Latin

Dunya Ədəbiyyatından Hekayələr - 1

Total number of words is 3678
Total number of unique words is 2047
19.8 of words are in the 2000 most common words
29.7 of words are in the 5000 most common words
34.5 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
DÜNYA

ƏDƏBİYYATINDAN
HEKAYƏLƏR

Tərcüməçi: Ceylan MUMOĞLU




DÜNYA ƏDƏBİYYATINDAN

HEKAYƏLƏR
Tərtib edən: Ceylanmumoglu.com saytı
Tərcüməçi: Ceylan MUMOĞLU
Redaktor: Səbuhi Şahmursoy
Müəllif hüquqları qorunur.

OCeylan Mumoğlu – 2019

:
FYODOR DOSTOYEVSKI Milad ağ dakı oğl
нән нымын әнә Milad ağacındakı oğlan
: :
FƏRİBƏ ХӘДБДТ..........? 2. ....ОКеапа baxan daxma
BULAT ОКЛЈЈЈАХМА Si
Ј ə АТС
DARYA DOSU Katya Oli
Олан нәнәнин Кабуа Olinanın təxçası
FERTT ЕрСС.....ззҝ? —,, = —————=–.....—.—. 2... СӦәттәуәп qonaq
ə
: :
DINO В1Ј55АТТ......зҝд,— — —,,——,——,——.........—––– ——............БӱпӱбеупТә görüş
:
LU SİN. ə əəə əəə Həəə əsə Vətəni
:
HAKAN BIÇAKCI Па bah
“üə ə əsas им АК bahar

MELISA КЕЗ5МЕД.....зһ”Ҝ,.—— д —Б — —————=—д—2——..Мәпәтди protez dişləri

Fyodor Dostoyevski

"Milad ağacındakı oğlan"

Əl açan oğlan

Uşaqlar qəribə məxluqdurlar, yuxuya və xəyala gəlirlər. Milad
bayramından əvvəl küçədə, hamıya məlum köşədə yeddi yaşlarında oğlan
uşağına rast gəldim. Dəhşətli şaxtada o, demək olar, yay paltarındaydı,
ancaq boynu hansısa köhnə şeylə sarınmışdı — deməli, onu kimsə bura
göndərir, yaşayışını təmin edirdi. O "əl açaraq" gəzirdi: bu, texniki
termindi, yəni nəzir istəmək. Termini oğlanlar özləri uydurmuşdular.
Onun kimiləri çoxdur – yolunuzun üstündə fırlanır, nəsə əzbərlədikləri
şeyləri mızıldayırlar: amma bu mızıldamır, məsum, vərdiş etməmiş şəkildə
danışır, güvənlə gözlərimin içinə baxırdı, deyəsən, yeni başlamışdı. Sorğusual vaxtı bildirdi ki, bir bacısı var, işsizdir, xəstədir: bəlkə də həqiqətdir,
amma sonradan öyrəndim ki, bu uşaqları ən qorxunc şaxtada da "əl
açmağa" göndərirlər, əgər heç nə yığmayıblarsa, onları kötək gözləyir.
Qəpik-quruşu yığdıqdan sonra oğlan qızarmış, donmuş əlləriylə sərxoş
alverçilərin olduğu hansısa zirzəmiyə qayıdır. Onlar "şənbə-bazar günləri
fabrikdə dincəlib, çərşənbədən tez olmayaraq yenidən işə qayıdan"
dəstədir. Həmin zirzəmilərdə ac, döyülmüş arvadları da sərxoşluq edir, elə
orda körpə uşaqları aclıqdan ciyildəyir. Araq, palçıq, pozğunluq, əsas da
araq. Topladığı qəpiklərlə oğlanı meyxanaya göndərirlər, o yenə şərab
gətirir. Əyləncə üçün bəzən oğlanın da ağzına piyalədən şərab tökür, nəfəsi

kəsilib, az qala huşu itmiş vəziyyətdə döşəməyə yıxıldıqda gülürlər.
ә. Və iyrənc arağı ağzıma amansızca tökürdü...

