Latin

Dunya Ədəbiyyatından Hekayələr - 2

Total number of words is 3657
Total number of unique words is 2084
20.0 of words are in the 2000 most common words
27.5 of words are in the 5000 most common words
32.5 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
Bir neçə roman, hekayələr toplusu və araşdırmaların müəllifidir. "Gözlənməyən
qonaq” hekayəsi "Leş” hekayələr toplusu kitabında yer alıb. Ferit Edgü
hekayələrində fərdin mövcud olma qayğılarını, yalnızlıq, narahatlıq, azadlıq,
ünsiyyətsizlik kimi çatışmazlıqları çatdırmağa çalışıb. "Gözlənməyən qonaq”
hekayəsində də fərdin "fərd olma” mərhələsində özü və dünya ilə üzləşdiyi
münaqişələri, ziddiyyətləri, çökməsi, qopması, oyanması, "yuxu” vəziyyətindəki
fərdin "oyandırılması” olayları qələmə alınıb. Təlaş və qayğının yönləndirilməsi
ilə şüuraltına itələnmiş dəyərlərin şüur səviyyəsinə daşınması "fərd olma”
mərhələsinin tamamlanmasını təmin etmişdir. "Gözlənməyən qonaq” hekayəsi
Mutlu Devecinin fikrincə, dünyaya gələn insanın fərdləşmə müddətində öz
daxilində yaşadığı bölünmüşlük vəziyyətinr, yalqızlıq duyğusunun doğurduğu
qayğıları və tamamlanmalbütünləşmə istəyinin hekayəsidir.

Gözlənməyən qonaq

Əvvəl adım çağrıldı, qısa müddət sonra qapım döyüldü. "Gecənin bu vaxtı
məni kim çağırır?", dedim. Əhəmiyyət vermədim. Amma qapı yenə
döyüldüyündə, yatdığım yerdən qalxdım. Pilləkənləri endim, ancaq qapını
açmadım.

Qapının arxasından səslənməklə kifayətləndim:
"Kimdir?"
Səs gəlmir.
Yenə:
"Kimdir?"
Səs yoxdur.
"Onda rədd ol", deyə bağırdım.
Pilləkənləri çıxdım.
İşıqları söndürüb yatağıma girdim.

Ancaq yuxu, bir yerdə yarımçıq kəsilmiş yuxu başınızı yastığa
vurduğunuz anda yenidən gəlməz.

Bir müddət gözlədim.
Yenidən bir səs: adımı çağırır.
Əhəmiyyət vermədim.
Qısa zaman kəsiyi.
Sonra yenidən qapının dəstəyi.
Yatağımdan qalxdım. İşqıları yandırdım. Pilləkənləri endim.
Yenə qapının arxasından səsləndim.
"Kimdir?"

Səs yoxdur.

"Kimdir?", dedim. "Kimsən. Nə istəyirsən?"

Qısa səssizlik oldu. Sonra qapının arxasından deyil, mağaranın dibindən
gələn səsə bənzər səs eşidildi:

"Mənəm, dedi. "Mən. Köhnə dostun. Tanımadın?"
"Yox", dedim. "Səsin mənə heç nə demir. Tanımadım. Adını de".

Adını dedi. Bildiyim bir ad deyildi. Yəni, dostlarımdan, tanışlarımdan
birinin adı deyildi.

"Səni tanımadım. Dostlarımdan biri deyilsən", dedim.

"Demək belə. Demək, tez unudulduq", dedi. "Yaxşı. Gedirəm. Sizi bur də
narahat etməyəcəyəm".

"Рауап(", qapının arxasından səsləndim. "Nəyəsə ehtiyacın vardı?"

"Madam, məni tanımırsan, öyrənmək nəyinə lazımdır?", qapının arasından
gələn səs dedi. "Gecəniz xeyrə".

Uzaqlaşan ayaq səslərini dinlədim.

Həmin an başa düşdüm ki, otağıma çıxıb yatağıma girsəm, məni çağıran
bu səsi bir daha eçitməyəcəyəm. Bir də gəlib qapımı döyməyəcək.

Qapını açdım. Bağça qapısına axsaya-axsaya gedən bir kölğə gördüm.
"Dayanl Getməl", dedim. "Səni tanımasam da, gəl".
Geri çevrilib baxmadı.

"Yaddaşım zəifləyib", deyə arxasınca bağırdım. "Qocalıqdandır... Dəli
olma, gəl. Bax, indi yadıma düşdün (yalandı), səsin özgə gəldi, amma indi
səni görəndə... (axsayan bir qaraltıdan başqa heç nə görmürdüm) yadıma
düşdün, köhnə dostum, niyə geri dönmürsən? Gəl, ocağı qalayaq,
dərdləşək, keçmiş günləri yada salaq.

Qaranlıqda mənə tərəf döndüyünü fəərq etdim.

"Heç bir şey xatırlamırsan", dedi. "Nə keçmiş günləri, nə köhnə dostları, nə
də köhnə acıları".

