Latin

Dunya Ədəbiyyatından Hekayələr - 3

Total number of words is 3188
Total number of unique words is 1871
19.5 of words are in the 2000 most common words
28.6 of words are in the 5000 most common words
33.0 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
rəngbərəng balıqqulaqları və qarpızlara görə bu qədər təhlükə. Əvvəllər
qarpız haqqında təkcə bunu bilirdim ki, onu tərəvəz dükanında satırlar.

— Bundan başqa bizdə suyun yüksəlməsindən qabaq sahildə çoxlu uçan
balıq olur: eləcə tullanırlar və hər balığın qurbağanın ayağına bənzər iki
ayağı var...

Ahl Tun-tu dostlarımın heç fərqində olmadığı qəribəliklərlə dolu idil Onlar
hardan biləcəkdilər: hun-tu sahildə yaşayırdı - onlarsa mənim kimi həyətin
uca binaları üzərində sadəcə kvadrat səmanı görürdülər.

Heyif ki, yeni il ayı bitmişdi və Vun-tu evlərinə qayıtmalıydı. Üzüntüdən
ağlamağa başladım, o da mətbəxdə gizlin-gizlin ağladı, çünki getmək
istəmirdi. Nəhayət, atası onu apardı.

Sonralar o, atası ilə mənə bir neçə balıqqulağı və qəşəng lələklər
göndərmişdi, mən də ona nəsə yollamışdım, ancaq biz daha görüşmədik.

İndi, anam mənə yYun-tu haqqında deyəndə, bütün xatirələrim canlandı və
sanki gözəl vətənimi gördüm.

— Əlal Bəs indi o necədir?- soruşdum.
— O? О qədər də yaxşı deyil...
Anam pəncərəyə sarı baxdı.

— Yenə gəldilər. Guya mebelə baxırlar, amma əllərini keçəni qamarlamağa
hazırdılar. Gedim baxım.

Anam getdi. Qapının arxasından qadın səsləri eşidildi, mənsə Hun-erlə
söhbətə başladım. Soruşdum ki, yazı yaza bilir və burdan getmək
istəyirmi?

— Qatarla gedəcəyik?
— Qatarla.

— Bəs cunqla? (qayıq)

— Əvvəlcə cunqla...

-Həl Deməli, belə olmusanl Bığlara bir baxl - qəfildən kəskin, qulaqbatırıcı
səs eşidildi.

Səksənib başımı çevirdim və qarşımda enlisifət, nazikdodaq əlli yaşlarında
olan qadın gördüm, əynində şalvar vardı, əllərini qarnının üstündə büküb
elə dayanmışdı ki, с̧еггуој dəstindəki nazik ayaqlı pərgara bənzəyirdi.

Karıxdım.
— Tanımadın? Əllərimdə böyümüsənl
Özümü tamam itirdim. Xoşbəxtlikdən anam gəldi və dedi:

— O uzun illər evdə olmayıb, hər şeyi unudub. - Sonra mənə doğru
çevrilərək, - Sənsə xatırlamalıydın, axı bu bizdən çəpəki o biri küçədə
yaşayan doufu satan Yan xaladır...

İndi xatırladım. Mən balaca olanda bizdən çəpəki dükanda həqiqətən də,
doufu satan Yan xala vardı - hamı onu "Kəsmik gözəli" deyə çağırırdı.

Doğrudur, o vaxt onun almacıq sümükləri bu qədər çıxmamışdı və
dodaqları bu cür nazilməmişdi, bundan əlavə o, dükanda həmişə oturardı,
ona görə də ağlıma da gəlməzdi ki, pərgara oxşayır. Danışırdılar ki, onun
sayəsində ticarət çiçəkinmişdi. Mən "Kəsmik gözəli"nə qarşı heç nə hiss
etmirdim, çünki balacaydım və onu tərtəmiz unutmuşdum. Amma Yan
xala açıq-aydın narazı qalmışdı və özünün nifrət minasını göstərdi: bu
baxışla ancaq Napeleonu tanımayan fransıza, yaxud da Vaşinqton
haqqında eşitməmiş amerikana baxardılar. Soyuq gülümsəməylə o dedi:

-Yadından çıxmışam? Eybi yox, nahaq yerə demirlər ki, varlıların gözü
ayağının altını görmür...

— Yox, yox... Heyrətlə qalxdım.

—Bilirsən, Sin qardaş, sən artıq varlısan, əşyaları daşımaqsa çətindir- həm
bu köhnə-kürüş nəyinə lazımdır - ver mənə.

