Latin

Duygu Kahkasani - 02

Total number of words is 3382
Total number of unique words is 1764
17.5 of words are in the 2000 most common words
28.0 of words are in the 5000 most common words
34.6 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
Yaman darıxıram yenə bu axşam,
Başın üstündəyəm əllərimdə şam,
Sarıgül Yağmurdu sənlə hər axşam,
Amma darıxıram nəysə hər axşam.

Bu gecə

Söylə, necə duydun sənsizliyimi,
Yuxuma gəlmişdin canım, bu gecə.
Təzəcə dil açan körpələr kimi,
Səssizcə yatırdım gülüm səssizcə.

Qayğı yuva qurdu canımda mənim,
Bax kölgən dolanır yanımda mənim,
Qanın da dolaşır qanımda mənim,
Yuxuma gəlmişdin canım bu gecə.

30

Duyğu kahkəşanı

Oxşasa könlümü şirin avazın,
Mən də həvəslənim şerlər yazım,
Sənlə gözəlləşir baharım yazım.
Həsrətin könlümü yaxdı bu gecə,
Hicran pəncərəmdən baxdı sakitcə.

Yalançı bahar tək gələn sevgilər

Ömrümə yalançı bahar tək gəldin,
Səni sevdiyimə peşman olmuşam,
O qədər suallar içindəyəm ki,
Özüm öz duyğuma düşman olmuşam.

Mən sənə bağlandım qəmsiz, kədərsiz,
Səni çox istədim hədsiz, qədərsiz.
Sevincli anları saldım itirdim,
Göz yaşım sel olub, axır xəbərsiz.

Sevgi adiləşib indiki vaxtda,
Coxu yalanlarla oturur taxta.
Sevginin o təmiz və pak adını,
İndi bağlayırlar taleyə, baxta.

İlahi ürəyim dözmür bu dərdə,
Sevirəm kəlməsi adiləşibdi.
Ayrılıq gələndə hətta ürəklər,
Bu qorxunc kəlmədən sakitləşibdi.

Nə deyək qəlbləri yaxan sevgiyə,
Sonra pəncərədən baxan sevgiyə,
Yalanlardan göyə çıxan sevgiyə.
Elə bil ki, heç olmayıb ürəkdə,
Artıq dayaq durmur ona ürək də.

öl

Sarıgül Paşaqızı Yağmur

Duyğu seli

Bu eşq qapısının astanasında,
Başımı əyərək dedim Allaha.
Mən əsir düşmüşəm duyğu selinə,
Məni çox dərinə aparma daha.

Mənim duyğularım qoy mənə qalsın,
Od tutsun sinəmdə alışsın, yansın,
Tüstüsü kainat içində qalsın,
Yağış damlası tək yerə enməsin.

Mən o məhəbbəti yaşayım gizli,
Səsi yayılmasın, küyü çıxmasın.
Özümü yandırsın, özümü boğsun,
Elə yandırsın ki, iyi çıxmasın.

Mən ki, onun dəyərini bilirəm,
Zəkasına, ağlına əyilirəm,
O da mənim kimi olsun demirəm,
Sadəcə ruhumu duysun deyirəm,
Sarıgül Yağmur tək düzün deyirəm.

Sevən kəs

Sevən sevgimi gözlər,
Ürəyində sevgi bəslər,
Gözəl gələcəyə səslər.
Yalan dolanlar olmasa,
Arzusu yarım qalmasa.

Sevən ürək quş tək uçar,
Vüsal bizdən uzaq qaçar,
Bir xoş kəlmə eşqə açar.

32

Duyğu kahkəşanı

Söyləsə sevirəm səni,
Sevindirər inan məni.

Bitsin, getsin bu iztirab,
Sevən kəs çəkməsin əzab,
Sevənin istəyi cavab.
Alsın istədiyi şəxsdən,
Qırılmasın qəlblər qəsdən,
Sevilən sevənə səslən.

Dəli sevda

Dəli bir sevdaya tuş olsun könlüm,
Eşqin göylərində quş olsun könlüm.
Hey uçsun göylərin dərinliyinə,
Sevda dənizinin sərinliyinə.
Sonra atəş yaxsın çölləri — düzü,
Alovlar bürüsün durğun dənizi.
Qovrulsun dərdlərim içində yansın,
Ağrı-acılarım küllənib sönsün.
Xəstəlik söhbəti keçmişdə qalsın,
Yaddaşa çevrilib söhbətə dönsün.
O söhbət aylara-ilə qarışıb,
Sevda atəşiylə bir külə dönsün.
Sonra da bağçamda açan çiçəyə,
Pəncərəmdə duran küllü dibçəyə.
Suya qarışdırım torpağa verim,
Hər birin bir canlı yarpağa verim.
Çünki həyat dolu canlı varlığam,
Evimə, ailəmə bağlı varlığam,
İlahi qüvvəyə qəlbən inanan.
Ona dua edən, sitayiş edən,
Onun varlığına bağlı varlığam.
Hər gülə-çiçəyə sevdalıyam mən,

33

Sarıgül Paşaqızı Yağmur

Övlada, nəvəyə sevdalıyam mən,
Həm həssas, həm nikbin ruhlu insanam.
Hər şeydən sevinən, duyğuyla dolu,
Hər şeyə barışıq, dosta bağlanan.
Diqqətə, qayğıya çox dəyər verən,
Həyatı, dünyanı sevən insanam.
Tanrı bu sevgini məndən almasın,
Arzu-diləklərim yarım qalmasın.
Bir ona bəllidir mənim istəyim,
Qoy yarım qalmasın arzum-diləyim.
Amin.

