Latin

Duygu Kahkasani - 05

Total number of words is 3372
Total number of unique words is 1643
18.4 of words are in the 2000 most common words
27.9 of words are in the 5000 most common words
34.1 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
Bizi yada salan sözündə qalım.

Çox çılğınam hərdən səhvlər elədim,
Səhvlər bağışlandı əhvlər elədin,
Sən mənim könlümü məskən elədin.

108

Duyğu kahkəşanı

Təki sən arzula özündə qalım,
Ömürlük yazı tək gözündə qalım.

Zülmün də şirindi, zülüm deyil ki,
Sevdiyim adamsan ölüm deyil ki,
Sənsən ürəyimdə bəslədiyim gül,
Özgələr qoxlamış gülüm deyil ki,
Tək səni arzula özündə qalım,
Ömürlük yazı tək gözündə qalım.

Qala bilmirəm

Məndən inciyənim, məndən küsənim,
Mən sənsiz heç zaman qala bilmərəm.
Həyat yollarımda bircəmsən mənim,
Mən sənsiz həyatda qala bilmərəm.

Sən mənim qəlbimin yadiıgarısan,
Ömrümün ən şirin gözəl baharısan.
Həm övlad payımsan, həm nübarımsan,
Mən sənsiz həyatda qala bilmərəm.

Ömür baxçasından səni dərmişəm,
Sənə uzun illərimi vermişəm.
Sən olmasan, bil ki, ölüb getmişəm,
Sənsiz bu dünyada qala bilmərəm.

Ömür-gün yoldaşım oldun

Elə sanma ki, uzaq getdi baxışlarım,
Elə sanma ki, sənsiz itdi baxışlarım,
Elə baxdın, elə yaxdı baxışların,
Bax ruhum məhkum etdi baxışların,
O baxışlar yaddaşımda məskən saldı.

109

Sarıgül Paşaqızı Yağmur

Atəş aldı baxışlarım gözlərindən,
Qərib düşdü sanma qaçdı sözlərimdən.
Elə baxma, ay günahsız günahlarım,
Məni dəli aşiq edən səbəbkarım,
O baxışla bir ömürlük sirdaş oldum.

Elə baxma, o baxışda ünvanım var,
Harda olsam, hara getsəm, gəzər tapar.
Bax Bakıdan Ankaraya gedən qatar,
Aparsa da təkcə səndin yoldaşım,
Elə baxma, bu yaşda da gəlim çaşım,
O baxışla ay ömürlük yol yoldaşım,
Baxdım, baxdım bir ömürlük sirdaş oldum.

Həsrətindəyəm

Nə deyim, ay gülüm, bu tale, qismət,
Bir sirli sevdanın həsrətindəyəm.
Hərdən gəlməyəndə, ya gec gələndə,
Yuxulu dünyanın möhnətindəyəm.

Ömrü ovutmayır bu sirli dünyam,
Əvvəldən də bağlı, möhürlü dünyam.
Nə bir hekayədi, nə də ki, nağıl,
Bir şirin röyanın həsrətindəyəm.

Deyən möcüzədi bu sirli eşqim,
Məni anlamayır inan heccə kim,
Gülüm, gəl, bir anlıq sən də ol həkim,
Bir tatlı bəlanın möhnətindəyəm.

110

Duyğu kahkəşanı

Siz mənim
dünyamın bəzəyisiniz

111

Sarıgül Paşaqızı Yağmur

Ad günü mübarək, ay Nicat bala

Aşaram kəndimin dağ-dərəsidən
Xatırlaram Nicat doğulan anı
Qardaş balasının şirinliyindən
Nur olar, bəzənər şer varağım.

Tlavqust sənin doğum günündür,
Nicatım qoy səni mən alqışlayım.
Övliyalar, kimsənələr duasın,
Bir hədiyyə kimi sənə bağışlayım.

Bibin sənə qurban ay Nicat balam,
Bütün nəslə kökə diqqət edənsən,
Sən ata yurdumun şam yandıranı,
Bir nəslə, bir kökə hörmət edənsən.

Gözəl Fatiməndən sən sevinəsən,
İgidYusifinlə hey öyünəsən,
Gözəl Təranənlə xoş ömür sürəsən,
Çünki qəlbi təmiz, gözəl insansan.

Sarıgül Yağmur deyər yüz yaşa Nicat,
Sevimli ailənlə dol yaşa Nicat.
Həyatdan doyunca kam al ürəkdən,
Xoşbəxtlik mələyiylə ol qoşa Nicat.

Ana

Tənhalıq qəlbimi boğan zamanda,
Gözümə görünür şəklin bir anda,
Hərdən balalar narahat olanda,
Gəlirsən gözümün önünə ana,
İndi baxıb bu halıma yansana.

112

Duyğu kahkəşanı

Vəsiyyət edəcəm qohuma, yada,
Məni qəriblikdə salmasın oda,
Artıq təsəlli də yetməyir dada,
Əlimi üzmüşəm hər şeydən, ana,
İndi baxıb bu halıma yansana.