Biz kasıblara hamısı yarayır.
-Heç də varlı deyiləm. Getməzdən əvvəl hamısını satıb qurtarmalıyam.

— Ay-yay-yayl Axı dairə rəisi olmusan, amma deyirsən ki, varlı deyilsən?
Üç kənizin var, səkkiz hambalın daşıdığı kəcavədə gəzirsən və deyirsən ki,
varlı deyilsən? Eh, məni aldada bilməzsəni

Etiraz etməyin faydasız olduğunu görüb heç bir söz demədən dayandım.

— Ay-yay-yay, doğru deyiblər, pulun nə qədər çoxdursa, o qədər xəsissən,
nə qədər xəsissən, pulun o qədər çoxdur.

Xala hiddətlə çöndü və deyinə-deyinə çıxışa doğru getdi, yolda anamın
əlcəklərini çıxartdı, onları qoltuğunun altına qoyaraq uzaqlaşdı.

Sonra yaxınlıqda yaşayan qohumlarımız ziyarətə gəldilər. Mən qonaqları
qəbul edirdim, boş dəqiqələrdə tədricən toplanırdım. Üç-dörd gün belə
keçdi.

Günlərdən biri xüsusilə soyuq keçdi. Nahardan sonra oturub çay içirdim.
Birdən kimsə içəri girdi. Mən çöndüm və qeyri-ixtiyari həyəcana qapıldım.
hun-tu idi. Yerimdən sıçradım və onu qarşıladım.

O, xatırladığım əvvəlki yun-tu olmasa da, onu tanıdım. Onun boyu iki dəfə
artmışdı, bir vaxtlar dəyirmi və günəşdən yanmış üzü indi sarımtıl torpaq
rəngindəydi və dərin qırışlarla örtülmüşdü, gözləri şişmiş və qızarmışdı.
Atamdan bilirdim ki, adətən daim sahildə işləyən və dəniz küləyinin
əsintisinə məruz qalanların üzü də belə olurdu. Yırtıq keçə papağı və çox
incə pambıq gödəkcəsində o təmamilə donmuşdu. Əlində uzun qəlyan və
bağlama tutmuşdu, bu əllər yaddaşımda qalan əvvəlki zərif yumru əllərə
bənzəmirdi, onlar kobudlaşmış, taxtalaşmış, şamağacı qabığı kimi
çatlamışdılar.

Onu görəndə çox sevindim, amma nədən başlayacağımı bilmədim və
dedim:

— O, hun-tu qardaşl Gəldin?...

Çox şey haqqında danışmaq istəyirdim, mənə elə gəlirdi ki, sözlər indicə
ipindən qopmuş mirvarilər kimi töküləcək: bildirçin, balıqqulağı, uçan
balıq, ça... Ancaq sözlər sadəcə başımın içində fırlanırdı, çıxış üçün yol
tapmırdı, onlara nəsə mane olurdu.

hun-tunun üzündə həm sevinc, həm kədər ifadəsi vardı, dodaqları səssizcə
tərpənirdi. Budur, o, ciddi görkəm alaraq aydın şəkildə dedi:

— Cənabl..

Donub qaldım və heç bir söz deyə bilmədim. Başa düşdüm ki, aramızda
divar var.

O, dönərək "Şuy Şen, cənaba baş əy",- dedi və arxasında gizlənən oğlanı
irəli itələdi. Bu otuz il əvvəlki hun-tu idi, yalnız çox arıq idi və boynunda
gümüş halqası yox idi.

— Bu mənim beşincimdir, hələ çox insan görməyib, utanır...
Deyəsən səsimizi eşidib Xun-erlə birlikdə anam gəldi.

— Xanım, - yun-tu dedi - sizin xəbəri çoxdan almışam. Cənabın gələcəyini
biləndə elə sevindim ki...

— Birdən birə niyə belə rəsmiləşdin? - anam zarafatla soruşdu. - Axı
əvvəllər bir-birinizi qardaş deyə çağırırdınız. Ən yaxşısı ona əvvəlki kimi
Sin qardaş de.

— Nə danışırsınız, xanım... Heç belə olarmı? Onda uşaq idik, heç nə
anlamırdıq... - Və hun-tu yenə Şuy Şenə bizə yaxınlaşıb salam verməsini
əmr etdi, oğlansa onun arxasında gizlənməyə davam edirdi.

— Bu, Şuy-şendir? Sənin beşincin? - anam soruşdu. Çəkinməsi təəccüblü
deyil: burda ona hər kəs yaddır. Yaxşısı budur gedib Xun-erlə oynasın.