"Axmaqlamal", dedim. "Yuxulu idim, sən olduğunu hardan biləydim?"
"Az əvvəl məni qovdun, dedi.
"Ancaq sən də hay vermədin", dedim.

"Həqiqətən gəlməyimi istəyirsən? Həqiqətən evinə sığınmağımı istəyirsən?
Qorxmursan?", dedi.

"Axmaqlamal", dedim. "Gecə yarısı, bu havada, hara gedəcəksən? Gəl,
içəril"

Ancela Karter
"Öpüş"

rta Asiyada qış çox soyuq və əziyyətli keçir: boğucu, pis qoxulu yay isə
vəba, dizenteriya və ağcaqanad gətirir. Apreldəsə hava baldırın ətli
hissəsinin yumşaqlığı kimi insanı oxşayır: çiçək açan bütün ağacların
qoxusu şəhərin zibilliyindən gələn, burun boşluğunu yandıran yeli
basdırır.

Hər şəhərin özünəməxsus daxili məntiqi var. Uşağın boya qutusundakı
rəngli karandaşlarla xəyalınızda tünd sarı, ağ, qırmızımtıl qəhvəyi rəngilə
dümdüz, həndəsi formalardan cızılmış şəhər canlandırın. Evlərin açıq
rəngli, alçaq balkonları sanki ağımtıl, çəhrayı torpaqdan hörülmüş kimi
deyil, bu torpaqdan çıxmış kimi görünür. Hər yer rəngli karandaşlarla
barmaqlarınızda qoyduğu toza bənzər solğun rəngli, qum kimi tozla
örtülüdür.

Bu ağarmış, solğun rənglərin üstündə, köhnə türbələri örtən kirəmitlər
gözlərinizi qamaşdırır. İslamiyyətin canlı mavisi siz baxdıqca yaşıla
çevrilir. Gah masmavi, gah yamyaşıl, yupyumru görünən qübbənin altında

Teymurləngin Asiyanın, bu baş bəlasının sümükləri yəşəm daşından olan
məzarda yatır. Həqiqətən əfsanələşmiş şəhəri gəzirik. Səmərqənddəyik.

İnqilab kəndli özbək qadınlarına ipək geyimlər vəd etdi, ən azından
sözünü tutdu. Qadınlar incə atlasdan xətli, parlaq rəngli, işığın əks
olunması kimi gözləri qamaşdıran çəhrayı-sarılı, qırmızı-ağlı, ağlı-qaralı,
qırmızılı, yaşıllı və ağlı geniş və uzun köynəklər geyinir, qırmızı şüşədən
düzəldilmiş bir yığın daş-qaş taxırlar.

Alınlarına qaşlarını üzlərinin bir yanından o biri yanına qədər arası
kəsilmədən uzadan qalın, qara xətt çəkdiklərindən, hər zaman qaşları çatıq
kimi görünürlər. Gözlərinin ətrafına sürmə çəkirlər. Parlaq görünüşləri var.
Uzun saçlarını fır-fir fırlanan iki-üç düğün saç hörüyü ilə yığırlar. Gənc
qızlar gümüşü ipək və muncuqlarla işlənmiş kiçik, məxmər başlıqlar
taxırlar. Yaşlı qadınlar başlarına çiçək naxışlı bir cüt yun şərf sarıyırlar, biri
alnın üstünə kip bağlanır, digəri boş bağlanmış, çiyinlərinə sallanır. Altmış
ildir heç kim niqab taxmır.

Xəyali şəhərdə yaşayırmışlarcasına məqsədli yeriyirlər. Özlərinin və hicab
taxıb qoyun dərisindən tikilmiş pencək geyinən çəkməli kişilərinin yad
gözündə təkbuynuz atlar qədər qəribə varlıqlar olduqlarını bilmirlər.
Bütün bu parlaq, məsum ekzotiklikləriylə varlıqlarını tarixlə tam ziddiyyət
içində sürdürürlər. Onlar haqqında bildiklərimi bilmirlər. Bu şəhərin bütün
dünya olmadığını bilmirlər. Dünyayla bağlı bildikləri tək şey
xəndəklərində süsənlər yetişən, illüziya qədər gözəl olan bu şəhərdir. Çay
evində yaşıl tutuquşu həsir qəfəsin çubuqlarını gəmirir.

Bazarda kəskin ot qoxusu var. Qaşlarını qara boya ilə birləşdirmiş bir qız
turpların üzərinə bardaqdan su tökür. İlin bu erkən mövsümündə, yalnız
keçən yaydan qalma qurudulmuş meyvələri - ərik, şaftalı, üzüm - bundan
başqa az sayda, çox dəyərli, qırıq-qırıq nar görə bilərsiniz, qışda narlar incə
taxta ovuntusu içində saxlanır, indi isə içində dənələrin necə yuvarlanıb
yaş qala bildiyini göstərmək üçün bu narlar ortadan kəsilib piştaxtaya
qoyulub. Şam ağacı fıstığından da ləzzətli olan duzlu ərik tumu içi
Səmərqəndə məxsus yerli qidadır.