Giley

Mən sənə can dedim, canımı aldın,
Amma ki, könlümü ala bilmədin.
Bütün tanıyanlar sevirəm dedi,
Sən özgələr qədər ola bilmədin.

Qaçıb qurtarmaşa ümid yerim yox,
Dörd yandan həsrətin mənə tuş gəlir.
Nə zaman göndərsəm sənin dalınca,
Hər dəfə xəyalım əli boş gəlir.

Yenə bəhanələr qatar-qatardır,
Əlində əsasın yoxdur, ya vardır.
Nə olsun ki, əldən gedən bahardır,
Ömrümə sazaqla yenə qış gəlir.
Bezdim inan ki, belə yaşamaqdan.

Yenidən nə üzlə hal soruşursan,
Özündən də bəhanələr qoşursan.
Xəyalımla da tez-tez vuruşursan
Bu sevən qəlbimi gəl incitmə sən,
Getdiyin kimi get dönmə yenidən.

34

Duyğu kahkəşanı

Ürəyim bağışla

Demirəm mənimlə talehini seç,
Sən məni bağışla günahımdan keç.
İnsan sevdiyini incidərmi heç
Kim məni sevər ki, bu davranışla?
Bağışla, ürəyim məni bağışla.

Ölərəm əlinə dəyməsə əlim,
Qəlbini qırmışam lal olsun dilim,
Gəl məni yandırıb yaxma, ay gülüm.
Kədərli gözlərlə, qəmli baxışla,
Bağışla ürəyim, məni bağışla,
Əgər bağışlamasan qəlbdən alqışla.

Xəzan vurmuş bir yarpağam gözündə,
Məni səndən ölüm alsın aparsın.
Yandır məni məhəbbətin közündə,
Bəlkə bu nağıl da burda qurtara.
Sarıgül Yağmur bu acıdan qurtara.

Beləmi sildin

Mən sənə can dedim, deməzdim gərək,
Nə üçün sən mənə etmirsən dəstək.
Ay mənim könlümü ovlayan mələk,
Sən məni ürəkdən beləmi sildin?

Nə vardır könlümdə aldın apardın,
Məni bu aləmdən çəkdin qopardın.
Ürəyimi dərdə saldın apardın,
Sən məni ürəkdən beləmi sildin?

35

Sarıgül Paşaqızı Yağmur

Könlümün əl çatmaz dağları itdi,
Əridi qəlbimin yağları getdi,
Ömrümün ən şirin çağları getdi.
Sən məni ürəkdən beləmi sildin?

Qəlbimdən keçəni bilib, bilmədən,
Gözümün yaşını silib silmədim,
Sarıgül Yağmur ölübmü bilib bilmədən,
Sən məni ürəkdən beləmi sildin?

Ürəyim

Qan gəlib ürəyin gözünü tutur,
Belə qan ağlamış gözü ürəyin.
Baş ürək hayında özün unudur,
Qovrulur içində sözü ürəyin.

Quru alovlanır yaşın odunda,
Torpaq çox yumuşaqdı daşın yanında,
Görəsən nədəndir başın yanında,
Çox vaxt unudulur özü ürəyin.

Bir gün düzələcək düzəlməyənlər,
O vaxt göz də gülər, könül sevinər,
Ürəkdən keçəni nadan nə bilər?
Necə yanıqlıdır gözü ürəyin.

Güllərin qoxusun külək qaldırar,
Ümid arzulardan dilək qaldırar,
Hansı söz, yalvarış görək qaldırar?
Düşəndə torpağa özü ürəyin.

Əcəb can evində qalıb avarə,
Evdəki həkim də axtarır çarə,

36

Duyğu kahkəşanı

Çölündə üz gülür, içində yarə,
Yığılsa yüz təbub çaşar ürəyin.

Sarıgül Yağmur deyək-gülək demişdik.
Bir -birimizə olaq dəsdək demişdik,
Mən sənə, sən mənə ürək demişdik,
Vallahi bax dözməz dayanar durar.
Gəl bu bəlalardan qurtar ürəyi,
Hayana istəsən apar ürəyi.

Sevginin

Gözlərinə de ki, soyuq baxmasın,
Əllərinə de ki, məni vurmasın,
Ürəyinə de ki, məni unutmasın,
Xeyirdən çox ziyanı var sevginin.