Xun-er Şun-şeyi səsləsi, o da rahat nəfəs alaraq sevinclə onun arxasınca
qaçdı. Anam yun-tuya təklif etdi ki, otursun, o qərarsız qalaraq yubandı,
nəhayət oturdu, uzun qəlyanını masaya söykədi, bağlamanı mənə verərək
dedi:

— Qışda heç nə tapa bilməzsən. Burda bir az qurudulmuş lobya var. Özüm
qurutmuşam, buyurun, cənab...

Soruşdum ki, necə yaşayır. Başını yellətdi.

— Ağırdır. Budur, altıncım da mənə kömək edir, amma yenə də aclıqdır...
dinclik yoxdur... hər yerdə pul istənir, istədikləri qədər də alırlar...
məhsulsa yaxşı deyil. Yığırsan, satmağa aparırsan, verigi vergi ardınca
gəlir, özündə saxlasan ziyana düşürsən, aparmasan da çürüyür...

Başını yelləyirdi, çoxsaylı qırışlarla örtülmüş üzü isə daş heykəl kimi
donmuşdu. Görünür, dərdini içində daşımağa vərdiş etmişdi və üzdə ifadə
edə bilmirdi. O susdu, sonra qəlyanını götürüb səssizcə bir qullab aldı.

Anam yenə suallarını yağdırmağa başladı, o da dedi ki, çoxlu işləri var və
sabah evinə qayıtmalıdır. Hələ nahar etməmişdi, özünə yemək isitmək
üçün anam onu mətbəxə göndərdi.

hun-tu getdi, anamla mənsə onun taleyindən kədərlə danışmağa başladıq:
bir yığın uşaq, yoxsulluq, amansız rüşvətlər, əsgərlər, quldurlar,
müdiriyyət, mülkədarlar - bütün bu uğursuzluqlardan o heykələ çevrilib.
Anam təklif etdi ki, bütün əşyalarımızı ona verək, o da içlərindən
istədiklərini seçsin.

Nahardan sonra o, bəzi şeyləri götürdü: iki uzun masa, dörd stul, yaylı əl
tərəzisi, ətirli maddə qabları və şamdan dəsti. Bundan başqa bizdən bütün
külü verməyimizi xahiş etdi (düyü samanı yandırırdıq, ondan qalan külü
isə torpaqda gübrə kimi istifadə edirdik). Razılaşdıq ki, köçəcəyimiz gün
bütün əşyaları öz qayığında aparsın.

Axşam onunla ordan-burdan yenə danışdıq, ertəsi gün səhər tezdən o, Şenşuyla getdi.

Doqquz gün sonra bizim köç günümüz yetişdi. lun-tu səhər tezdən
gəlmişdi, amma Şuy-şen gəlməmişdi, onun yerinə beş yaşlı balaca qızını
gətirmişdi ki, qayığa göz-qulaq olsun. Bütün gün qaçışmayla keçdiyindən
danışmağa macal tapmadıq. Qonaq-qara da çox idi, kimisi yola salmağa
gəlmişdi, kimisi əşyalar üçün, kimisi də elə-belə. Axşamüstü biz qayığa

minəndə, köhnə evimizdə nə xırda, nə iri, nə bütöv, nə qırıq əşya
qalmamışdı - hər şey süpürülmüşdü.

Cunq (qayıq) irəli üzdükcə sahildəki yaşıl dağlar alacaqaranlıqda tünd
qara rəng alır və bir-birini geridə buraxırdı. Biz Xun-erlə birlikdə
pəncərədən qaranlıqda əriyən mənzərəyə tamaşa edirdik. Birdən o
soruşdu:

- Əmil Biz nə vaxt qayıdacayıq?

- Qayıdacayıq? Vay səni, hələ gedib çatmamışıq, artıq qayıtmaq haqqında
düşünürsən.

- Şuy-şen məni oynamaq üçün çağırdı... Və Xun-er iri qara gözlərini geniş
açaraq fikrə getdi.

Anamla mən narahat olduq. yun-tunu xatırladıq. Anam dedi ki, biz köçmək
üçün toplanmağa başladıqdan bu yana Yan xala, həmin o Kəsmik gözəli
hər gün bizə baş çəkməyə başladı. Bu günlərdə o, külün altından onlarla
fincan və nəlbəki çıxardı, bildirdi ki, sonradan küllə bilrikdə aparmaq üçün
onları yun-tu gizlədib. Yan xala özü ilə "it dilxorçuluğu"nu aparanda elə
hesab edirdi ki, bizə böyük yaxşılıq edib və gedərkən elə qanadlanmışdı ki,
belə balaca ayaqlarla yüksək altlıqlı ayaqqabıların içində sürətlə qaçmasına
mat qalmışdıq.