Yaşlı qadın qırmızı zanbaq satır. Bu qadın bu səhər yabanı lalələrin qan
damarlarından şişirilərək üfürülmüş balonlar kimi çiçək açdığı, nəfəs
çəkən quşların qayaların arasında toplandığı dağlardan gəlib. Naharda bir
tikə çörəyi nehrə ayranına batırıb yavaş-yavaş yeyir. Zanbaqlarını
satdıqdan sonra, gecə onların yetişdiyi yerə qayıdacaq.

Yaşlı qadın sanki zamanın içində yaşamır. Ya da sanki Şəhrizadın son
şəfəqin gəldiyini fərq etməsini, son nağıl da bitdikdən sonra susmağını
gözləyirmiş kimidir. Zanbaq satıcısı həmin vaxt ortalıqdan qeyb ola bilir.

Bir keçi Teymurləngin gözəl xanımının tikdirdiyi məscidin sökülmüş yeri
arasında yabanı yasəmənləri gəmirirdi.

Teymurləngin xanımı bu məscidi əri müharibədəykən, sürpriz olsun deyə,
tikdirməyə başladıb, amma ərinin çox yaxında qayıdacağını öyrəndiyi vaxt
tağın biri hələ bitməmişdi. Qadın memarın yanında gedib, tələsməsi üçün
yalvarıb, ancaq memar ona işi yalnız bir öpüş verərsə, zamanında
tamamlayacağını söyləyib. Bir öpüş, bircə öpüş.

Teymurləngin xanımı təkcə gözəl və ləyaqətli deyil, həm də çox ağıllı imiş.
Səbət dolu yumurta alıb, qatılaşıncaya qədər qaynadıb, sonra da on iki
fərqli rəngə boyayıb. Memarı saraya çağırtdırıb, səbəti göstərərək
bəyəndiyi hər hansı yumurtanı seçib, yeməsini istəyib. Memar qırmızı
yumurtanı seçib. Dadı nəyə bənzəyir? Yumurtaya. Birin də ye.

Memar yaşıl yumurta seçib.

Bunun dadı nəyə bənzəyir? Qırmızı yumurtanınkına. Birin də seç. Memar
bənövşəyi yumruta yeyib.
Əlbəttə, təzədirlərsə, bütün yumurtaların dadı bir-biri ilə eynidir, memar

deyib.

Teymurləngin xanımı, gördünmü, bu yumurtaların hər biri o birilərindən
fərqli görünür, amma hamısının dadı eynidir, deyib. Eləysə,
qulluqçularımdan birini öpə bilərsən, amma məni rahat burax.

Yaxşı, oldu, deyib memar. Ancaq çox keçmədən qayıdıb gəlib, bu dəfə,
əlində üstündə üç kasa olan sini gətirib, adam kasaların üçünün də su ilə
dolu olduğunu sanar.

Bu kasaların hər birindən bir az iç, deyib memar.

Teymurləngin xanımı əvvəlcə ilk kasadan, sonra ikincisindən bir qurtum
alıb, amma üçüncü kasadan qurtum içəndə, öskürüb, asqırmaya başlayıb,
çünki bu kasada su deyil, araq olub.

Araqla su bir-birinə bənzəyir, amma dadları bir-birindən fərqlidir, deyib
memar. Sevgidə də vəziyyət belədir.

Bundan sonra, Teymurləngin xanımı memarın dodaqlarından öpüb.
Memar məscidə geri qayıdıb, qələbələr qazanan Teymurləng ordusu,
bayraqları və əsir tutulmuş kralların qəfəsli arabalarıyla Səmərqəndə
girdiyi gün, memar tağı tamamlayıb. Amma Teymurləng xanımını
görməyə getdiyində, xanımı ondan üz döndərib, çünki heç bir qadın arağın
dadını aldıqdan sonra hərəmə geri dönməz. Teymurləng onu memarı
öpdüyünü söylədincəyə qədər qamçılayıb, sonra da cəlladlarını tələsik
məscidə göndərib.

Cəlladlar memarın tağın üstündə durduğunu görüblər, xəncərlərini çəkib,
qaçaraq pilləkənlərdən yuxarı çıxıblar, amma onların gəldiklərini eşidən
memar qanad açıb, İrana doğru uçaraq uzaqlaşıb.

Bu, sadə həndəsi şəkillərlə və uşağın boya qutusundan götürülmüş cəsur
rənglərlə qurulmuş hekayədir. Hekayədəki Teymurləngin xanımı eynən
digər özbək qadınları kimi, alnına bir ucdan o biri uca qara, düz xətt çəkib,
bəlkə saçını düfünlərlə kiçik hörüklə toplayırdı. Ərinə axşam yeməyi
hazırlamaq üçün bazardan qırmızı və ağ turplar alırdı. Ərini tərk etdikdən
sonra, bəlkə də dolanışığını bazarda işləyərək qazanırdı. Bəlkə də orada
zanbaqlar satırdı.

Dino Bussati

Eynşteynlə görüş

Oktyabr axşamlarının birində iş günündən sonra Albert Eynşteyn Prinston
xiyabanında təkbaşına gəzişərkən qəribə hadisə baş verdi.