Çox güvənmə məhəbbətin adına,
Qısqanırsan zəhər qatıb dadına,
Heç olmasa Kərəmi sal yadına.
Xeyirdən çox ziyanı var sevginin.

Məni bu yuxudan oyatmasınlar,
Qoy yatım yuxuda mən səni görüm.
Aradakı yaş radarın anlayıb,
Köksümə yığılan qüssəni görüm.

Yadımdan çıxmayır birinci görüş,
O günü daima xatırlaram mən.
Birinci toxunuş, birinci baxış,
Bax belə macərası var sevginin.

öZ

Sarıgül Paşaqızı Yağmur

Unutma ürək

Hər zaman ümidə söykənər ürək,
Gərək ki ürəyə verəsən dəsdək,
Ayrılmaq istəyən ayrıla gərək.
Heç ümid də etməz bu işə kömək,
Sevgiyə sədaqət, düzlikdir dəstək,
Bunu da heç zaman unutma, ürək.

Mən həsrət nəğməsi, sənsə küləyim.
Əzizim, doludur mənim ürəyim.
Sənə xoşbəxtlikdir mənim diləyim.
Qoy bir Allah olsun mənim köməyim,
Bunu da heç zaman unutma, ürək.

Əlim çatmayana demərəm əyil,
Məni isdəməyən kəs, mənim deyil.
Çatıb köməyimə gör neçə ay, il,
Həyata bağlıyam, bu yalan deyil.
Bunu da heç zaman unutma ürək,
Bax real həqiqət, bu da ki, gerçək.

Daha inanma

Məhəbbətin şərbətindən içmişəm,
Neçə ayrılıqdan gəlib keçmişəm,
Təkcə onu qəlbimə yar seçmişəm,
Başqa sevgilərə daha inanma.

Mən həsrətin göz yaşını görmüşəm,
Dərd gələndə ağlamışam, gülmüşəm.
Həqiqəti gec də olsa bilmişəm,
Heç kəs mən tək daxildən ağlayıb üzdən gülməz.

38

Duyğu kahkəşanı

Mən qəm kərvanıyam, sənsə sarvanı,
Bir insan ömrü belə keçərmiş səfasız,
Ömrümü taladın mənim insafsız.
Səni sevdiyimə daha inanma,
Mən yandığım odla çalış sən yanma.

Bu şeri yazıram sevənlər üçün,
Sevgisi uğrunda ölənlər üçün,
Sevginin qədrini bilənlər üçün.
Sarıgül Yağmur boş vədlərə inanma,
Sevgi olduğunu bir daha sanma.

Necə barışaq?

Deyirdim sevəcəm, sevə bilmədim,
Hər cür çətinliyə dözə bilmədim,
Bu isdəyə qəlbimdə yer vermədim,
İndi bu duyğuyla necə barışım?

Çalış ki, içimdə nifrətə dönmə,
Hər adi şeylərdən alışma, sönmə,
Mən şeir deyəndə çalış ki, dinmə.
Sən yersiz söz atsan necə barışaq?
Mənasız hərəkətə necə alışaq?

Onsuz da istirab vermisən mənə,
Diqqətsiz yanaşdın sən dönə-dönə,
İndi gəl unudaq keçmişi yenə.
Sən üzr istəyərsən bəlkə barışaq,
Əvvəlki istəklə yenə danışaq.

Ürəyin işinə qarışa bilmirəm,
Diqqətsizliklə barışa bilmirəm,
Hörmətsizliyə alışa bilmirəm,
İndi bu duyğuyla necə barışaq?

39

Sarıgül Paşaqızı Yağmur

Həsrətin nəmi

Bir sevgi can verdi içimdə mənim,
O gündən qəm-kədərin köləsi oldum.
Üzməyi bilməyən bir uşağ kimi,
Sevda dənizinə düşüb boğuldum.

Közərə-közərə yanan şam kimi,
Gözlər görə-görə əriyirəm mən.
Həsrət yorğanına nəmli bürünüb,
Göz yaşları içində çürüyürəm mən.

Yenə də ağlıma gəlir sözlərin,
Deşir ürəyimi yenə sözlərin,
itibdi yollardan ayağ izlərin,
Elə boş- boşuna yeriyirəm mən.

Sən mənim ruhi qidam,
Bir ömür sevəcəyim adam,
Bax demə ki, mən sənə yadam
Səni gözləyirəm ay adam,
Bu qəmli həsrətinə belə şadam
Sevdiyim adam, sevdiyim adam.

Sənə

Xoş günüm bol olsun, ay mənim canım,
Canımdan canına payım var sənə,
Səni öz canımdan cox sevirəm mən
Xeyli xoş duygular yaşatdın mənə,
Təkcə sənsizliyi çəkdirmə mənə.

Sənə həmlələrim yalnız sevgidir,
Başqa bir niyyətim yoxdur ki, gülüm,

40

Duyğu kahkəşanı

Canımdan canına payım var mənim.
Bir ömür borcluyam, borcluyam sənə,
Təki xoşbəxtliyi bəxş elə mənə.