Getdikcə doğma evimizdən uzaqlaşırdıq, arxamızda doğma təbiətin rəsmi
qalırdı, amma mən bu rəsmdən ayrılmağa heyfslənirdim. Mənə elə gəlirdi
ki, hansısa gözəgörünməz yüksək divarlar məni mühasirəyə alıb,
dünyadan təcrid edib və bu, məni hədsiz kədərləndirirdi. Boynunda
gümüş halqası, qarpız sahələrinin balaca qəhrəmanın əvvəllər aydın olan
obrazı birdən dağılaraq yayıldı və tutqunlaşdı və bu mənə ağrı verdi.

Anam və Xun-er yuxuya getdilər.

Mən də uzandım, cunqun altında şırıldayan suyun səsini dinləyərək
düşündüm: bəli, həyat yun-tu ilə bizi ayırdı, amma övladlarımız birlikdə
olacaqlar - məgər Xun-er artıq Şuy-şen haqqında düşünmür? Ümid
edirdim ki, onlar böyüyəndə bizdən fərqli olaraq yollarını

ayırmayacaqlar... Yalnız mən istəmirdim ki, onlar mənim kimi
daldanacaqsız əzab çəksinlər, Fun-tu kimi dərddən daşlaşsınlar, başqaları
kimi sərtləşsinlər. Onların həyatı başqa cür olmalıdır, bizim yaşaya
bilmədiyimiz yeni həyatları olmalıdır.

Gələcək haqqında düşündüm və birdən məni dəhşət bürüdü. O vaxt lun-tu
məndən ətirli maddə qabları və şamdan dəstini xahiş edəndə mən özözümə gülümsəyib düşünmüşdüm ki, o hələ də bütlərə tapınır və onlardan
ayrıla bilmir. Bəs mən öz əllərimlə yaratdığım və adına ümid qoyduğum
şey büt deyilmi? Fərqimiz bircə budur ki, Yun-tunun bütləri gözlə görünür
və onlara toxuna bilir, mənim bütüm uzaq və dumanlıdır.

Yuxuladığımda gözlərim qarşısında zümrüd yaşılı rəngdə sahil, tünd göy
səmadasa qızıl Ayı gördüm. Və düşündüm: ümid o deyil ki, artıq o
mövcuddur və ya mövcud deyil. Ümid yol kimidir- realda yoxdur, amma
keçib gedən insanlar onu yaradırlar.

Hakan Bıçakcı
"İki Bahar"

Hakan Bıçakcı 1978-ci ildə İstanbulda anadan olub. İlk və orta təhsilini
İstanbulda tamamladıqdan sonra, 1996-cı ildə ali təhsil almaq üçün
Ankaraya gedib. 2001-ci ildə Bilkent Universiteti İqtisadiyyat fakültəsini
bitirərək İstanbula qayıdıb. İlk romanı "Romantik qorxu" 2002-ci ildə nəşr
olunub. Müxtəlif qəzet və dərgilərdə ədəbiyyat, film, populyar mədəniyyət
yönümlü yazıları və hekayələri yer alıb. "Bina boşluğu" kitabı bir neçə
dillərə tərcümə olunaraq oxuculara təqdim edilib. Yazıçının indiyə qədər 9
kitabı çap olunub. "İki Bahar" hekayəsi "Hekayədə böyük boşluqlar var"
kitabında yer alıb.

"İki Bahar"

"Həyatda irəliyə baxaraq qocalırsan,

geriyə baxaraq dərk edirsən”.
- Kyerkeqor

Əlimdə narıncı rəngli çətirlə leysan yağışın altında gözləyirəm. Binamızın
qapısının qarşısında... Baharın hər zamankı kimi qapını örtüb çıxa
bilmədiyi, çıxmaq üçün içində dörd döndüyü evimizin... Evlənməzdən
qabaq da onu küçələrdə belə gözləyirdim. Taksimdə, AMM-nin (Atatürk
Mədəniyyət Mərkəzi) qarşısında, Beşiktaşda Balıq bazarının girişində,
Nişantaşında polis bölməsinin yanında, Kadıköydə Buğanın olduğu
yerdə...