Qardaşdan eşitdim bir çətin yara,
Söylə, necə dözüm bu ahu-zara?
Vallah gileylərdən gəlmişəm zara,
Get-gedə balaların düşür azara.
Mən bu qəriblikdə nə edim, ana?
İndi ki, halıma baxıb yansana,
İndi mən yetim nə edim, ay ana?

Xoş dilək

Asəfim, Tanrının qismətidir, bil,
Həm bizə verdiyi neymətidir, bil.
Gəl həm sevin ömrüm, həm ürəkdən gül,
Tanrım, bu qisməti sən ömürlük yaz.

Qoy, Sarıgül dualarla ucalsın,
Asəfiylə birgə sağlam qocalsın.
Nəvə-bala ətrini daim alsın,
Tanrım, bu qisməti sən ömürlük yaz.

Ağlama, qızım

Sil gözünün yaşın, qəmli dayanma,
Qurban olum gözlərinə ağlama,
Belə qəmli, belə müşkül dollanma,
Qurban olum gözlərinə, ağlama.

Sən ağladın könlüm evi talandı,
Müşkül durdun canım oda qalandı.

113

Sarıgül Paşaqızı Yağmur

Dünya malı bu dünyada qalandı,
Qurban olum gözlərinə, ağlama.

Sənsiz dünya malı vallah yalandı,
Dünyam uçdu, könlüm gözü talandı.
Sənin hər bir acın canım alandı,
Qurban olum gözlərinə, ağlama.

Ağlıyırsan ürəyimə qəm düşür,
Qəlbim yanır, saçlarıma dən düşür.
Hər damladan ürəyimə od düşür,
Qurban olum gözlərinə, ağlama.

Kölgə salanım

Ömrümün baharı, yazı olmusan,
Qaranlıq dünyama işıq salmısan.
Ay ömrüm, mən sənsiz çox tənha idim,
Sən səhra gülünə kölgə salmısan.

Ömrümün baharı, yazı olmusan,
Alnıma yazılan yazı olmusan.
Necə yaşayardım axı mən sənsiz?
Sən səhra gülünə kölgə salmısan.

Mən sənin yanında yetkinləşmişəm,
Hər bir çətinliyi sənlə keçmişəm.
Hərdən çətinliyə, dara düşmüşəm,
Sən oldun daima dayaq duranım.

Ay səhra gülünə kölgə salanım,
Asəfim, başına dönüm dollanım.
Bu bir həqiqətdir bunu nə danım?
Ay mənim dayağım, arxa duranım.

114

Duyğu kahkəşanı

Məsud Fyuzat Ərdəbilli

İlk baxışdan onu sevgi sanırsan,
Düşünmədən bu atəşlə yanırsan,
Bir gün gəlir tənhalıqdan donursan,
Şaxtası var, boranı var sevginin.

Şərəfli bir ömür yolu seçmisən,
Əməlinlə, əməyinlə düzgün həyat yolu seçmisən,
Zəhmətinlə, səviyyənlə mənəvi zirvəyə keçmisən.
Sən şərəfli bir yol seçmisən Məsud,
Şirin bulaq suyun içmisən Məsud.

Sən Savalan zirvəsini keçmisən Məsud,
Odur ki, Sarıgül xanım üçün əzizsən.
Çünki əməli düz qəlbi təmizsən,
Səid qardaşın da, sən də məniçün əvəzsizsən.

Xeyirxahlıq olub sənin vərdişin,
Hər bir evin bəzəyidir hər işin,
Qoy xoşbəxtlik olsun sənin gərdişin.
Qeyrətli övladısan Vətənin ay Məsud,
Allahdan səadət olsun sənə pay Məsud.

Vəfa

Vəfa xasiyyəti vardır adında,
Qızınarsan ürəyimin odunda,
Ümid yeri qohumun da, yadın da.
Vardır el içində onun hörməti,
Nabatıyla itməsin heç zəhməti,
Bir ömür davam etsin bu məhəbbəti
Pozulmasın bu birliyin vəhdəti.

115

Sarıgül Paşaqızı Yağmur

Vətənin qeyrətli oğlusan sən də,
Sənə hörmətim var qonşu tək mən də,
Ailəcanlılıq milli dəyərlər səndə.

Artıq atəşkəsə qərar verildiyi an,
50 yaşın tamam olur, ay oğlan.
Biz qalib gələcəyik buna inan,
100 yaşa çat təbrik eşit o zaman.

Aynurə Nadir qızı
(7 noyabr ad gününə)

Zaman adımlayır, idrak çalışır,
İnsan anlayana tezcə alışır.
Mənəviyyatı təmiz olan insanlar,
Həyatda əqidəli olmağa çalışır,
Haqq ədalət üçün yanır alışır.

Ağıl hər döyüşdə qələbə çalar,
Aqıl qarşısında nadan alçalar.
Getdiyin o düzgün həyat yolunda,
İnsanlığın daim gözdə ucalar,
Sadə təbəssümün qəlbdə iz salar.