Qəfil və səbəbsiz fikirləri xaltasından çıxmış köpək kimi nəsnədən-nəsnəyə
atılanda bütün həyatı boyu xəyallarında arzuladığı şeyi dərk etdi. Hansısa
məqamda Eynşteyn ətrafında əyilmiş məkan gördü, ona indi bu kitaba
baxdığınız kimi, hər tərəfdən baxmağa fürsət tapdı.

Hesab olunur ki, insan ağlı məkan əyriliyini dərk edə bilmir - nəinki
uzunluğu, eni, dərinliyi, həm də hansısa sirli dördüncü ölçünü, onun
mövcudluğu sübut olunub, hərçənd, insanın qavrayışından uzaqdır.
Ətrafımızda hansısa divar durub və insan özünün acgöz fikirlərinin
qanadlarında irəliyə doğru uçmaqla yüksəkliyə qalxaraq anidən onunla
toqquşur. Nə Pifaqor, nə Platon, nə də Dante indiyə qədər yaşasaydılar da
onun öhdəsindən gələ bilməzdilər, çünki həqiqət beynimizə sığmır.

Amma bəziləri hesab edir ki, məkan əyriliyini dərk etmək illərin təcrübəsi,
böyük, gərgin düşünmə yoluyla mümkündür. Ayrı-ayrı alimlər - hələ ki,
onların ətrafında dünya öz axarıyla yaşayır, parovoz və domnalar
tüstüləyir, müharibədə milyonlarla insan ölür, şəhər parklarının
kölgələrindəsə aşiqlər öpüşürdü - bax, həmin tənha alimlər özlərinin
qəhrəman əqli işləri sayəsində (ən azından, əfsanədə belə deyilir) bir neçə
anlıq olsa da hansısa güc onları uçurumun üzərinə yüksəldib, dərhal geri
çəkdi, dünyamızın anlaşılmaz zirvəsini, əyri məkanı görməyi bacardılar.

Adətən bu fenomen haqda danışmır, qəhrəmanları təbrik etmirdilər.

Nə şeypur, nə müsahibə, nə şərəf medalı - çünki bu zəfər şəxsi xarakter
daşıyırdı, sadəcə insan deyə bilərdi: mən məkan əyriliyini dərk etdim. Axı
onun nə sənədi, nə fotoşəkili və elə bir şeyi yox idi ki, həqiqəti sübut etsin.

Amma elə anlar olur ki, fikir özünün güclü axını zamanı gözə çarpan yarığı
taparaq ora yayılır, bizim üçün qapalı dünyaya düşür, əvvəl yaranmış və
bizdən kənar inkişaf edən abstrakt düstur öz həyatımız olur, onda o, göz

qırpımında üçölçülü qayğı və kədərlərimizi toza çevirir - insan ağlı necə
güclüdürl - əbədiyyətə bənzər nəsnə kimi yüksəlib buxarlanırıq.

Professor Albert Eynşteynlə gözəl oktyabr axşamı məhz bu baş verdi, onda
səma büllur kimi görünür, Venera rəqabətə girərək orda-burda işıldayırdı,
küçə fənərlərinin kürələri və ürək (sirli, əzələdir) Tanrının bu firavanlığını
özünə çəkirdi. Eynşteyn müdrik insan olsa da, dünya şöhrəti onu narahat
etmirdi. Həmin an özünü kütlədən yüksəkdə hiss etdi, yoxsulların yoxsulu
onu görsəydi, ciblərinin qızılla dolu olduğunu zənn edərdi.

Qəfildən sirli həqiqət gəldiyi kimi cəza olaraq sürətlə də yoxa çıxdı. Burada
Eynşteyn fikir verdi ki, gəldiyi yer ona heç tanış deyil. O, hər iki tərəfdən
əkilmiş canlı çəpəri olan uzun xiyabanda addımlayırdı”, ətrafda nə evlər, nə
villalar, nə də komalar vardı. Yalnız yuxarısında işıq saçan kürə şüşəsi
parıldayan qara-sarı zolaqlı yanacaqdoldurma məntəqəsi görünürdü.
Yanındakı taxta skamyada isə müştərilərini gözləyən zənci oturmuşdu.
Əynində işçi kombinezonu, başında qırmızı beysbol papağı vardı.

Eynşteyn oradan yan ötməyə hazırlaşırdı ki, zənci qalxıb ona doğru
addımladı.

- Cənabi - dedi.

Ayaq üstə qalxanda ucaboy, xoş simalı, afrika boy-buxunlu heyrətamiz
bədən forması olan insan olduğu görünürdü. Axşam alatoranlığında onun
ağdiş təbəssümü par-par parıldayırdı.

- Cənab, - zənci dedi, - sizdə alışqan olar? - sönmüş siqaretlə ona tərəf
uzandı.

- Çəkən deyiləm, - Eynşteyn cavab verib dayandı, çox güman ki,
təəccübdən idi.

Zənci soruşdu:
- Bəlkə, mənə içki üçün pul verəsiniz?

O ucaboy, gənc və sırtıq idi.

