əzizim,
Suallar içimdə nidaya dönür.
Səsinlə sakitlik tapır ürəyim,
Pıcıltın ən doğma sədaya dönür.

Sən də darıxırsan balam, bilirəm,
Bilirəm hicranın yükü yamandır.
Bu yola çıxmışam artıq gəlirəm,
Gözləmək üzməsin səni amandı.

Unutmaq çətin
(Laləmə)

Sevgimiz sonsuzdur sevgimiz inan,
Tək buna şahiddir böyük Yaradan.
Sevgimiz tükəmməz, sevgimiz böyük,
Odur ki, duracam bax, başı dim-dik.

Mənim bu sevgimə canım da qurban.
Çünki qəlbimdədir artıq hər bir an.
Kaş ki, ayrılmayaq Tanrım, heç zaman,
Qoy bu istəyimiz bitməsin bir an.

Mənim bəxt ulduzum tər çiçəyimsən,
Həm qəlbi təmizim, həm göyçəyimsən.
Həm doğma qızımsan, bax gerçəyimsən,
Qoy bizi qorusun Ulu Yaradan
Səni unutmaram Laləm heç bir an.

157

Sarıgül Paşaqızı Yağmur

Ruslan

Tərifin sığmaz ki, kitaba sözə
Gözəl əxlaqınla gəlməyəsən gözə
Tutduğun mövqeylə aləmi bəzə
Halal yol tutmusan yüz yaşa Ruslan,
Əziyyətin, zəhmətin heç getməsin boşa Ruslan.
Halal zəhmətinlə hər gün insanlarla təmasdasan,
Hər işində, əməlində sakitcəsən, asdasan,
O qədər dəqiqsən ki, elə bil ki, postdasan,
Bu davranışla inan çox xoşbəxt olacaqsan,
Qanacaqlı insanlardan təşəkkür alacaqsan.

İşinin başındasan hər gələnə baxmazsan,
Bəzi gənclər kimi, hər çuxura axmazsan,
Nə də ki, boş mənasız sözləri qafana taxmazsan.
Sakitcə gələnlərə hörmətlə yanaşarsan,
Nə şitlik eləmirsən, nə də ki, heç çaşmırsan.

Dünyada kaş hamı sən tək olaydı,
Yaddaşda, xatirdə beləcə iz salaydı,
Halal zəhmətiylə sən tək gözlərdə ucalaydı,
Atan İman kimi bax başı dik qalaydı,
İnsanlarla təmasda dili uzun olaydı.

Odur ki, xeyir duası sənə şer qəzəldən,
Çünki şairədir bu gəlir əldən.
Atan İman, anan Zinyət səndən güc alsın,
Sənin tək qeyrət rəmzi ilə qardaşların ucalsın.
Gözəl ailən, balaların üzü gülsün,
Sənin bu təmiz niyyətin dəyərin Tanrım versin.

Balaların Aygün, Günay, Tunarla,
Bir ömür xoşbaxt yaşa sən.

158

Duyğu kahkəşanı

Gözəl xanımın Gülnayməylə,
Sağlam qocalasan Ruslan qoşa sən,
Bu gözəl diləklərimlə yaşa, yaşa, yaşa sən.

Ay Ruslan mərdliyi sən vermə əldən,
Çünki xeyir gəlməz pisliyə eldən.
Həyat mərdə arxa, namərdə qənim,
Sarıgül Yağmur görüb bunu əzəldən.

Qonşum Nabat

You have read 1 text from Azerbaijani literature.
Next - Duygu Kahkasani - 07
  • Parts
  • Duygu Kahkasani - 01
    Total number of words is 3404
    Total number of unique words is 1879
    18.6 of words are in the 2000 most common words
    27.0 of words are in the 5000 most common words
    32.2 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 02
    Total number of words is 3382
    Total number of unique words is 1764
    17.5 of words are in the 2000 most common words
    28.0 of words are in the 5000 most common words
    34.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 03
    Total number of words is 3421
    Total number of unique words is 1771
    16.3 of words are in the 2000 most common words
    25.9 of words are in the 5000 most common words
    31.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 04
    Total number of words is 3379
    Total number of unique words is 1766
    16.5 of words are in the 2000 most common words
    26.1 of words are in the 5000 most common words
    32.0 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 05
    Total number of words is 3372
    Total number of unique words is 1643
    18.4 of words are in the 2000 most common words
    27.9 of words are in the 5000 most common words
    34.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 06
    Total number of words is 3375
    Total number of unique words is 1699
    17.4 of words are in the 2000 most common words
    27.6 of words are in the 5000 most common words
    33.3 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 07
    Total number of words is 3376
    Total number of unique words is 1685
    17.4 of words are in the 2000 most common words
    25.9 of words are in the 5000 most common words
    32.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 08
    Total number of words is 3362
    Total number of unique words is 1812
    18.8 of words are in the 2000 most common words
    27.8 of words are in the 5000 most common words
    33.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 09
    Total number of words is 3350
    Total number of unique words is 1873
    17.5 of words are in the 2000 most common words
    26.6 of words are in the 5000 most common words
    31.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 10
    Total number of words is 3452
    Total number of unique words is 1816
    18.4 of words are in the 2000 most common words
    28.3 of words are in the 5000 most common words
    34.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 11
    Total number of words is 3444
    Total number of unique words is 1955
    18.7 of words are in the 2000 most common words
    29.4 of words are in the 5000 most common words
    35.3 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 12
    Total number of words is 3152
    Total number of unique words is 1808
    21.9 of words are in the 2000 most common words
    31.6 of words are in the 5000 most common words
    35.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.