İndi evimizin qapısının önündə gözləyirəm. On ildir evliyik. Həyatımda
təkcə iki ciddi münasibət olub. "Ciddi münasibət" ifadəsi nə əcaib
səslənir?.. Gözümün önünə kişi və qadın iş geyimlərində iclas salonlarında
rəsmi-rəsmi sevişən cütlər gəlir. "Həyatımda iki əhəmiyyətli qadın olub",
deyim. Tərs kimi ikisinin də adı Bahar... İlk Bahar, Son Bahar... İlk Baharla
universitetdə tanış olub altı il birlikdə yaşamışıq. Evlənməyə təzəcə qərar
vermişdik ki, qarşıma Son Bahar çıxdı. Bütün gözəlliyi, cazibəsi, alt-üst
edici xüsusiyyəti, inandırma qabiliyyəti ilə... Ömrümün ən çətin çağı idi.
İki Baharın qarşılaşma imkanlarını ortadan qaldıraraq bütün alternativ
yolları yandırdım. Bir-birinin varlığından xəbərsiz, aralarında gizli-gizli
var-gəl edərək. Baharları dəyişdirim.

Baharla bir ilə yaxın birlikdə yaşadıqdan sonra ailə qurduq. Ona Bahar
haqqında bildirmədim. Keçmişi eşələmək məsələsində sonsuz iştaha malik
idi. Və olduqca qısqancdı. Mən də Baharı məsələyə heç qatmadım. "Səndən
əvvəl əhəmiyyətsiz bir neçə münasibətim olub", deyib işin içindən çıxdım.
Bir vaxtlar ürəyimi yerindən oynadan köhnə münasibətimə könül
əyləncəsi donu geyindirdim. Birlikdə keçirdiyimiz uzun illəri tələm-tələsik
yola vermək üçün "Vaxt keçirirdik", dedim. Bir əvvəlki həyatımın
mərkəzini əl-ayağa düşərək qara rəngə boyadım. Keçmiş həvəslərimi
törpüləyərək, həyəcanlarımı söndürərək, faciələrimi gülünc vəziyyətə
salaraq, cavabladım hər soruşduğunda. Xatirələrimin rəngini sürətlə
soldurdum. Onsuz keçən illərin heç bir mənası yoxdu. Nəfəs almağa özü

qarşıma çıxanda başlamışdım. Onu görənə qədər bir zombi film aktyoru
idim. Ondan əvvəlki həyatım diri-diri basdırılmış, söhbət bağlanmışdı.

Keçmişə qarşı qorxaq kimi davrandım. Əhəmiyyətli olan nə yaşadığım
deyil, yaşadığımı necə danışacağımdır, deyə düşündüm. Danışa
bilmədiklərimi içimə atdım. Və Baharı tanış etdiyim hər kəsə Bahardan
bəhs etməyi qadağan etdim. İki Bahar arasındakı bütün körpüləri
yandırdım. Yenə də rahatlıq tapmadım. Baharı məsələyə heç qatmadım,
amma yenə də onun varlığı daim ayağıma dolandı, yaxama yapışdı,
boğazıma sarıldı. Bu, toy gecəsi günü başladı. Gəlinlə bəy rəqs edərkən...
Yəni, Baharla mən... Birdən o musiqi səsləndi: "Ömrüm ikinci baharını
yaşayıram, gəl mənim yarım ol". Bir tərəfdən rəqs edir, bir tərəfdən də
qorxuyla ətrafıma baxırdım. Toyda yaxşıca içdilər. Ayaq üstə dura
bilmirdilər. Sonra da bal ayı, yeni ev, təmir, İkea, aspirator, modem,
plazma televizor...

İlk başlanğıcda hər şey yolunda gedirdi. Bir gün necə oldusa Baharlar
qarışdı. Bəlkə də mən keçmiş günlərdən bəhs edərkən Baharı məsələyə heç
qatmadığım üçün idi... Səbəbini bilmirəm. Psixoloqum da bilmədi. Pulu
almağı yaxşı bilirdi amma. Nə isə. Yeddi-səkkiz il əvvəl idi.
Evləndiyimizdən iki-üç il sonra. Əvvəllər tez-tez getdiyimiz, sonra
ayağımızı kəsdiyimiz bir balıq restoranındaydıq dostlarımızla. Bir məqam
Bahar ayaqyoluna getmək üçün qalxdı. Ehtiyacım olduğu üçün mən də
qalxdım. Kişilər tualetindən çıxıb qadınlar tualetinin qarşısında gözləməyə
başladım. Birdən birə ağlıma İlk Bahar gəldi. Əvvəllər onunla bu restorana
çox gəlirdik, yəqin buna görəydi. Hətta bu axşam burada olan dostlarımla
gəlirdik. O vaxt hamımız sevgili idik. İndi evli cütlərik. Qrupda dəyişən tək
şey münasibətlərimizə verilən ad və Baharlar oldu. Onu da eynən burada,
eynən bu cür gözləyirdim. Qadınlar tualetinin qapısında gözlədikcə Baharı
düşünməyə davam etdim. Xatirələr gözümün önündə canlanmağa başladı.
Restorandakı söhbətlərimiz, sərxoşluqlarımız, mübahisələrimiz, burdan
çıxıb getdiyimiz evi, pişiyi, yatağı...