Eynşteyn ciblərini eşələdi.

- Bilmirəm... Yanımda heç nə yoxdur... Öyrəşməmişəm... Doğrudan,
təəssüf edirəm... - deyib yoluna davam etmək istədi.

- Yenə də sağ olun, - zənci dedi, - Amma... bağışlayın...
- Başqa nə lazımdır? - Eynşteyn soruşdu.
- Mənə siz lazımsınız. Ona görə burdayam.
- Mən? Nə məsələdir?

- Siz mənə məxfi iş üçün lazımsınız, - zənci dedi, - Bunu yalnız qulağınıza
deyə bilərəm.

Yad adamın ağ dişləri indi daha çox parıldayırdı, hava tamam qaralmışdı.
O, Eynşteynin qulağına tərəf əyildi.

- Mən şeytan İblisəm, - o sakitcə pıçıldadı, - Ölüm Mələyi, bura sənin
ruhun üçün gəlmişəm.

Eyşteyn bir addım geri çəkildi:

- Mənə belə gəlir ki, - səsi kobudlaşdı, - mənə belə gəlir ki, sən əlavə nəsə
qəbul etmisən.

- Mən Ölüm Mələyiyəm, - təkrarladı, - Bax...

O, canlı çəpərə yaxınlaşıb ağacdan bir budaq qırdı, budaqdakı yarpaqlar
elə həmin an rəngini dəyişdi, soldu, bozardı. Zənci üfürdü, yarpaqlar
budağın özü toza çevrilib havada uçuşdu.

Eynşteyn başını aşağı saldı.

- Lənətə gələsəni Deməli, bu həqiqətən sondur... Amma necə - indicə,
axşam... küçədə?

- Mənə belə tapşırılıb.

Eynşteyn ətrafına baxdı, ancaq heç kim yox idi. Həminki xiyaban, fənərlər
və aşağıda uzaqlarda, dördyol tərəfdə avtomobil faralarının işığı. Səmaya
baxdı - aydın idi və bütün ulduzlar öz yerində parıldayırdı. Venera elə
həmin anda üfüq arxasına keçməyə hazırlaşırdı.

Eynşteyn dedi:

- Qulaq as, mənə bir ay ver. Sən də elə vaxt peyda oldun ki, bir işi
tamamlamaq üzrəydiml Xahiş edirəm, cəmi bir ay.

- Özün üçün kəşf etmək istədiyin şeyi, - zənci qeyd etdi, - dərhal orda
öyrənəcəksən, yalnız mənimlə gəlməlisən.

- Bunlar ayrı-ayrı şeylərdir: o biri dünyada zəhmətsiz hər şeyi
öyrənəcəyimizə dəyərmi? Mənim işim ciddi maraqdan irəli gəlir. Onun
üzərində artıq otuz ildir çarpışıram. Budur, indi lap az vaxt qalanda...

Zənci gülümsədi:

- Bir ay deyirsən? Yaxşı, ancaq vaxt yetişəndə gizlənməyi ağlına gətirmə.
Ən dərin şaxtaya girsən belə, yenə də səni tapacağam.

Eynşteyn hansısa sualı vermək istəyirdi ki, həmsöhbəti gözdən itdi.

Bir ay sevdiyin insanla ayrılıqda uzun müddətdir, amma ölüm xəbərçisini
gözləyirsənsə, çox qısadır. Çox qısa - nəfəs almaqdan da qısa. Və budur,
artıq vaxt yetişdi. Axşamların birində, nəhayət, Eynşteyn tək qalanda
şərtləşdirkləri yerə yola düşdü. Həmin yanacaqdoldurma məntəqəsi,
həmin skamya və oturmuş zənci... Əynindəki kombinezonun üstündə
köhnə hərbi şinel vardı: axı artıq soyuqlar başlamışdı.

- Gəldim, - Eynşteyn onun çiyninə toxunaraq dedi.
- İşin necə oldu, bitirə bildin?

- Yox, bitirə bilmədim, - alim kədərlə cavab verdi, - Mənə yenə bir ay verl
İndi çatdıracağam, and içirəm. Əminəm ki, bu dəfə alınacaq. İnan, dəli
kimi işləyirdim, gecə-gündüz, yenə də yetişə bilmədim. Amma artıq çox az
qalıb.

Zənci çevrilmədən çiyinlərini ovuşdurdu:

- Siz insanlar hamınız eynisiniz. Heç vaxt razı qalmırsınız. Möhlət üçün diz
çöküb yalvarmağa hazırsınız. Bəhanə həmişə tapılır...

- Amma üzərində çalışdığım şey çox mürəkkəbdir. Hələ heç kim, heç
vaxt...

- Hə, bilirəm, bilirəm, - Ölüm Mələyi onun sözünü kəsdi, - Kainata açar
seçirsən, elə deyil?

Hər ikisi susdu. Dumanlı qış qaranlığında nəsə narahatlıq vardı. Belə
gecələrdə evdən çıxmaq istəmirsən.

- İndi necə olacaq? - Eynşteyn soruşdu.
- Yaxşı, get... Amma bil, bir ay tez keçəcək.