Düzlük örtüyüylə bürünüb yaşa,
Dövran hərəkətdə baxmayır yaşa,
Mənəvi yüksəkliklə ucal, dol yaşa.
Əziz Raufunla bir ömür qoşa,
Yaşa, ay Ayunurəm, səni yüz yaşa,
Arzu istəklərin getməsin boşa.

Mənim qəlb bağımda açan çiçəksən,
Mən elə sanmışdım səni bir mələksən,
Aynurə yaxşı ki, real gerçəksən.

116

Duyğu kahkəşanı

İstər zahirində, istər daxildə,
Sarıgül Yağmurcün solmaz çiçəksən,
Rafcun hamıdan gözəl göyçəksən.

Esmira qızıma

Əməli ləkəsiz, vicdanı təmiz,
Esmira qəlbimdə qoymusan pak iz,
Gözəl bir nəsilin övladısan sən,
Bilik, bacarığına gülüm, güvənsən.
Xalqımın bəzəyi olarsan qızım,
Eldən xeyir-dua alarsan qızım.

Gah ağladır, gah güldürür bu həyat,
Qanunları, gah təzədir, gah bayat,
Ay Esmiram, sən də muradına çat.
Səninçün uğurlu olsun kainat.

Boş narahatlıqları başından at,
Bir ömür gər sevənlərinə qanad,
Çünki çox ləyaqətlisən, ay övlad.
Arzum budur səadət bəxş etsin sənə həyat,
Bu dünyada sən də muradına çat.
Sarıgül Yağmurdandır sənə bu sovqat.

Ay Mehdi
(Ərdəbilli Mehdi Əzizpura)

Yarpaq pıçıldasa bil ki, səsimdir,
Qulağına dəyən külək nəfəsimdir,
Sənin var olmağın mənim bəsindir,
Həyatımı bəzəyirsən ay Mehdi,
Sən Mehranın dəstəyisən ay Mehdi.

117

Sarıgül Paşaqızı Yağmur

Səni alqışlaram, var ol əzizim,
Elə varlığınçün sağ ol əzizim.
Əfsanənin oğul payısan Mehdi,
Məryəmin qardaş payısan əzizim.
Elvinçün gözəl dayısan ay Mehdi,
Qoy səni Allah qorusun ay Mehdi.

Seymur usta

Ay Seymur çox zəhmətkeş oğlansan,
Əqidəli, sözü bütöv cavansan,
Əməyinlə həyatda iz qoyansan,
Səliqə -səhmanla hörmət qazan sən.

Halal zəhmətinlə cox xoşbəxt yaşa,
Arzu istəklərin getməsin boşa,
Yaşa ay Seymur can səni cox yaşa,
Ailə xoşbəxtliyinlə daim ol qoşa.

Bacıqızı Sevinc, ad günün mübarəkl

Mehriban qəlbinlə səsimi dinlə,
Fəxr edəcəm Sevinc inan səninlə,
Çətin günləri keçirtdin mətincə.
Mənəvi dünyanda dözüm qazandın,
Bu günkü qüruru özün qazandın.
Gözəl balalar böyütdün əziyyətlə,
Bu gün keşiyində durdun qeyrətlə,
El içində ad qazandın hörmətlə.
Bax indi sənin üzün ağ olsun Sevinc,
Elvin Vaqif balan sağ olsun Sevinc.

Yolunda əssə də vədəsiz tufan,
Sən güçü-qüdrəti aldın Tanrıdan,
İndi ad günündür mükafat Tanridan.

118

Duyğu kahkəşanı

Qoy ALLAH qorusun balalarını,
Onlar xoşhbəxt gorsun analarını,

Dünya eydahadı, coxdu divanı,
Yoxuşlu, enişli, sərt imtahanı,
İtirmə Tanrıya ümüd gümanı,
Cətin anları yadından çıxar sən.
Həyat sınaxından üzü ax cıxarsan,
Sarıgül xalan üçün ömrü baharsan.

Banu balama

Bu gün sənin ad günün,
Daim olsun şad günün,
Dərd-qəmdən azad günün,
Gülər üzlü Banum.

Emilə, Ramilə deyir dayı,
Allahım gözəl payı,
Huri-Mələklər tayı,
Gülər üzlü Banum.

Xoşbəxt böyü dol yaşa,
Səadətlə ol qoşa,
Valideyinli dol yaşa,
Gülər üzlü Banum.

Ay şair
(Şair Bisavad Teymur oğlu Pirkaza)

Pirkaz Teymur yaddaşa iz salmısan,
İllər keçər, sanma ki qocalmısan,
Qeyrətli oğul tək vətəndaş olmusan.
Sağlam yaşa hər arzuna çat şair,
Narahatlıqları başdan at şair.