Sənli istəklərlə yaşayıram mən,
Arzular qovuşar istəklərinə.
Mən özümcün heç nə arzulamırm,
Təkcə sən arzula xoş istək mənə,
Mənim arzularım xoşbəxtlik yenə
Sənə, sənə, sənə, yenə də sənə.

Sevgi yaşa baxmır mənim əzizim,
İstəklə sevgində püxtələşibsən,
Səndən özgəsinə yoxdu marağım
Təmiz duyğularla dəstəklənibsən.

Adını yazmışam qəlb səhifəmə,
Qəlbimdən qopara bilməzlər onu.
Səni unutmaram bircə an belə,
Xəyanət olubdu həmdə yad mənə.

O qədər maraq yaratmısan məndə,
Bütün günü fikrim dolanır sənlə.
İnan ki, yadıma düşəndə sən də,
Dünya gözəl olur, həm rahat mənə.

Sargül ömrün qədrini vaxtında bilmədi,
Qayğıların əlindən heç ürəkdən gülmədi,
Gözucu bir dönüb dala baxmayır,
Sənin bu yaxşılığın əvəzin çıxmayır.

41

Sarıgül Paşaqızı Yağmur

Sevgi pöhrəsi

Bu qəlbdə gizlənən duyğular sənin.
Sevgimsə yenicə pöhrələnibdir,
İstəklər qarışıb düşüncələrə.
Ruhumsa bahar tək pöhrələnibdir.

Tanıya bilmirəm özüm-özümü,
İnsan da beləcə aciz qalarmış.
Aşkarda deyə bilməsəm sözümü.
Sözlərim budaqda gül tək solarmış.

Gecəm də qarışıb gündüzlərimə,
Ruhumda, fikirim də tək bircə odur
Mən həsrət qalmışam sevdiyim gözə,
Bu istək qəlbimə hakim olaçag.

Hec belə bilməzdim mən bu duygunu,
İnsanı özündən qoparır hər an,
Bilənlər anlayar beləmi olur?
Bax indi kəşf etdim bunu doğrudan.

Fikrim, xəyalım da təkcə gül odur,
Onu sevdiyimə peşman deyiləm.
Mənli bənövşələr qışda da acır,
Hər acan çiçəyə heyran deyiləm.

Günahmı edirəm hələ bilmirəm,
Dərdimi hec kimlə bölə bilmirəm.
Bu istək hər fəsil pöhrələndikcə,
Yazda acanlara gülə bilmirəm,
Bu nə sirdir hələ bilə bilmirəm.

42

Duyğu kahkəşanı

İlahi, sən qoru bu məhəbbəti,
Mənə acıları yaşatma bir də.
Gəl mənə çox görmə bu səadəti,
Sevgim tuşlanıbdı sonsuz bir səddə.

Taleydən bir daha şikayətim yox,
O çıxardı səni qarşıma mənim,
Qəlbimdə tək odur başqa biri yox,
Allahım, sən qoru bu məhəbbəti.

Bəs niyə azalır sevgi pöhrəsi,
Harda səhvim oldu görəsən mənim?
Əvvəllər sevgimi əsirgəməzdin,
İndi xoş sözünə həsrətəm sənin.

Sevgimiz

Sevgimi bəzərəm gül ləçəyiylə,
Qoymaram sarala, sola bu sevgi.
Mən səni sevirəm təmiz niyyətlə,
Qoymaram şüphədən qırıla sevgi.

Qoymaram həsrəttən sıxıla qəlbim,
Gecə yuxuna da gələrəm sənin.
Dönüb ətrafımda bir pərvanə tək,
Qəlbinin icində qalaram sənin.

İlahi sən qoru bu məhəbbəti,
Sən mənə cox görmə təmiz duyğuyu.
İlahi sən mənim qəlbimdən çıxar,
Yersiz qısqanclığı və şübhələri,

Mən doya bilmirəm bu məhəbbətdən,
Arzumdur tükənib bitməsin bu eşq,

43

Sarıgül Paşaqızı Yağmur

Mən doya bilmirəm bu səadətdən,
Ömrün sonunadək itməsin bu eşq.

Mən indi bildim ki ilahi eşqi,
Günahı az olur savabı coxdur.
Çünki saf sevginin əvəzi yoxdur,
Deyirlər əlcatmazdır ilahi eşqlər.

Taledən ummuram daha hədiyyə,
O səni bəxş etdi yanan qəlbimə,
Mən indi bildim ki, cətinlik nədir,
Ümid qalmamışdı bil, aya, ilə.

Bax mən ikinci kəs o şansı verdim,
Ünvanı səhv getmiş o bəd niyyəti.
Bax bir də gördüm ki, çətinmiş,
Səni anlayanın, bu səmimiyyəti,
Bax gücü də budur bu ülviyyətin,
Sənsiz yaşamaqsa cətindən cətin.