Həqiqətən də, müddət bir göz qırpımında keçib getdi. Hələ heç vaxt dörd
həftəni belə acgözlüklə udmamışdı. Həmin dekabr gecəsində asfalt üzərinə
tökülmüş yarpaqları xışıldadaraq buz kimi külək əsir, alimin beretinin
altından çıxmış ağ saçlarını titrədirdi. Həminki yanacaqdoldurma
məntəqəsi, onun yanındasa zənci: oturub başını örtmüş, mürgüləyirdi.

Eynşteyn yaxınlaşıb, könülsüzcə onun çiyninə toxundu.
- Gəldim.
Zəncinin soyuqdan dişləri bir-birinə dəyir, şinelinin içində büzüşmüşdü.
- Sənsən?
- Hə, mənəm.
- Bitirdin, demək.
- Hə, Allaha şükür.

- Əsrin oyunu bitdi? Necə oldu, axtardığını tapa bildin? Kainatı
sümüklərinə görə yığa bildin?

- Hə, - gülümsəmək istəyəndə Eynşteyni öskürək tutdu, - müəyyən
mənada indi demək olar ki, kainatla hər şey qaydasındadır.

- Deməli, gedirik? Bu səyahətə hazırsan?
- Əlbəttə. Şərtimiz beləydi.

Bu vaxt İblis hoppanaraq bərkdən, zəncisayağı qaqqanaq çəkdi. Sonra sağ
əlinin şəhadət barmağını Eynşteynin qarnına batırdı, o, yerində güclə
dayandı.

- Yaxşı, yaxşı, qoca dələduz... özünü soyuğa vermək istəmirsənsə, qaçaraq
evinə get... Mənəsə hələlik lazım deyilsən.

- Sən məni evə buraxırsan? Onda bütün bu fikir nə üçün idi?

- Sənin öz işini bitirməyin üçündü. Yalnız bu. Və mən buna nail oldum...
Əgər səni qorxutmasaydım, kim bilir, nə qədər ləngiyəcəkdin.

- Mənim işim? Ondan sənə nə?
Zənci güldü:

- Mənimçün heç nə... Amma orda, aşağıdakı müdiriyyətə, daha böyük
iblislərə... Onlar deyir ki, sənin ilk kəşflərin onlara böyük xidmət göstərib...
Sən günahkar olmasan da, bu belədir. Sənin xoşuna gəlməsə də, əziz
professor, cəhənnəm onlardan yaxşı istifadə etdi... İndi yeniləri üçün
vasitələr ayırırıq...

- Boş şeydirl - Eynşteyn hiddətlə ucadan dedi, - Dünyada bundan zərərsiz
şey varmı? Bunlar sadəcə düsturlardır, tamamilə obyektiv, təmiz
abtraksiya...

- Əhsənl - İblis qışqırdı, barmağını alimin qarnına yenidən batırdı, - Afərinl
Belə çıxır, məni bura nahaq yerə göndəriblər. Səncə, onlar yanılıblar? Yox,
yox, sən yaxşı işləmisən. Mənimkilər orada, aşağıda razı qalacaql Hey, əgər
sən bir bilsəydinl

- Əgər mən nəyi bilsəydim?

Amma şeytan artıq yox olmuşdu. Yanacaqdoldurma məntəqəsi, skamyalar
da qeybə çəkilmişdi. Yalnız gecə, külək və avtomobllərin uzaqdan görünən
işıqları. Nyu-Cersi ştatı. Prinston.

Lu Sin
"Vətən"

Əsl adı С̧јои Зијеп olan Çin yazıçısı Lu Sini yaradıcı üslubuna görə həm də
Çinin Anton Çexovu adlandırırlar. Lu Sin 1881-ci il, sentyabrın 15-də
Çfietszyanın Şaosin şəhərində anadan olub. 1888-1889-cu illərdə Lu Sin
Çietszyan hərbi-dəniz akademiyasında təhsil alıb, sonra dəmir yolu
məktəbinə keçirilib. Bu illərdə yazıçı Qərb mədəniyyəti ilə yaxından tanış
olub, alman və ingilis dillərini öyrənib, xarici ədəbiyyatı oxuyub. 1902-ci ilə
Kobun institutuna qəbul olub. Orda çin dilində ilk essesini yazıb.

1904-cü ildə Lu Sin Senday Tibb Akademiyasına qəbul olsa da, 1906-cı ildə
vacib hesab etdiyi səbəbdən oranı tərk edib. Bundan sonra o bir müddət
Tokioda yaşayıb. Çinə qayıtdıqdan sonra bir sıra orta və ali məktəblərdə
dərs deyib və yaradıcılığına davam edib.

"Vətən" hekayəsi ilk dəfə 1921-ci ilin may ayında "Sin tsinyan" ("Yeni
gənclər") fumalında dərc edilmişdi. Avtobioqrafik xarakteri daşıyır.
Hekayənin yazılma səbəbinə real hadisələr təsir göstərib. 1919-cu il dekabr
ayında Lun Sin anasını Şaosinsən Pekinə gətirmişdi. Çiou Szoya görə Јапtunun prototipi Çian Yun-şun adlı şəxs olub.