Oğlan böyüyəndə, onu hansısa fabrikə satırlar, amma nə qazansa, yenə
alverçilərə gətirməli olur, onlarsa içməyə davam edirlər. Fabrikdə işləyənə
qədər bu uşaqlar əsl cinayətkar olurlar. Şəhərdə avaralanıb, hansı
zirzəmilərə girib gecələyəcəklərini yaxşı bilirlər. Onlardan biri dalbadal
neçə gecə hansısa dalandarın səbətində gecələmişdi və onu görməmişdilər.

İstər-istəməz oğru olurlar. Hətta oğurluq səkkiz yaşlı uşaqların ehtirasına

çevrilir, bəzən cinayət etdiklərinin dərk etmirlər. Nəticədə hər şeyə – aclıq,
soyuq, döyülmə – dözürlər ki, azad olub alverçilərdən yaxa qurtarsınlar,
özbaşlarına avaralansınlar. Bu vəhşi varlıq bəzən heç nə anlamır, heç yerdə
yaşamır, heç bir millətdən deyil, Allah varmı, hökmdar varmı, veclərinə
olmur, hətta onlar haqqında elə şeylər danışırlar ki, eşitdiyinə inanmırsan,

amma hamısı faktdır.

П
Milad ağacındakı oğlan

Ancaq mən romançıyam və deyəsən, bir "hekayə" yazdım. Niyə yazıram:
"görünür", axı özüm də bilirəm ki, uydurmuşam, amma mənə elə gəlir, bu
hardasa, nə vaxtsa məhz milad ərəfəsində, hansısa böyük şəhərdə, dəhşətli
şaxtada baş verib. Zirzəmidə təxminən altı, hətta daha da az yaşında balaca
oğlanın olduğunu görürəm. Bu oğlan soyuq, nəm zirzəmidə səhər
yuxudan oyandı. Əyninə xələt keçirmişdi, soyuqdan əsirdi. Nəfəsi ağ
buxar kimi çölə çıxırdı, küncdəki sandığın üstündə oturaraq canı
sıxıldığından qəsdən ağzından buxar buraxıb, necə uçmasına baxmaqla
əylənirdi. Çox acmışdı. Səhərədək bir neçə dəfə hədsiz yastı döşəkdə, balış
əvəzində başının altına düyünlənmiş əsgi qoymuş xəstə anasının uzandığı
yatacağa yaxınlaşmışdı.

Bura necə düşmüşdü? Ola bilsin, yad şəhərdən öz oğluyla gəlmiş, qəfildən
xəstələnmişdi. Köşələrin sahibəsini hələ iki gün əvvəl polislər tutmuşdular:
sakinlər dağılışdılar, bayramdı, ancaq orda bütün sutkanı sərxoş ölü olaraq
uzanıb qalan alverçi bayramı da gözləmədi.

Otağın başqa küncündə hardasa, nə vaxtsa dayələrlə yaşamış, indisə tənha
qalmış, ufuldayan səksən yaşlarında bir qarı revmatizm ağrılarından
inildəyirdi. Deyindiyi üçün oğlan ona tərəf yaxınlaşmaqdan qorxurdu.

İçmək üçün küləşlərin arasından heç nə tapmadı, çörək qırıntıları da
gözünə dəymədi, artıq bəlkə onuncu dəfə anasını oyatmağa gəldi.
Nəhayət, qaranlıqda onu vahimə basdı: axşam çoxdan düşmüşdü, ocaq
qalanmamışdı. Anasının üzünü yoxlayaraq təəccübləndi ki, o heç hərəkət

etmir, divar kimi soyuqdur. "Bura çox soyuqdur" – düşündü, bir qədər
dayandı, şüursuzca əli mərhumənin çiynində qaldı. Sonra isinməsi üçün
barmaqlarına üfürdü, birdən küləşlərin arasında papağını axtarıb taparaq
sakitcə, əliylə yoxlaya-yoxlaya zirzəmidən çıxdı. Burdan çoxdan gedərdi,
amma yuxarıda, pilləkəndə qonşu qapılarda var-gəl edən böyük itdən
qorxurdu. Ancaq it artıq yox idi və o küçəyə çıxdı.