Könlüm

Ağrı acılar əlindən yanıb talan olan könlüm,
Haqsız, yersiz həmlələrdən ruhu üryan olan könlüm.
Artıq geriyə yol yoxdu uçub göydə qala bilər,
Doğmalara, əzizlərə ordan söylə salam könlüm.

Yuxulu xəyallarım

Yuxuma gəlsəydin əgər bir axşam,
Deyərdim qoy yuxum olsun əbədi.
Səni çox gəzmişəm çox axtarmışam,
Barı itirməyim bu səadəti.

44

Duyğu kahkəşanı

Minlərlə ulduzun içindən seçdim,
Bir günəşçin, milyon ulduzdan keçdim.
Səni qorumaqçın, itirməməkçin,
Hətta ulduz karvanından vaz keçdim.

Yuxuma gəlsəydin yenə bir axşam.
Mən cəpər edərdim kirpiklərimi,
Qoymazdım yuxuma daha heç kəsi.
Qıymazdım yuxumdan çıxıb gedəsən.

Yuxu getmir gözümə,
Gözüm baxmır sözümə,
Yatızdıra bilmirəm uşaq kimi özümü,
Necə sənsiz gecəyə necə yumum gözümü.
Küləyin vıyıltısı, pişiklərin səsləri,
Suların şırıltılı, divarın nəfəsləri.
Sıxır məni geriyə qaranlığın pıçıltısı.
Gedib səninlə gülüm gecənin rahatlığı.

Küçələrdə işıqlar arabir sayrışırlar,
Tək keçdiyim günləri arabir danışırlar,
Gecə məndən xəbərsiz minnətə gəlib sənə,
Ulduzların gözüylə bir yol baxarsan mənə.

Könlüm istəyir

Bu yol məndən bir az zaman istəyir,
Enişi yoxuşu dağ-daşı kənar.
Çünki həyat yolu ömürlük gülüm,
Odur ki, bu yollar naxış istəyir.

Qurub bir yuvanı arzu- istəklə,
Gərək yaşayasan təmiz ürəklə,

45

Sarıgül Paşaqızı Yağmur

Həyat yollarını təmiz niyyətlə,
Qurub yaşlanmağı könül istəyir.

Ey dəli xəyalım, nədir istəyin?
Özündə deyilsən nə olub yenə?
Girmisən yuxumla yenə qol-qola,
Düşmüsən hicranlı təzə bir yola.

Fırlana-firlana haradı yolun?
Yenə də həsrətin boynunda qolun,
Gah göydə gəzirsən qərib baxışla,
Gah dənizdə üzüb nigaran naxışla.

Söylə nə axtarıb kimi gəzirsən?
Axırda yorulub sanki bezirsən.
Durmusan arzu-istəklə yanaşı,
Boylanıb dünyaya kimi gəzirsən?

Tək səninlədir

Sən mənim sevgimin tək ünvanısan,
Qəlbim sevincim tək səninlədir.
Sən mənim solmayan sevgi çiçəyim,
Ruhumun qidası tək səninlədir.

Mən sevə bilmərəm başqa bir kəsi,
Yalnız səninlədir xoş arzularım.
Xəyalımda daim sənin sürətin,
Arzu, istəklərim tək səninlədir.

Yaşam istəyini səndən alıram,
Sənli xəyallarla yolda qalıram.
Sevgini də ürəyimə salıram,
Ən xoş diləklərim tək səninlədir.

46

Duyğu kahkəşanı

Bu istək ümidə çevrilir daha,
Sənli ümidlərim qalır sabaha,
Sən mənim xəyalım olmusan daha,
Artıq xəyallar da tək səninlədir.

Gəl

Ömrümün çiçəkli baharı sənsən,
Aldığım nəfəsin nübarı sənsən,
Yaşayan ömrümün havası sənsən.
Ay ömrüm, həyatım, baharım mənim,
Yubanma ömürlük havadarım mənim.

Sənsizəm əzizim yenə bu axşam.
Gözlərim yoluna dikilib qalıb,
İlıq nəfəsinin həsrətindəyəm,
Göz yaşım ovcuma tökülüb qalıb.

Hardasan səsimi eşit dön geri.
Gəl oxu qəlbimi sən varaq-varaq,
Gəl ki xatırlayaq ötən günləri,
Danışaq keçmişi biz xatırlayaq
Həsrətin özəldi, özəlmiş gözəl.
Qərib istəyinlə gəl könlümdə qal.

Yuxusuz gecəm

Məni gecələrdən qopar, ay Allah,
Yuxumdan gözümə yenə od düşür.
Məni gəncliyimə qaytar, ay Allah,
Yuxu kipriyimdən, gözümdən düşür.

Gözüm görə-görə yanır ürəyim,
Qələmdən od, alov varaqa keçir.

47

Sarıgül Paşaqızı Yağmur

Ürəyim deyəni duyur əllərim,
Gözlərim önündə varağı seçir.