"Vətən"

iki min metrdən çox məsafə və iyirmi ilin ayırdığı doğma kəndimə şiddətli
soyuqlarda qayıdırdım. Qışın oğlan çağıydı, doğma yerlərə nə qədər çox
yaxınlaşırdımsa, hava bir o qədər qaşqabağını tökürdü: buz kimi külək
uğultuyla kayuta çırpılır, örtüyün yarıqlarından sarı-boz səmanın altında,
nəfəssiz qalmış, sahilə səpələnmiş balaca çöl kəndləri görünürdü. Bu
mənzərə insanın ürəyini ixtiyarsız sıxırdı.

Doğrudan, bu mənim iyirmi il xatırladığım vətənimdir?

Xatirələrimdəki vətənim tam olaraq belə deyildi - o, daha gözəl, misilsizdi.
Ancaq mən indi onun gözəlliyini yada salmağa, görməli yerləri haqqında
danışmağa başlasam, nə bir obraz, nə bir söz tapa bilərəm. Adama elə gəlir
ki, o elə həmişə indiki kimi olub. Düşündüm: kənd, əlbəttə ki, olduğu kimi
qalıb, yaxşılığa doğru heç nə dəyişməyib, hər şey o qədər də darıxdırıcı
deyil. Hamısı əhvalıma görədir, evə ürəyimdə ağırlıqla qayıdırdım.

Doğma yerlərə onlardan həmişəlik ayrılmaq üçün qayıdırdım. Nəsil
şəcərəmizin neçə qolunun yaşadığı köhnə dədə-baba evimiz satılmışdı.
Evin yeni sahibinin ixtiyarına keçmə müddəti bu il bitirdi və yeni ilə qədər
doğma evimizlə, doğma kəndimizlə vidalaşıb çörək pulu qazandığım
qürbət elə köçməliydim.

Ertəsi gün səhər tezdən tanış qapıya yaxınlaşdım. Damın təpəsində
qurumuş ot saplaqları sallanırdı, sanki evin sahibinin dəyişdirilməsinə
işarə vururdu. Demək olar, bütün qohumlar artıq çıxmışdılar - evdə
sakitlik hökm sürürdü. Məni anam qarşıladı, ardından da təxmin etdiyim
kimi, səkkiz yaşlı qardaşım oğlu Xun-er.

Anam gəlişimə sevindi, ancaq onun da ürəyi kədərlə doluydu. Məni
oturtdu, çayımı süzdü, istirahət etməyimi və hələlik iş barədə heç nə
danışmamağımı istədi. İlk dəfə görüşdüyümüz Xun-er bizdən uzaqda
sayğılı ədayla dayanmışdı və gözlərini məndən çəkmirdi.

Nəhayət, biz köç haqqında danışmağa başladıq. Dedim ki, mənzil
tapmışam, mebellərdən bəzisini almışam, burdakı mebeli satıb puluna
orda gərəkli şeyləri almalıyıq. Anam etiraz etmədi, o, demək olar, bütün
əşyaları toplamışdı, daşınma üçün yararsız olan mebeli satmışdı - yalnız
heç cürə satdığı əşyaların pulunu ala bilməmişdi.

— Bir gün də istirahət elə, - o dedi, - doğmaları ziyarət elə, sonra yola
çıxmaq olar.

— Düzdür.

— Hə, az qala unutmuşdum. lun-tu hər dəfə bizə gələndə səni soruşur,
görmək istəyir. Ona bildirdim ki, sən gələcəksən, tezliklə gələcəksən.

Birdən yaddaşımda heyranedici mənzərə canlandı: tünd göy səmada
dolunayın qızıl halqası, qumlu dəniz sahili, saysız-hesabsız zümrüdü-yaşıl
rəngli qarpız əkilmiş əkin sahəsi və onların arasında təxminən on iki
yaşında oğlan uşağı, boynunda gümüş halqa, əlində polad ov nizəsi, o,
bütün gücünü sərf edərək nəyəsə əlini qaldırır, heyvansa ayaqlarının
arasından keçib qaçır.

Bu oğlan Fun-tudur. Mən onunla tanış olanda yaşım onu keçmişdi, bu, otuz
il əvvəl idi. Atam hələ sağ idi, ailəmiz bolluq içində yaşayırdı və mən bəy
balası kimi böyüyürdüm. Həmin il evimizdə böyük bir qurbanvermə
mərasiminə hazırlaşırdıq. Deyilənə görə, belə mərasim otuz ildə bir
keçirilirdi, ona görə də mərasim xüsusi təntənə ilə keçirilirdi. İlin birinci
ayında qurbanlar əcdadların rəsmləri qarşısında verilirdi, qurbanlıqlar bol
idi, qab-qacaqlar zəngin və müxtəlif idi, mərasimdə iştirak edənlər o qədər
çox idi ki, avadanlıqlara göz-qulaq olmaq lazım gəlirdi. Yalnız bir işçi
saxlayırdıq (onlar bizdə üç növdə idilər: bəziləri bütün il boyu daim
işləyirdilər, bəziləri günhesabı, bir qisim ailələrsə, bizim kimi, torpaqda
özləri çalışırdılar, muzdlu işçilərisə Yeni il qabağı və ya başqa
bayramlarda, eləcə də məhsul yığımı zamanı tuturdular). O, atama dedi ki,
təkbaşına bacarmayacaqsınız və oğlu Yun-tunu avadanlığı qorumaq üçün
gətirməyə icazə istədi.