Aman Tanrım, şəhərə baxl Hələ heç vaxt belə şey görməmişdi. Onun
gəldiyi yerdə gecələr qara zülmət, bütün küçədə təkcə fənər olurdu.
Taxtadan olan alçaq evlər pəncərə qapaqlarıyla bağlanırdı: küçə bir az
alatoranlaşan kimi heç kəs olmur, hamı evlərə çəkilirdi. Yalnız sürüylə,
yüzlərlə, minlərlə it bütün gecəni ulayır, hürüşürdülər. Amma orda elə
istiydi ki, yemək də verirdilər, burdasa:

— Tanrım, yemək olsaydıl Burda necə gurultu və ildırım var, necə işıq və
insanlar, atlar və arabalar və şaxta, şaxtal Yorulmuş atlardan, isti nəfəs alan
üzlərindən donmuş buxar tökülür, yumşaq qarın üzərindən nallar daşa
dəyib cingildəyir, hər kəs elə itələnir ki, Tanrım, elə yemək istəyirsən ki,
heç olmasa balaca bir tikə...

Və birdən barmaqları ağrımağa başladı. Yaxınlıqdan polis nəfəri keçdi və
oğlanı görməmək üçün çöndü.

Budur, yenə küçə. Ah, necə genişdirl Bax, burda necə əzirlər yəqin, necə
qışqırırlar, yol gedirlər, qaçırlar, hələ işıq, o işıql Bəs bu nədir? Ah, nə
böyük şüşədir, şüşənin arxasında otaq, otaqda tavana qədər ağac: bu
küknar ağacıdır, ağacda nə qədər işıq, nə qədər qızılı kağız və almalar var.
Ətrafında oyuncaqlar, kiçik atlar, otaqda tər-təmiz geyinib-keçinmiş
uşaqlar qaçır, oynayır, gülür yeyir, içirlər. Bax, bu qız oğlanla rəqs etməyə
başladı, necə qəşəng qızdırl

Şüşənin o yanından musiqi eşidildi. Oğlan heyrətlə baxıb güldü, amma
artıq barmaqları ağrıyırdı: əl və ayaq barmaqları hər ikisi qızarmışdı,
tərpətdikcə ağrı verirdi. Anidən fərqinə vardı ki, barmaqları çox ağrıyır,
ağlayıb uzağa qaçdı. Budur, başqa şüşənin arxasından otağı yenə görürdü,
yenə ağaclar vardı, amma masalarda piroqlar – hər cürə, badamlı, qırmızı,