119

Sarıgül Paşaqızı Yağmur

Ömrün hər fəslinin gözəlliyini görmüsən,
Doğma məkanında qeyrətlə ömür sürmüsən,
Qabiliyyətli balalara böyük əmək vermisən.
İndi isə əməyinin bəhrəsini ye şair,
Sinəndə də telli saz gözəl sözlər de şair.

Məhşur söz ustadı Bisavad Teymur oğlusan sən də,
Onun hər bir kəlamı əzbər olub Vətəndə,
Gözəl istedad sahibisiz qardaşların da, sən də.
Sizin tək oğullarla qürur duyuram mən də,
Darıxan kimi qardaş, mən də gələcəm kəndə.
Bax əvvəldən deyim ki, hazırlıqlı ol şair,
Bu həyatdan, Pünhandan gözəl duyğu al şair.

İnşallah sülh olar dəyişər həyat,
Yenə gözəlliklə çaglar kainat,
Nəvə-nəticəndən görəsən toy-büsat.
Pünhanınla qoşa ömür sür şair,
Balalarının xeyrini gör şair.

Gözəllikdən daima zövq almısan,
Ona görə ruhu gözəl qalmısan,
Sevdiyin Pünhandan ilham almısan,
Hər an onun qayğısına qalmısan.
Diqqətinlə bax beləcə qal şair,
Doya-doya həyatdan zövq al şair.

Sarıgül Yağmur sizə meyil salıbdı,
Pünhandan, səndən doğma duyğu alıbdı,
İki evin arasında qalıbdı.
Əksik olma el-obadan sən şair,
Olsun həyat yolun bir gülşən şair

120

Duyğu kahkəşanı

Mənim əzizlərim
(Nəvələrim Abduləziz və Ömərə həsr olunur)

Əziz balalarım, qəlbi təmiz balalarım,
Sizli anları, sizlə keçən zamanları,
Kitablarımda sizə poetik dillə,
Sağ ikən sizə təqdim etdim.
Əbədiləşdi, tarixləşdi, çox şükür.

Sizli, bizli zamanları,
İndi tarixləşən anları xatırlayıram,
Bəzən acılı anılardan ağlayıram,
O anıları qəlbimin gizli
Varaqlarında saxlayıram.
Qoy yaddaşa düşməsin,
Nə də böyüyüb şişməsin.

Bu acılı anları unudub,
Gələcəyə ümidlər bağlayıram.
Bu gözəl gələcəyi düşünəndə,
Dağ çayı tək coşub çağlayıram.
Çünki Ulu Tanrıma hər şey əyandı,
Arzu, istəklərim ona bəyandı.
Onun böyüklüyünə sığınıb,
Tanrıma ümid bağlayıram.

Sizsiz darıxsam da, daima qəlbimdəsiz,
Ona görə də hər sətrimdə, cümləmdəsiz.
Tanrıya şükr edərək kitablarımı qucaqlayıram
Sizli anları əbədiləşdirdiyim üçün
Könlümü çağ saxlayıram,
Sizlərə bir ömür xoş gələcək arzulayıram.

İlk kitabımda Abduləziz və Ömərin.
Barmaq izlərini, əlləri ilə yazdığları ürək sözlərini,

121

Sarıgül Paşaqızı Yağmur

Nənəyə aid xoş sözlərinin fotoşəklini də kitaba
saldım.
Sarıgül Yağmur kimi, nənə kimi,
Bu işimdən də razı qaldım çox şükür xudaya sənə,
Xoş niyyətimi, diləklərimi görürsən.
Minlərcə kəs şükür sənə dönə-dönə.

Mirsədi ağama

Həyat gedir, çəkmir qəlb minnətini,
Duyur ürəklərin saf niyyətini,
Mizan-tərəzidə hesab çəkəndə,
Uca tutur insan sədaqətini,
Mənəvi saflığı, ləyaqətini,
Bir də seçilmişlər tək mənəvi sərvətini.

Düzdür tutduğun yol, haqdır diləyin,
Vicdan tərəzisindədir arzun, istəyin.
Ehtiyac duyana etdin köməyi,
Ulu Tanrım olsun dəstəyin sənin.
Sən dəyərli oğlusan doğma Vətənin.

Tanrıdan seçilmiş bir ailənin oğlusan,
Əməlinlə, vicdanınla el içində doğrusan,
Əziz insan, sevimlisən, əzizsən,
Ona görə ay Mirsədi ağa əqidəsi təmizsənl

Bəxdəvər o kəsdir ki, qəlbi doludur,
Hikmətli sözlərlə, xoş kəlam ilə,
Daim el içində nifuz qazandın.
Gözəl və dəyərli kəlamlarınla,
Şəcərəndən gələn ehtiramınıla.

Əziz insan, şükür qəlbi təmizsən,
Bilik, bacarıqla coşqun dənizsən,

122

Duyğu kahkəşanı

Dağ şəlaləsi tək bərraq, təmizsən.
Gözəl ailənlə xoşbəxt yaşa sən,
Xoşbəxtliklə daima ol qoşa sən.