Qadınlar tualetinin hərəkətsiz qapısına baxdım. Köhnəlmiş fotoya
bənzəyirdi. Elə bil yanlışlıqla çəkilmişdi. Bahar gəlmirdi. Mən də Baharı

düşünməyə davam etdim. Tam həmin anda Baharlarr qarışdı. Tualetdən
İlk Bahar çıxdı. Əvvəlki halı, əvvəlki saçları, əvvəlki donu, əvvəlki
addımlarıyla... İrəlidə başına gələcəklərdən xəbərsiz, özünü tək Bahar
sayan özünəinamlı gülümsəməsiylə... Nə edəcəyimi bilmədim. Üzünə
baxıb şaşqın-şaşqın dişlərimi ağartdım.

İlk Baharla birlikdə masaya qayıtdıq. Hər şey qoyduğum kimi idi.
Stəkanımdakı rakı, boşqabımdakı qəlyanaltı... Son Baharla ayaqyoluna
getməzdən əvvəlki kimi... Kimsə vəziyyəti fərq etmədi. Dostlarım İlk
Baharla söhbət edirdilər. Məndən başqa hər kəs söhbətləşirdi.
Masadakılara baxdım. Uzaqdan baxırdım sanki. Elə bil film izləyirdim.
Yorğun olduğuma görə izləməkdə çətinlik çəkdiyim dialoqu bol olan film
idi... İçdikcə içdim. Dialoqlar uzandıqca uzandı.

O gündən sonra Baharlar qarışmağa davam etdi. Harada, nə vaxt
gələcəyini bilmədiyim xəstəlik tutması kimi gəldi İlk Bahar. Son Baharın
yerinə. Yenə də evliliyimi sürdürə bildim. Baharlara bir-birilərindən bəhs
etmədim... Bu işi bir sədaqət böhranına çevirməyə gərək yoxdu.
Həyatımdan razı sayılırdım. Baharlar da xoşbəxtdilər. İkisini də sevirdim.

İlk Baharla yatıb, Son Baharla oyandım. Son Baharla mindiyim liftdən İlk
Baharla aşağı endim. İlk Baharla gözlədiyim qırmızı işığı yaşıl işıq əvəz
edəndə qarşı tərəfə Son Baharla keçdim. Son Baharla birlikdəykən işıqlar
sönəndə şamı yandıran İlk Bahar oldu. Getdiyimiz mağazada bəyəndiyi
donla dəyişmə otağına İlk Bahar girdi, otaqdan İlk Baharın seçdiyi geyimlə
Son Bahar çıxdı. Son Baharın aldığı bilet İlk Bahara uduş qazandırdı. İlk
Baharın aldığı vitaminlər Son Bahara enerii verdi. Son Baharı öpmək üçün
qapadığım gözlərimi açdığımda qarşımda İlk Bahar vardı. İlk Bahar üçün
bağlatdırdığım hədiyyələri Son Bahar açdı. Son Bahar üçün hazırladığım
yeməkləri İlk Bahar yedi. İlk Baharın içidiyi şərabla Son Bahar sərxoş oldu
və ertəsi gün baş ağrısıyla oyanan İlk Bahar oldu.

Beləcə illər ötüb keçdi. İndi əlimdə narıncı rəngli çətirlə leysan yağışın
altında gözləyərkən, dəqiq bilmirəm, açılan bina qapısından hansı çıxacaq.