sarı. Dörd zəngin xanım oturmuşdu, kim gəlsə piroq verirdilər, qapı hər
dəqiqə açılır, küçədən içəri çoxlu cənab daxil olurdu. Oğlan da yaxınlaşıb
qapını açdı və içəri girdi. Oh, onun üstünə necə bağırdılar, əllərini
qaldırdılar. Bir xanım tez yaxınlaşdı, ovucuna qəpik qoydu və küçə
qapısını açdı. O necə qorxdul Qəpik də diyirlənib əlindən düşdü,
pilləkəndə cingildədi: soyuqdan donmuş barmaqlarını hərəkət etdirib tuta
bilmədi. Oğlan ordan qaçdı, sürətlə qaçdı, amma hara, özü də bilmirdi.
Yenə ağlamaq istədi, qorxur, qaçır, qaçır, əllərinə üfürürdü. Kədərə batır,
çünki anidən elə tənhalaşırdı, özünü elə dəhşətli hiss edirdi kil Və birdən,
Tanrıml Yenə bu nədir? Camaat topayla dayanıb təəccüblə baxırdılar:
pəncərədə şüşənin arxasında qırmızı, yaşıl rəngdə geyinib-keçindirilmiş üç
gəlincik vardı, canlı kimi dayanmışdılarl Hansısa qoca oturub, guya böyük
skripka alətində çalırdı, iki başqa kişi də kiçik skripkada ifa edirdilər.
Başlarını yelləyir, bir-birinin üzünə baxır, dodaqları tərpənir, nəsə
danışırdılar, amma şüşə arxasından eşidilmirdi. Oğlan əvvəl elə bildi, onlar
canlıdırlar, sonra başa düşdü ki, oyuncaqlarmış. Birdən güldü. Heç vaxt
belə oyuncaqlar görməmişdi, onların olmasından xəbərsizdil Ağlamaq da
istədi, amma oyuncaqlar elə gülməli, elə gülməliydilər ki. Birdən ona elə
gəldi, arxadan kimsə xələtindən tutdu: yanında dayanan böyük əzazil
oğlan başına qapaz ilişdirdi, papağını yerə saldı, aşağı düşüncə də ayağıyla
vurdu. Oğlan yerə diyirləndi, bağırdılar, yerində dondu, hoppanıb qaçdı,
qaçdı, birdən özü də bilmədi hara qaçır, yad həyətdə qapının altlığında,
odunların arxasında oturdu:

— Burda tapmazlar, həm də qaranlıqdır.

Oturub aşağı əyildi, qorxudan nəfəs ala bilmirdi və birdən, tamamilə
qəfildən onun üçün hər şey çox yaxşı oldu: əl-ayağının ağrısı kəsildi, elə
isti, elə isti oldu ki, sobadakı kimi, anidən səksəndi: ah, axı, yuxulamışdıl
Burada yatmaq necə yaxşıdır: "Bir az oturub, sonra yenə oyuncaqlara
baxmağa gedəcəm, — düşündü və onları xatırlayıb gülümsədi, – elə bil
canlıdırlarl"

Və birdən eşitdi ki, başının üstündə anası mahnı oxuyur.

— Ana, mən yatıram, ah, burda yatmaq necə yaxşıdırl

— Gəl, Milad ağacına gedək, oğlan, – sakit səs onun üzərində pıçıldadı.

Düşündü ki, bu anasıdır, amma yox, deyildi, bəs çağıran kimdi, görmürdü,
ancaq kimsə üstünə əyildi, qaranlıqda qucaqladı, o da əlini uzatdı və... və
birdən – bu necə bir işıqdırl Bu necə şam ağacıdırl Şam ağacı da deyil, hələ
belələrini görməmişdil İndi hardadır, hər şey parıldayır, işıq saçır, ətraf
bütün oyuncaqlardır, amma yox, bunlar hamısı oğlan və qızlardır, yalnız
çox işıqlıdırlar, hamısı ətrafında dövrə vurur, uçur, hamısı onu öpürlər,
götürüb özləriylə aparırlar, elə özü də uçur, görür ki, anası da baxır,
sevincinə gülümsəyir.

— Anal Anal Ah, bura necə də yaxşıdır, anal — oğlan ona səslənir və yenə
uşaqlarla öpüşür, onlara tez zamanda şüşə arxasındakı oyuncaqlardan
danışmaq istəyirdi, — Siz kimsiniz, oğlanlar? Siz kimsiniz, qızlar? — gülərək,
onları sevərək soruşdu.

— Bu, Milad ağacıdır, — onlar cavab vedilər. İsanın orda öz şam ağacları
olmayan kiçik uşaqlar üçün burda həmişə şam ağacı var...