Gözümdə ucasan, zirvədə qarsan,
Vətənin əziz oğlusan, vüqarsan.
İllərə imza atsan da könlü baharsan
Əziz Mir Məhəmməddən,
Akifədən xoş yadigarsan,
Bu gözəl dünyamızda yaxşı ki, varsan.

Məntiq var, məna var hər bir sözündə,
Odur ki, ucasan elin gözündə,
Mənəvi bəzəksən yerin üzündə,
Elimə, günümə, sən bir örnəksən,
Həm örnəksən, həm mənəvi dəstəksən,
Odur ki, sən bizə daim gərəksən,
Sarıgül bibinçün bir ömür gərəksən.

Əsgər və Çinarə toyunuz mübarək

Arzum budur Əsgər və Çinarə xanım tək butalar,
Xeyirli, uğurlu, şən yol tutalar,
Can deyib, can eşitsinlər qudalar.
Əsgər, görüm toyun mübarək olsun,
Çinarənin gözü sevinclə dolsun.

Mehriban olmaqçün hər iki ailə,
Hər ikisi şəkər səpsinlər dilə,
Evə girib, evdən çıxsınlar gülə-gülə.
Əsgər-Çinarə toyunuz mübarək olsun,
Gözləriniz daim sevgiylə dolsun.

123

Sarıgül Paşaqızı Yağmur

Övlad ətri ləzzət verər insana,
Bu şad xəbəri gözlər hər ata-ana,
Əsgər ata olsun, Çinarə ana.
Gözləri dolsun baxsınlar cahana,
Deyək bəy- gəlin toyunuz mübarəkl
Qismət olsun balanızın ad gününə gələk,
Sarıgül Yağmur desin ay mübarək,
Nənə-babalara da göz aydınlığı verək.

Bir xoş təsadüf
(Rüstəm bala üçün)

Təsadüflər zərurəti yetirir,
Zərurətləri də qismət gətirir,
Xoş əhvalı bir-birinə ötürür.
Belə təsadüfdə Rüstəmi gördüm,
Sanki həyat bağçasından tər çiçək dərdim.

Bax bu təsadüfdən sevin ey həyat,
Sevin və bu anda sən dadıma çat.
Qənifə bibisinin tapşırığıyla.
Bizə iş dalınca gəlmişdi Rüstəm.
Onun tərbiyəsinə, etikasına valeh oldum mən.

Hələ on dörd yaşı vardır Rüstəmin,
Gözəl ailə tərbiyəsinə, zəkasına mən oldum əmin.
Murad ata, Yeganə ana, olmasın qəmin,
Gözəl gələcəyi olacaqdır Rüstəmin.
Bunu həyat göstərəcək əminəm, əmin.

Ey Rüstəmi yetişdirən Murad ata,
Çatasan sən hər arzuya, hər murada.
Bir qeyrətli oğul tək Vətəni qoruyursan,
Şərəfli həyat yolunla Rüstəm üçün qurursanl

124

Duyğu kahkəşanı

Həyat yolunu hərbi xidmətə həsr edib,
Bu çətin zamanda Vətəni qoruyursan.

Xidmət edirsən ki, Vətəndə balalar rahat yata.
Səndən də uzaq olsun, hər bir bəla və xəta.
Rüstəmlə Aysel balaların çatsın arzu, murada.
Sən də Yeganə xanımınla yetiş murada.
Balaların xoşbəxt olsun Murad ata.

Bəxtin qismətinə yenə şükr edib
Qənifə bibisinə minnətdaram mən.
Rüstəm bala ilə bu tanişlıqdan ruhlanıram mən.
Vətənimin gözəl gələcəyi üçün,
Belə balalara inanıram mən.

Rüstəm bu Vətənin gözəl gələcəyidir,
Bunu həm duyuram, həm də görürəm,
Aysel bacısıyla Rüstəm balama,
Sarıgül Yağmur tək alqış deyirəm.
Kitabımda tarixləşəcək bu şeiri,
Rüstəm balama və ailəsinə halal edirəm.

Ay Tahirim
(Bacımın həyat yoldaşı)

Bu həyatda çətinliklər görmüsən,
Gəncliyini qayğılarla bölmüsən,
Bir xəstə ataya qulluq etmisən.
Halal olsun onun sənə əməyi,
Əskik olmasın nə duzun çörəyin.

Bacım Fəzilənin eşqi, yarısan,
Balalarından doyunca yarı sən.
Böyük bir nəslin kökün dövlət, varısan,

125

Sarıgül Paşaqızı Yağmur

Səninlə qürur duyuram ay Tahir,
Xoşbəxtlik qonağı olsun qardaşın Mahirin,
Çünki o da doğmadı, qardaşıdı tək Tahirin.

Çox doğmasan, həm də sadə, ağıllı.
Təmiz ürəyin var, iç dünyası naşıllı.
Elimin oğlusan buda kı, qismət,
Bütün ailəmizə edirsən hörmət.
Bir xoş payız günü oldun qonağım,
Əziz və doğma tək yadımda qaldın.