İndiki halıma özüm baxıram,
Mən ki, yazmamışam qədəri, Allah,
Kipriyimdən damla olub axıram,
Sən götür qəlbimdən kədəri, Allah.

Bəzən yerinə düşür yazdığlarım da,
Tumar çəkə-çəkə ruhum dincəlir.
Məni dincliyimə qaytar, ay Allah.
Belə ümidlərlə qəlbim dincəlir,
Sarıgül Yağmura yeni güc gəlir.

Sən olacaqsan

Gözümün önündə başqa birisi,
Xəyalımda yalnız sən olacaqsan.
Evimin qonağı başqa birisi,
Könlümün qonağı sən olacaqsan.

Ayları, illəri verərək yelə,
Gözümün yaşları dönəcək selə,
Qəlb odun söndürdün sən bilə-bilə,
Közərən ocağım sən olacaqsan.

Ömrümün yelkəni zənn etdim səni,
Gəlib qurtarasan təklikdən məni,
Saldın gözlərimə dumanı, çəni,
Sonuncu dayağım sən olacaqsan.

Niyə etdin bu günahı əzizim,
Mən sənə ömrümü qurban demişdim.
Axı yer adamı deyildim canım,

48

Duyğu kahkəşanı

Mən sənin yanına göydən gəlmişdim.
Qəlbimin mehmanı sən olacaqsan.

Yenə də qonağım olassan mənim.
Yenə də incidib, üzəcəm səni,
Yenə də əlimi çənəmə qoyub
Təpədən dırnağa süzəcəm səni,
Amhna ki, cananım sən olacaqsan,
Sarıgül Yağmura sən qalacaqsan.

Dəniz eşqi

Allahım, bu nə sevda, bu nə məhəbbət?
Bir gün bütün cahan çaşıb qalacaq,
Ya sahil dənizin altda qalaraq,
Ya dəniz sahildə aşıb daşacaq.

Suyun qum sevdası donub qalacaq,
Qağayı sahilə uçub qonacaq,
Sahildə qayalar donub qalacaq,
Dəniz də sahili qoynuna alacaq.

Bax bu da məhəbbət nağılı kimi.
Dalğalar canlı tək coşur içindən.
İrəli, geriyə ləpələnirlər.
Dəniz dalğasının pıçıltısı tək,
Qumlar da sahilə səpələnirlər.

Yalanmış

Biz niyə ayrıldıq bilə-bilmirəm,
Mən buna ayrılıq deyə bilmirəm,
Artıq bu istəyi öyə bilmirəm.
Sənin böyük sevgin demək yalanmış.

49

Sarıgül Paşaqızı Yağmur

Səni görməyəndə çox odlanmışam,
Görəndə sevincdən alovlanmışam,
Bu neçə müddətdə mən aldanmışam,
Sənin böyük sevgin demək yalanmış.

Sən oldun bu eşqi dananlar kimi,
Eşqini yarı yolda qoyanlar kimi,
Həyatını saran yalanlar kimi.
Sənin böyük sevgin demə yalanmış.

İndi yenə yadda qaldı zirvələr
Yaranışdan duman, qardı zirvəlik.
Ömrümüzü ucaldardı zirvəlik,
Nahaq endik o dağların başından
Yalanların izi qaldı daşında.

Bəlkələr

Mən yaxşiyam yavaş-yavaş,
Öyrəşirəm tənhalığa,
Yavaş-yavaş barışıram qismət ilə,
Kədər ilə həsrət ilə.
Bir az soyuq davranıram axan ilıq göz yaşına,
Axır axır silmirəm heç əlimlə,
Deyirəm bəlkə yumşalam dilimlə.

Bəlkə həqiqətən dəli olmuşam,
Ağlımı başımdan alıb hisslərim,
Mən belə deyildim əzəl günlərdə.
Məni bu günlərə salıb hisslərim.
Ağlımı başımdan alıb hisslərim.

Bəzən də rəsmini cəkirəm onun,
Amma qələmlə göz çəkilmir axı.
O gözəl qaməti, boyu, buxunu,

50

Duyğu kahkəşanı

Əzməyim deyə kağizi bükə bilmirəm,
Qələmlə nazını çəkə bilmirəm.

Zəng etmək istərəm, tərəddüdəyəm,
Ürəyim istəyir, qürur qoymayır,
Başımı şerlə qatıram hər gün
Yazıram, pozuram, kağız doymayır.

Ay ürəyim

Qisas, kin sən belə fikirlərdən keç,
Kin insan qəlbinə qara iz salar.
Mən heç sənə nifrət də eləmirəm.
Sənə nifrət etmək belə az olur,
Bu duyğu yükü də sənə söz olar.

Bir kərə bağışla desəydin mənə.
Hər bir şey tam fərqli ola bilərdi,
Bir azca düzgünlük görsəydim səndə.
Mənə ürəyim də qərar verərdi.
Səni dünyasına uyğun görərdi.