Öyrəndi ki, bu oğlan və qızlar da onun kimidirlər — bəziləri Peterburq
məmurlarının qapı pilləkənlərinə atdıqları səbətlərdə donmuşdular,
bəziləri tərbiyə evində yedirmə zamanı çuxonlarda boğulmuşdular,
başqaları analarının qurumuş sinəsində ölmüşdülər, dördüncülər Samara
aclığı zamanı üçüncü sinif vaqonlarda iylənmişdilər... İndi burda, mələklər
kimi İsanın yanındadırlar, o da burdadır. İsa əlini uzadır, onlara və
günahkar analarına xeyir-dua verirdi... Bu uşaqların anaları da kənarda
dayanıb ağlayırdılar, hər biri oğlu, qızını tanıyır, uşaqlarsa onlara tərəf
uçur, öpür, göz yaşlarını əlləriylə silib, ağlamamaları üçün yalvarırdılar,
çünki onlara burda elə yaxşıdır ki...

Aşağıdasa səhər süpürgəçilər odunların arasında donmuş balaca oğlanın
cəsədini tapdılar, tezliklə anası da tapıldı... O, daha əvvəl ölmüşdü: hər
ikisi göydə Tanrının yanında görüşmüşdülər.

Sadə ağıllı-başlı gündəliyə uyğun gəlməyən belə hekayəni niyə yazdım,
özü də yazıçı gündəliyinə? Həm də real hadisələr haqqında yazacağıma
söz vermişdiml Məsələ də bundadır, mənə elə gəlir, elə görünür ki, bunlar

həqiqətən baş verib. Yəni, zirzəmidə, odunlar arxasında olanlar, Milad
ağacı ətrafında olanlar — bilmirəm, necə deyim, baş verə bilərdimi, ya yox?
Bu səbəbdən də romançıyam, uydurmaq üçün.

Fəribə Vəfi
"Okeana baxan daxma"

Filmdəki qadın evini satdı. Əşyalarını da. Ona xəyanət edən kişinin
paltarlarını və qoyduğu yadigarları bir neçə torbaya doldurub küçənin
başındakı zibil yeşiyinə atdı. “Heyifl” — dedim. Paltarların hamısı yeni idi.
Refissor, elə bil, səsimi eşidib kadrı zibil yeşiyindəki paltarlara
yaxınlaşdırdı. Sonra kimisə göndərib paltarları ordan götürtdü. Bu
hərəkətiylə məni xoşbəxt etdi. Sanki zibil torbalarını götürməyə özüm
getmişdim.

Qadın bütün mallarını pula çevirdi. Nəyi var, nəyi yox - hamısını kiçik
çantaya qoyub yola düşdü. Arxasında özünə aid heç bir iz buraxmadı.
Gedəcəyini təkcə uşaqlıq dostuna dedi. Getməmişdən qabaq bir neçə
gününü yaşlı anasıyla keçirdi. Sonra qatardaydı. Bir ara kadrda qısa
danışıqdan sonra cib telefonunun ayaqyolunun sifonuna atıldığı göstərildi.
Bunu necə edə bildiyini düşündüm. Telefonu söndürə bilərdi, ancaq o,
bütün dünya ilə əlaqəsini kəsdi.

“Təkbaşına qala bilməz” – deyə düşündüm, “Qəti qayıdar. Bu şəkildə əsla
gedə bilməz. Yəni, getsə belə, bunun bir faydası yoxdur ki, Bəs yaddaşını
və xatirələrini nə edəcək? Belə asan olsaydı, hər kəs bu cür edərdi”. Başına
ard-arda bəla gələcəyi, bir yerdən problem çıxacağı və geri qayıdacağı firki
ilə gözlədim. Tənhalıq məni qorxudurdu. Amma o, qatarın birindən enib
digərinə minir, bir şəhərdən başqa şəhərə gedirdi. Gecələr tək-tənha yatır
və bəzən yuxusundan dik atılırdı. Axırda bir təpəlikdə okean
mənzərələrinin qarşısında daxma tapdı və orada qaldı. Hər gün üzməyə
gedirdi. Təkbaşına.