Odur ki, deyirəm sağlam və gözəl yaşa,
Arzu-istəklərin getməsin boşa.
Çünki əziz bacım Fəziləni tapmısan.
Yüz yaşa Tahirim Fəziləmlə yaşa,
Bir ömrü xoşbəxtliklə ol qoşa.
Sarıgül Yağmur da layiqdi alqışa.

Sevimli Mərifət xanım

Sənə Hörmətim böyükdü
Bunu nə danım
Bu kitabda əbədiləşib
Mənim duyğulu anım.
Bunu unutma ay canım
Sən də çox mərifətlisən
Həyatda cürətlisən
Kişi tək qeyrətlisən
Yerində ismətlisən
El içində hörmətlisən
Çünki ləyaqətlisən
Həyata dəyanətlisən.

126

Duyğu kahkəşanı

Gözəl gözlü Mərifətim,
Həyatda daim ol mətin,
Xoşbəxtlik olsun qismətin,
Arzum budur həyatdan kam alasan,
Ömrün boyu belə gözəl qalasan,
Çünki sevilməyə layiq balasan,
Sarıgül müəlliməni də hərdən yada salasan.

Yoxdu tayın-bərabərin səxavətdə sənin
Çox layiqli övladısan qoruduğun bu Vətənin
Günü-gündən qoy artsın şöhrətin sənin
Çünki ləyaqətli, həm çox hörmətlisən,
İnsanlara qarşı çox diqqətlisən,
Çünki, bacarıqlı mərifətlisən,
Şəxsi həyatında çox qeyrətlisən,
Mərifətim, sən çox mərifətlisən.

Nurlanəm

Nurlanəm Etibarçün xoş arzu, xoş diləksən,
Ruhu gözəllikdə sanki mələksən,
Tazə, koklanmamış körpə çiçəksən,
Qaynanan Qənifəyə daim gərəksən,
Razi balan üçün bir ömür gərəksən.

Çox gözəl yaradıb Yaradan səni,
İlahi qorusun xatadan səni,
Sevdiyin Etibardı yaşadan səni,
Çünki Razi üçün ana tək sənsən.

Nurlanəm, həyatın döngələrində,
Heç vaxt büdrəmə sən, daim ol mətin.
Qərib səltənətdə ata Nazirçün.
Bir də kövrək anan Xanım anayçün,

127

Sarıgül Paşaqızı Yağmur

Sənin ağrı-acın çox olar çətin.
Həyat yollarında daim ol mətin,
Daim göz üstə tut ailə qeyrətin.
Həm də saxla böyüklərin hörmətin.
Unutma sən Sarıgül Yağmur nəsihətin.

Ay Şahin
(Tərtərli sənət adamı Əskipara kəndi
Kazımov Şahinə həsr olunur)

Zaman addımlayır, idrak çalışır,
İnsan anlayana tezcə alışır.
Mənəvi qüdrətə malik olanlar,
Həyatda adil olmağa çalışır.
Mən səni beləcə tanıdım, Şahin.

Ağıl hər döyüşdə qələbə çalar,
Aqil qarşısında nadan alcalır.
Ay Şahin, bu həyat yolunda,
Ağlın, düşüncən qəlblərdə yer alar.
İstedadın daim gözdə ucalır.

Sənin insanlığına heyran qaldım,
Tanışlıq üçün az müddət olsa da,
Pozitiv eneryindən tam zövq aldım.
Sən bu qabiliyyət, mərifətinlə,
Şairə qəlbində bir məskən saldın.

Həm sadə insansan, həm də ağıllı,
Gözəl söhbətlisən, iç dünyası naşıllı,

Qürurlansın Tərtərlilər bax belə bir oğullu,

Mənim yaddaşımda belə qaldın sən.

128

Duyğu kahkəşanı

Poetik dünyada özəl yerin var
Dilinin əzbəridir, həyatıda Lalə var.
Sənin həyat yoldaşını da qorusun Pərvərdigar.
Ondan söhbət salanda gözündə işıq gördüm.
Xallardan da söz açdım, gözəl yaraşıq gördüm.

Tərtərli xas oğlu gördüm mən səni.
Doğma duyğularla isitdin məni.
Tanrım qorusun xata-bəladan səni,
Daima başında ol sən ailənin.

İnsanın qəlbində niskil olanda,
Kiçicik diqqətə duyur ehtiyac.
Ay Şahin, mənə həsr etdiyin şerlə
Sanki etdin küskün qəlbimə əlac.

Son kitablarımı çox insanlar alır.
Duyğulu, dəyərli insanlar oxuduqca zövq alır.
Bəzi evlərdəsə elə pəncərədə qalır,
Belə adamlara yazığım gəlir,
Belə insanlar ağacdan nəylə fərqlənir?
Çünki qavram sözü onlara tərs gəlir.