Melisa Kesmez
"Nənəmin protez dişləri"

Melisa Kesmez 1980-ci ildə İstanbulda anadan olub. "Atları bağlayın, gecəni
burda keçirəcəyik”, "Bəzən bahar”, "Noxud otaq” adlı üç hekayələr kitabının
müəllifidir. Müəllifin hekayələri qısa zamanda oxucular tərəfindən bəyənildi və
sevildi. "Nənəmin protez dişləri” hekayəsi "Atları bağlayın, gecəni burda
keçirəcəyik” kitabında yer alıb. Həmin hekayənin tərcüməsini sizlərə təqdim

edirəm.
Nənəmin protez dişləri

Nənəmin mətbəxində böyüyən uşaqdım. Ora elə bir mətbəx idi ki,
ocağında qazan sonuna qədər pıqqapıq qaynayır, qızdırılmış tavada
mütləq nələrsə qızardılır, mürəbbənin köpüyü tam vaxtında yığılır,
qəhvələr son anda daşmaqdan xilas edilir və mənə təyin olunan arıtlamaq
vəzifəsiylə mərcinin içində daş tapınca qəhrəman elan edilirdim. Səhər
çayın altının yandırılmasıyla həyat başlayır, axşam çayın altının
söndürülməsiylə günün başa çatması xəbər verilirdi. Mətbəxin ortasında
narıncı rəngli stol vardı. Nə vaxt gözlərimi yumsam, o stol həyatımın
ortasında dayanır. Bir də eyvanı vardı. Nənəmin boş alma səbətlərini birbirinə keçirib, üstünə palaz örtərək düzəltdiyi divanda, kartof-soğan
səbətlərinin, turşu balonlarının arasında neçə yay keçirdim. Demə
həyatımın ən gözəl günləriymiş. Axşamlar hər kəs televizorun qarşısına
mıxlananda, nənəm bulaşıq qab-qacağa girişir, bol köpüklü su ilə
stəkanları, boşqabları ovduqca damla formasında qızıl sırğaları və ətəyinin
ucları yellənirdi. İslanmaması üçün qollarını çirmələdiyi köynəyi
biləklərinə sürüşüncə, mənə tərəf dönüb "Qızım, bunları yuxarı çək",
deyirdi. Hər şeyi yaxalayıb üst-üstə düzər, ağ rəngli boşqablardan sular
süzülərkən mətbəxə yuyulmuş qab-qacağın dincliyi çökürdü. Sonra iki çay
süzürdi, mənimkinin dəmi az olurdu. Eyvana çıxırdıq. Nənəm çıxmazdan
qabaq böyük "Vita" qutusunun arxasında gizlətdiyi "Maltepe"sindən bir
ədəd götürürdü. Milçək gəlməsin deyə işığını açmadığımız eyvanda,
qaranlıqda otururduq. Siqaretinin qırmızı közü yanıb-sönərkən, bitməyən
suallarımı sonsuz səbirlə cavablayırdı. Nənə, bu ulduz qütb ulduzudur?

Nənə, məktəblər açılanda evə qayıdacağam? Nənə, sabah peçenye bişirək?
Qarşımızda tut ağacları xışıldayırdı. Uzaqdan maşınlar keçirdi, təkcə
işıqlarını görürdük. Demə həyatımın ən gözəl gecələriymiş.

Sonra bir gün nənəm öldü. Heç gözləmədiyimiz şəkildə öldü. Necəliyini
danışmayacağam, amma bunu bilirəm ki, həmin axşam dünyaya göydən
daş düşsəydi, təsirlənməzdik. O gecə məni tez-tələsik babamın uzaq
qohumlarından birinin evinə apardılar. Üç gün sonra bənizi ağarmış anam
məni buraxıldığım qohum evindən aparacaqdı. Maşında heç
danışmayacaqdıq. Ondan sonra həyat necə oalcaqdı, anamdan
soruşmayacaqdım.

Həmin gecə mənə qohumumuzun heç istifadə olunmayan qonaq otağında
yataq açdılar. Əvvəlcə önümə bir boşqab şorba qoydular, yemədim.
Arasına pendir qoyulmuş çörək verdilər, ona da əlimi vurmadım. . Sonra
qəribə qoxuyan gecə köynəyi verdilər, hıq-mıq etdim, amma məcbur
geyindim. Köhnə mebellərin cırıldadığı otaqda yerə atılmış yatağın içinə
qıvrıldım. Tək çarəm yatmaqdı.

Yuxudan başqa qaçacaq yerim yox idi. Nənən öldü demişdilər. Məni paket
kimi büküb bu evə gətirmişdilər. Bu qədər. Başımda fırlanan minlərlə
sualla baş-başa buraxmışdılar. İflic olmuşdum. Başımın içini bürüyən
heyrətdən hələ ki, içində üzəcəyim boşluq yaratmamışdım.