Bunu mən demirəm ürəyim deyir,
Səndən inciyən də, küsən də odur.
Mən heçnə anlamıram amma nədənsə,
Adın çəkiləndə əsən də odur.
Səni görməyə tələsən də odur.
Sarıgül Yağmuru asan, kəsən də odur.
Ürəyim, ürəyim, ürəyim, ay ürəyim.

51

Sarıgül Paşaqızı Yağmur

Könlüm

Yenə nə coşursan sevdalı könlüm,
Sevgi alovuyla yaralı könlüm.
Ünvansız mənzilə axıb gedərsən,
Səndən soruşarlar haralı könlüm?

Nə baxırsan yaşa, nə də ki, başa,
Ünvansız oxların tez dəyər daşa,
Eləcə bir zənglə gəlirsən coşa,
Yaşa, ay alovlu, havalı könlüm.

İncələ hər sözdə mənalı hələ.
Tələsmə, qorxduğun başına gələ,
Tutduğun mövqeni heç vermə yelə.
Kətirmə başına bəlanı könlüm.

Barışaq

Deyirdin sevəcəm sevə bilmədin,
Dərdimdən ölürdün ölə bilmədin,
Bu eşqdən çələnglər hörə bilmədin,
Eşqin qarşılığın verə bilmədin,
İndi söylə görüm necə barışaq?

Alışır qəlbimdə həsrət anbaan,
Donur damarımda artıq axan qan,
Eşqimiz də yavaş-yavaş verir can,
Görək indi daha nə deyir zaman?
Bax bu düşüncəylə necə barışaq?

Bu ayrılıq yaraşmır yaşımıza,
Hələ görək nə gəlir başımıza,
Həsrət yol salacaq divar, daşımıza,
Söylə ayrılıqla necə barışaq?

52

Duyğu kahkəşanı

Bax, mən də yanmışam eşq odunda,
Sevgimiz səsləndi dastan adında,
Yaddaşa iz saldı qohumun da, yadın da.
Amma çəkdiyim əzablar qalsın yadında.
Səni səndən çox sevdiyimi danışaq.
Axırda da anlaşaraq barışaq.

Eşq yolunda çinar olub bitmədin,
Dağlar aşıb zirvələrə getmədin,
Öz bildiyin etdin güzəştə getmədin.
Bundan sonra gəl, bax belə danışaq.
Bir-birmizə çox hörmətlə yanaşaq,
Həyat çox qısadır canım, barışaq.

Aşiqləri hicran qəmi əyəndə,
Qapımızı yersiz həsrət döyəndə,
Sevgisizlik belimizi əyəndə,
Sarıgül Yağmur, gəl, ölürəm deyəndə,
Bəlkə insafa gələsən barışaq.

Son qərar

Artıq mən bu gün bir qərara gəldim,
Olub keçənləri qarşıma sərdim.
Nəhayəti ki, mən də son qərar verdim,
Artıq bu mövzudan vaz keçdim daha,
Yazıb da batmayım yersiz günaha.

Yenə də yazıram kədərli şer,
Gileydən heç bir kəs tapmayıb xeyir,
Əllərim yazsa da ürəyim deyir,
Bəsdi gəl, qələmi qoy bir kənara,
Yazıb bülənməyim naləyə, aha.

53

Sarıgül Paşaqızı Yağmur

Qədrim bilinmədi, qəlbim qırıldı,
Həsrət boynun bükdü, ürək yoruldu.
Bax hər gün incidi, sındı, vuruldu,
Daha söz verirəm gələn sabaha,
Bax, bədbin şerlər yazmaram daha.

Adi soyuq baxış qəlbi sındırar,
Bir ani hərəkət qanı dondurar.
Namərdlər məqamı tez-tez andırar,
Bax, Tanrım da elələrin yandırar.

Ürək sındiranın sınar ürəyi,
Çörək titirənin olmaz çörəyi.
Ümidsiz kəslərin arzu-diləyi,
Ulu Tanrım olur özü köməyi.

Mən Tanrımın qüdrətinə inannam,
Onun adil qərarına sığınnam,
Bir daha qansızdan mən diqqət ummam.
Ulu Tanrım elələrin qandırar,
Məni incidənin qəlbin yandırar.

Ömür vərəqləri

Ömür vərəqləri yarpaq kimidir,
Bəzən yaşılkən düşər, həyat belə ötüşər,
Saralıb düşəni torpağa qarışar.
Heç kəs duymadan, hiss etmədən.

İnsan ömrü bir təqvimdir,
Hər günün varağın özü kəsər.
Ömür varağı itməsin deyə,
Hər varağın üstə əsər,
Amma alın yazısıdır ömür tələsər.

54

Duyğu kahkəşanı

Hər kəsin bir işi var,
Hər kəsin bir vərdişi,
Hər kəsin ömür xətti.
Harda görən kəsişir?
Burda kimsənin yox günahı,
Amma bəzən ölür söz günahı.