Sən onlardan fərqlisən, çünki gözəl zövqün var.
Sevdiyin ailənlə yaşayırsan bəxtiyar.
Çünki sən tək insanların ömründə daim bahar,
Yaşamın rəngli olmasını onlar daim arzular.

Şahin, belə xoş duyğu səndə var.
Səni də qorusun o Pərvərdigar,
Səninlə qürur duysun sevdiyin Lalə yar.
Bala, nəvələrdən ye doyunca bar
Yaxşı ki, dünyada sən tək oğullar var.

129

Sarıgül Paşaqızı Yağmur

Sevimli Lalənlə qonağım oldun
Gözəl duyğularla yadımda qaldın.
Lalə qızım, sənsə mənəvi oğlum oldun.
Bundan sonra necə unudum səni?
Gözəl xasiyyətinlə mat qoydun məni.
Həmin gün unutdum qəmi-qdüssəni.

Yazdığın şerlər sərvətdir sənə
Qoy səni qorusun Ulu kimsənə
Axı nə deyəsən belə düzənə?
Yəqin taledi, bu da gərdişdi,
Şahin istedad da gözəl işdi.

Sən Lalənə aşiq ey gözəl insan
Sevgidə Şahinsən, nifrətdə yoxsan
Laqeyd, nadan insanların gözünə oxsan
Səni tanıdıqca çox şad oldum mən
Odur ki, ürəklə vəsf etdim mən.

O şerini kitabaıma salacam,
Hər oxuduqca ondan zövq alacam,
Bu festinlə səndən razı qalacam.
Ay Şahin bax xeyir-dua aldın məndən,
Sarıgül Yağmur razı qaldı səndən.

Qənifə xanıma

Düzlük örtüyünə bürünüb yaşa,
Dövran hərəkətli, baxmayır yaşa,
Mənəvi dəyərlisən ucal, dol yaşa,
Əziz Ehtiramınla daim ol qoşa,
Yaşa, ay Qənifəm, səni yüz yaşa,
Arzu, istəklərin getməsin boşa.

130

Duyğu kahkəşanı

Ay Qənifəm, sən sanki bir mələksən,
Ehtirama bax bir ömür gərəksən,
Ağlınla cəmiyyətə bəzəksən,
İnsanlıqçün bir mənəvi dəstəksən,
Ehtiramınçün hamıdan göyçəksən,
Balalarınçün bir ömür gərəksən.

Sarıgül Yağmur deyər sözün düzünü,
Tutdun işlərinin ən təmizini,
Qoydun yazılarımda zəhmət izini,
Mən də vəsf elədim hətta körpə Razini.
Kitabımda əzizlərinin adı olacaq,
Bu da sizə məndən yadigar qalacaq.

Ay ana

Kimlə bölüm sevincimi, dərdimi,
Xəyal adlı nağıllara inandım.
Səndən sonra çox sənsizlik çəkmişəm,
Ayrılığın faciyəmiş, ay ana.

Bax beləcə gileylidi sözüm, ana,
Səndən sonra heç kəsdə yox dözüm, ana.
Yazıq canım dəhşətə necə dözüm?
İnan tapa bilməyirəm çözüm, ana.

Əziyyətlə yeddi övlad böyütdün sən,
Amma ana, heç vaxt qəddar olmadın sən.
İndi onun acısını çəkirəm mən,
Çünki birlik pozulursa, buna necə dözüm, ana?

Gileylərdən taleyimə yağdı töhmət,
Demək mələk bir anadan doğulanlar deyil mələk.
Arzuladım aramızda ola ülfət,
Cənnətlik ol, gözəl ana, belə imiş demə qismət.
Tanrı bizə imdad etsin, özü etsin çözüm, ana,
Sən yoxsansa indən belə yoxluğuna dözüm, ana.

131

Sarıgül Paşaqızı Yağmur

Mələklər payı
( Sabitoğlu Cavada )

Göydənmi göndərdi mələklər səni?
Götürdün gözümdən kədəri, qəmi,
Apardın başımdan dumanı, çəni.
Gözümdə göylərə ucaldın, Cavad,
Səni dünya durduqca olasan şad.

Səhər günəşitək nurludur gözün,
İnan mələklər tək gözəldir üzün,
Qəlbimi coşdurdu tək bircə sözün.
Bizdə kitabın var deyəndə sən də,
İnan ki, ürəkdən sevindim mən də.

Bu on iki yaşdakı cəsarəti,
Böyüklərə qarşı o cür diqqəti,
Həm də içdən gələn o səmimiyyəti.
Hamıda görməyi arzu edərdim,
Bax onda dünyadan rahat gedərdim.

Təsadüfü görüşü qonşularla paylaşan zaman,
Maraqlı bir fakt söylədi sənətdən qanan adam.
Dedi Cavadın gözəl şeir demək istedadı var,
Bədii gecələrdə onun da öz yeri var.
Sevindim və şükr etdim, ey Pərvərdigar,
Yaxşı ki, dünyada təsadüflər var...