Yatmağına yatdım. Amma bir neçə saat sonra qorxunc diş ağrısıyla
oyandım. Həyatımın sonuna qədər məni narahat edəcək dişlərim ilk dəfə
həmin gecə, şorba qoxuyan, uşaqsız qonaq otağında sözümə baxmadı. Sağa
çevrildim, sola çevrildim. Yox, mümkün olmadı, dözə bilmədim.
Ayaqyoluna getdim. Üzümə su vurdum. Mətbəxə getdim ki, su içəm,
dəhlizin işığı yandı. Ev sahibi qadın, "Nə oldu, övladım?" deyərək təşvişlə
yanıma gəldi. "Dişim ağrıyır", dedim. Ağlamağa başladım. Qaçıb ərini
oyatdı. "Camal, qızın halı çox pisdir. Nə etsək, anasını çağıraqmı?", dedi.
Kişi "Qadının dərdi başından aşır, özümüz həll edərik", deyərək diz çöküb
çiyinlərimdən tutdu. Əlləri böyükdü. "Sənin çarəni bilirəm", dedi.
Soyuducunu açdı, üstündə "Yeni КаК:" yazılan şüşəni çıxardı. Arvadı,
"Neynirsən, Camal?" soruşanda, adının Camal olduğunu öyrəndiyim kişi

"Diş ağrısına ən tez bu təsir edir", dedi. Qadın qaçıb hamamdan pambıq
gətirdi, üzərinə rakı töküb dişimə qoydular, yatağa yatırdılar. Bir dəqiqə
sonra yenə ev səssizliğə büründü.

Arxası üstə uzanmışdım, dadını ilk dəfə daddığım razyanadan dilimdamağım keyimişdi, hələ də sızıldayan xain dişimin ağrısının keçməsini
gözləyirdim. Ağrı keçmirdi. Sızıltısı getdikcə ağzımın içinə yayılırdı. Sanki
bütün başımı ələ keçirdi. Başımı yastıqda sağdan sola çevirə bilmirdim,
əzab içindəydim. Qalxdım. Barmağımın ucunda səssizcə mətbəxə getdim.
Ağzımın içindəki pambığı çıxarıb üstünə yenə bir az rakı tökdüm, yerinə
qoydum. Deyəsən rakını çox tökmüşdüm, pambığı iki dişimin arasında
sıxarkən rakının çoxu boğazımdan aşağı endi, artıq boğazım da yanırdı.
Həmin gecə sabahadək soyuducuyla mətbəz arasında neçə dəfə gedib
gəldim, bilmirəm. Mədəm pis idi. Dişimin ağrısı da keçmirdi. Bir ara necə
olubsa mürgüləmişəm.

Üç gün sonra anam gəldi. Maşına mindik, yolda heç danışmadan nənəmin
evinə getdik. Evdə heç kim yox idi, açarla qapını açdıq. Girişdə böyük bir
qutu vardı, "Bu nədir?", anamdan soruşdum. "Nənənə analar günü
hədiyyəsi olaraq qabyuyan maşın almışdıq, dünən gətiriblər", dedi. Səsi
qısılmışdı. Mətbəxə keçdim. Tərtəmiz, bütün suları süzülüb getmiş qabqacaq başı aşağı mətbəx dəzgahının üzərindəydi. Ortalıqda heç bir
dəyişiklik yox idi. Birdən ağlıma gəldi, əlimi "Vita" qutusunun arxasına
uzatdım, əlim siqaret paketinə dəydi, anam görmədən götürüb cibimə
qoydum. Sonra mətbəxdə narıncı plastik stolun üstündə qəzet gördüm.
Sanki nəyinsə üstünü örtmüşdü, altında nəsə vardı. Qaldırdım, nənəmin
protez dişləri üst-üstə qoyulmuşdu, gülümsəyirdi.

Tərcümə etdi: Ceylan MUMOĞLU
You have read 1 text from Azerbaijani literature.
  • Parts
  • Dunya Ədəbiyyatından Hekayələr - 1
    Total number of words is 3678
    Total number of unique words is 2047
    19.8 of words are in the 2000 most common words
    29.7 of words are in the 5000 most common words
    34.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Dunya Ədəbiyyatından Hekayələr - 2
    Total number of words is 3657
    Total number of unique words is 2084
    20.0 of words are in the 2000 most common words
    27.5 of words are in the 5000 most common words
    32.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Dunya Ədəbiyyatından Hekayələr - 3
    Total number of words is 3188
    Total number of unique words is 1871
    19.5 of words are in the 2000 most common words
    28.6 of words are in the 5000 most common words
    33.0 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.