Çəkilən xətlər ömür xətləri,
İnsan öz əliylə, əməliylə çəkir o xətləri.
Kimisi xətt çəkir ömür yoluna,
Kimisə xətlə çəkilir öz yoluna.
Beləcə ömür keçir, ömür xətləri...
İnsan özü kəsir bu təqvimin vərəqlərin,
Ömür xətləri, ömür vərəqləri...

Məni

Həsrətim də sənsən, vüsalım da sən,
Qalan ağlım, həm də kamalım da sən,
Xəyalım da sənsən, vüsalım da sən,
Sənsən bu canımın parası, təni,
Göylərə qaldırır bu hikmət məni.

Yanar könüllərin arzu-istəyi,
Gah sevinc gətirər, gah qəm-kədəri,
Dalğaya çevirəm lal ləpələri.
Göylərdən seyr edək qoşa yelkəni,
Göylərə qaldırdı cəsarət məni.

Qalxır bu alovum, közüm göylərə,
Gecələr dikilir gözüm göylərə,
Bir gün köçəcəyəm özüm göylərə.
Göylərdən axtarar gözlərim səni,
Göylərə qaldırdı bu həsrət məni.

55

Sarıgül Paşaqızı Yağmur

Gəl, ayı dolanaq, ulduzda gəzək,
Kahkəşan yoluna incilər düzək.
Nə yerdə yorulaq, nə göydən bezək.
Birlikdə oxuyaq sirli nəğməni,
Göylərə qaldırdı bu ülfət məni.

Bu gecə tənhayam

Bu gecə ürəyim sıxılır yaman,
Həsrət bir tərəfdən, qəm bir tərəfdən.
Yadıma düşdükcə dərdim, kədərim,
Başım da ağrıyır yenə əsəbdən.

Elə bir üstümə gəlir divarlar,
İçimdə qəhərim dünya boydadı.
Bu qədər acıyla gülüm mən necə?
Bax, ruhən tənhayam, tənha bu gecə.

Hamıdan çox sənə verirəm dəyər,
Bircə anlıq düşün, sən də ver dəyər,
Əzizlərimdən sən söylə xoş xəbər,
Mənim ümidlərim əsir bu gecə,
Oyaqdılar da üzür məni səssizcə.

Ürəyim darıxar səni görməsəm,
Dinc dura bilmirəm yuxum gəlməsə,
Evə gəlib bir izini görməsəm,
Ümidsizlik məni yaxar sadəcə,
İnan mənə ruhum çıxar o gecə.

Yağ, yağışım

Yağ, yağışım, bulud kimi
Zaman-zaman köçərisən,
Bir dünyaya nəzər yetir, ötəri sən.
Necə susuz, cadar-cadar yerlərin var,
Yazıq torpaq nələr udar.

56

Duyğu kahkəşanı

Yağ, yağışım, bu dağların,
Bu daşların hikkəsini aparınca,
Bir ərköyün çığaddıqla,
You have read 1 text from Azerbaijani literature.
Next - Duygu Kahkasani - 03
  • Parts
  • Duygu Kahkasani - 01
    Total number of words is 3404
    Total number of unique words is 1879
    18.6 of words are in the 2000 most common words
    27.0 of words are in the 5000 most common words
    32.2 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 02
    Total number of words is 3382
    Total number of unique words is 1764
    17.5 of words are in the 2000 most common words
    28.0 of words are in the 5000 most common words
    34.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 03
    Total number of words is 3421
    Total number of unique words is 1771
    16.3 of words are in the 2000 most common words
    25.9 of words are in the 5000 most common words
    31.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 04
    Total number of words is 3379
    Total number of unique words is 1766
    16.5 of words are in the 2000 most common words
    26.1 of words are in the 5000 most common words
    32.0 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 05
    Total number of words is 3372
    Total number of unique words is 1643
    18.4 of words are in the 2000 most common words
    27.9 of words are in the 5000 most common words
    34.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 06
    Total number of words is 3375
    Total number of unique words is 1699
    17.4 of words are in the 2000 most common words
    27.6 of words are in the 5000 most common words
    33.3 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 07
    Total number of words is 3376
    Total number of unique words is 1685
    17.4 of words are in the 2000 most common words
    25.9 of words are in the 5000 most common words
    32.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 08
    Total number of words is 3362
    Total number of unique words is 1812
    18.8 of words are in the 2000 most common words
    27.8 of words are in the 5000 most common words
    33.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 09
    Total number of words is 3350
    Total number of unique words is 1873
    17.5 of words are in the 2000 most common words
    26.6 of words are in the 5000 most common words
    31.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 10
    Total number of words is 3452
    Total number of unique words is 1816
    18.4 of words are in the 2000 most common words
    28.3 of words are in the 5000 most common words
    34.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 11
    Total number of words is 3444
    Total number of unique words is 1955
    18.7 of words are in the 2000 most common words
    29.4 of words are in the 5000 most common words
    35.3 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 12
    Total number of words is 3152
    Total number of unique words is 1808
    21.9 of words are in the 2000 most common words
    31.6 of words are in the 5000 most common words
    35.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.