Bu gözəllik həvəs yaratdı məndə,
Ürəyimə söylədim ki, Cavaddan yazacam mən də,
Dəyərli nəslin, kökün, şəcərənin davamısan sən də.
Doğma bir ülfətə bağlandım sənə,
Səni vəsf edəcəm mən dönə-dönə,
Çünki sən tək oğullar lazımdır Vətənə.

Atan Sabit, əziz anan sənlə öyünsün,
Bacın Nurayın da qəlbi qoy sevinclə döyünsün.

132

Duyğu kahkəşanı

Həyatında çox gözəl mövqe qazan,
Əmi, dayı, xala, bibilər sənlə fəxr etsin hər zaman.
Qoy səni qorusun Ulu Yaradan,
Çünki sənə duaçıdı bu şeiri yazan.

Arzum budur səni xoşbəxt olasan,
Əzizlərinin arzuladığı zirvə olasan.
Həyatından daima zövq alasan,
Çünki düşüncəli, zəki balasan,
Sarıgül Yağmuru da hərdən yada salasan.
Bu şeiri kitabıma salacam, Cavad,
Bu işdən də rahat olacam, Cavad.

Nəbi qardaş

Nəbi qardaş dəyərli bir insansan,
Çoxlarıyçün oxunmamış dastansan,
El- obançün qardaş, candan yanansan.
Güllərindən daim ilham al, qardaş,
Qeyrətli oğul tək yadda qal, qardaş.
Dünyanın bir çox yerini gəzmisən,
Gül çiçəyin ən pakını dərmisən.
Onunla mənalı ömür sürmüsən.
Güllərindən sevinəsən a, qardaş,
Ailənlə öyünəsən a qardaş.

Milli dəyərlərin toplusu səndə,
Əxlaqınla öyünür səni tanıyan hər bəndə.
Odur ki, ürək sözümü qələmə aldım mən də.
Xeyirdə, şərdə daim bizlə olmusan.
Ailəmizin doğması sayılmısan.

Qanına qopubdur qeyrət simvolu,
Odur ki, seçmisən doğruluq yolun,
Namərdlik görəndə boşalır qolun.

133

Sarıgül Paşaqızı Yağmur

Allahdan xoşbəxtlik payı al, Nəbi,
Daim belə təmiz adla qal, Nəbil

Belə məqamlarda utancaqsan sən də,
Gənclərə örnək ol, doğma Vətəndə,
Nimunəvi ailə tək tarixləş sən də,
Tarix oğulların yetirmiş qardaş,
Nəsildən -nəsilə ötürmüş qardaş.

Azəri oğlu tək yandırıb çırağ,
Bir ömür yolunda daim üzün ağ.
Gülərin bir elə parlaq çilçiraq,
Bax bir ömür sən beləcə qal, Nəbi,
Sən xeyir-duanı Haqdan al, Nəbi.

You have read 1 text from Azerbaijani literature.
Next - Duygu Kahkasani - 06
  • Parts
  • Duygu Kahkasani - 01
    Total number of words is 3404
    Total number of unique words is 1879
    18.6 of words are in the 2000 most common words
    27.0 of words are in the 5000 most common words
    32.2 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 02
    Total number of words is 3382
    Total number of unique words is 1764
    17.5 of words are in the 2000 most common words
    28.0 of words are in the 5000 most common words
    34.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 03
    Total number of words is 3421
    Total number of unique words is 1771
    16.3 of words are in the 2000 most common words
    25.9 of words are in the 5000 most common words
    31.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 04
    Total number of words is 3379
    Total number of unique words is 1766
    16.5 of words are in the 2000 most common words
    26.1 of words are in the 5000 most common words
    32.0 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 05
    Total number of words is 3372
    Total number of unique words is 1643
    18.4 of words are in the 2000 most common words
    27.9 of words are in the 5000 most common words
    34.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 06
    Total number of words is 3375
    Total number of unique words is 1699
    17.4 of words are in the 2000 most common words
    27.6 of words are in the 5000 most common words
    33.3 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 07
    Total number of words is 3376
    Total number of unique words is 1685
    17.4 of words are in the 2000 most common words
    25.9 of words are in the 5000 most common words
    32.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 08
    Total number of words is 3362
    Total number of unique words is 1812
    18.8 of words are in the 2000 most common words
    27.8 of words are in the 5000 most common words
    33.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 09
    Total number of words is 3350
    Total number of unique words is 1873
    17.5 of words are in the 2000 most common words
    26.6 of words are in the 5000 most common words
    31.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 10
    Total number of words is 3452
    Total number of unique words is 1816
    18.4 of words are in the 2000 most common words
    28.3 of words are in the 5000 most common words
    34.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 11
    Total number of words is 3444
    Total number of unique words is 1955
    18.7 of words are in the 2000 most common words
    29.4 of words are in the 5000 most common words
    35.3 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 12
    Total number of words is 3152
    Total number of unique words is 1808
    21.9 of words are in the 2000 most common words
    31.6 of words are in the 5000 most common words
    35.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.