Atam icazə verəndə çox sevindim, çünki yun-tu haqqında çoxdan
eşitmişdim və demək olar eyni yaşda olduğumuzu bilirdim. O, uzun ildə
(366 gün) anadan olmuşdu, ulduz falındakı beş təbiət hadisəsindən təkcə
torpaq çatmırdı, buna görə də atası ona yFun-tu adını vermişdi. Tələ qurub,
quş ovlamağı yaxşı öyrənmişdi.

İndi mən hər gün səbirsizliklə Yeni ilin gəlməsini gözləyirdim, Yeni il
yetişəcək və yun-tu bizə gələcək. Və bir gün, nəhayət köhnə il bitəndə,
anam dedi ki, yun-tu bizə gəlib, mən tez mətbəxə qaçdım. Onun dəyirmi
üzü günəşdən yanmışdı, başında keçə papaq vardı, boynunda gümüş
halqa parlayırdı: bu, o demək idi ki, atası onu çox sevirdi və oğlunun

ölümündən qorxaraq Buddanın təsviri qarşısında nəzir vermişdi və bu
nəziri gümüş halqayla bərkidib oğlunun boynundan asmışdı. Pun-tu
utancaqdı, o təkcə məndən çəkinmirdi, ətrafda başqaları olmayanda
mənimlə danışırdı, həmin gün biz dost olduq.

Onunla nə haqqında danışdığımızı unutmuşam, yalnız bundan əvvəl onun
şəhərdə olduğunu, çoxlu əcaib şeylər gördüyünü və razı qaldığını
xatırlayıram.

Ertəsi gün mən artıq quşları ovlamağa hazırlaşanda o dedi:

— İndi olmaz. Çoxlu qar yağmasını gözləməliyik. Bizim sahildə qar yağdığı
zaman meydançanı təmizləyirəm, payalara qamışdan düzəltdiyim səbətləri
qoyuram, altına da kəpək səpirəm. Quşlar uçub gəldiyində payalara
bağladığın ipi azca dartıb çəkirsən və quşlar səbətin altında qalır. Tora hər
cür quş düşür: bildirçin, kəklik və adını bilmədiyim quş... İndi qar
yağmasını mənim tək səbirsizliklə gözləyən yox idi. yun-tu isə davam etdi:

— İndi havalar çox soyuqdur, sən biz tərəfə yayda gəl. Gündüzlər biz
sahildə balıqqulağı toplayırıq: nələr yoxdu: qırmızısı, yaşılı, "qorxunc
olanı", "Quanin əlləri". Gecələrsə atamla birlikdə qarpızları qoruyuruq - sən
də gəl qorumağa.

— Oğrulardan?

— Yox. Əgər hansısa yolçu susayıb və susuzluğunu yatırmaq üçün qarpızı
qoparıbsa, bu, oğurluq sayılmaz. Biz qarpızı kirpilərdən, porsuqlardan,
çalardan qoruyuruq. Sən bir aylı gecədə səsləri dinlə: sanki nəsə ağzını
marçıldadır - ça qarpız yeyir. Onda yabanı götür və yavaşca yaxınlaş...

Mən heç bilmirdim ki, ça nə cür heyvandır, heç indi də bilmirəm, nədənsə
mənə elə gəlirdi ki, o, balaca küçüyə oxşayır və çox qəzəblidir.

— O dişləmir ki?

— Bəs yaba nə üçündür? Yaxınlaşacaqsan, görəcəksən və əsas məsələl Bil ki,
o hiyləgərdir: düz üstünə doğru qaçacaq və ayaqlarının arasından keçəcək.
Dərisi sürüşkəndir, elə bil yağlamısan.

Ağlıma da gətirmirdim ki, dünyada bu qədər möcüzə var: sahildə
You have read 1 text from Azerbaijani literature.
Next - Dunya Ədəbiyyatından Hekayələr - 3
  • Parts
  • Dunya Ədəbiyyatından Hekayələr - 1
    Total number of words is 3678
    Total number of unique words is 2047
    19.8 of words are in the 2000 most common words
    29.7 of words are in the 5000 most common words
    34.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Dunya Ədəbiyyatından Hekayələr - 2
    Total number of words is 3657
    Total number of unique words is 2084
    20.0 of words are in the 2000 most common words
    27.5 of words are in the 5000 most common words
    32.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Dunya Ədəbiyyatından Hekayələr - 3
    Total number of words is 3188
    Total number of unique words is 1871
    19.5 of words are in the 2000 most common words
    28.6 of words are in the 5000 most common words
    33.0 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.