Artıq gecə-gündüz okeana tamaşa edərək oturan və yeganə əyləncəsi
bəzən okeana dalıb üzmək olan

bu qadın əsəblərimə toxunurdu. Xoşbəxtdil Yox, deyildi. Bir dəfə “Lənət
olsun bu dünyayal” – deyib

özünü yatağa atdı. Altındakı döşəkağı ortaya doğru yığıldı. Bu qadının
geri qayıdıb, eynilə başqa

insanlar kimi yaşamağa davam etməkdən başqa yolu olmadığını
düşündüm. Yəni, təkrar ev almalı,

yenə aşiq olmalı, əvvəlki kimi anasını ziyarət etməli və hər kəs necə edirsə,
elə etməliydi.

Refissordan qadının həyatla barışma səhnələrini gözləyirdim. Dünyadan
küsməyin sonu yoxdur.

Belə etməklə bir yerə varmaq olmaz. Bu nəticəyə gəldiyim gündən sonra
daha az küsməyə başlamışdım. Bir neçə saat, olmasa, bir neçə gün, o da
olmasa, bir neçə həftə, yaxud bir neçə ay – sonra barışmağa məcbursan.
Öz-özümə artıq barışmamaq məsələsində əmin olduğum zaman
“Tamamilə küsərəm” – deyə düşündüm. Yəni, bəlkə, küsməyin də özünə
görə mənası var və mən bunu bilmirəm.

Qadın qayıtmağa məcbur oldu. Çünki anası ölmüşdü. Öz-özümə “Haydı,
görək” — dedim. Bu da qadının köhnə həyatına qayıtmasına bəhanə oldu.
Ancaq qadın anasının dəfn mərasimindən sonra eyni yerə — təpənin
üstündəki daxmaya yenidən qayıtmaq istədi. Sükut və inzivanın insanı
qorxutduğu yerə. Uşaqlıq illərindən tanıdığı dostu onun qalmasını xahiş
etdi. Qadının diqqətini çəkə biləcəyini düşündüyüm bir kişi vardı. Qadın
“Getməliyəm” – dedi. Yenə ona əsəbiləşdim. Getmək üçün necə də
rahatlıqla qərar verir.

Filmin bir saatı keçmişdi, amma refissor hələ heç nə etməmişdi. Qadın
okeana baxan daxmaya getdi.

Taxtadan, xoş görünüşlü daxmaydı. Təmiz yataq və köhnə oturacaq vardı.
Аб, rəngdə köynək də vardı.

Sanki diqqətsiz şəkildə atmışdılar, oturacağın başına taxılıb qalmışdı.
Qolları yerə dəyən köynəyi götürüb qatlamaq istəyirdi. Kamera sürətlə iki
qanadı içəriyə doğru açılmış, okeanı görən pəncərəyə sarı döndü. Yavaşyavaş, bir nəfəslə çölə yayılan rəng, yel və hava xoşuma gəlməyə başladı.
Könül oxşayan mahnı suyun kənarından asta-asta aşağı töküldü və
dalğanın qalxmasıyla birgə mahnının səsi də yüksəldi. Daxmaya bir dəfə
yenə qayıtmaq istəyirdim. Hər şeyə təpənin üstündən tamaşa etmək
istəyirdim. Refissor bu dəfə səsimi eşitmədi, filmi okeanın ortasında ağ
quşun qanadında sona yetirdi.

Bulat Okudiava
"Siçan"

Qış axşamlarından biriydi, Peredelkinoda televizorun qarşısında
oturmuşdum. Qəfildən divandan bir siçan çıxdı və ayaqlarımın yanına
yatdı. Nifrətlə qışqırdım və o da divanın altına qaçdı.

ХХХ

Dinclik yox olub getdi. Siçanların keçən ilki basqınını: bütün iş-gücümü
atıb tələlər yerləşdirdiyimi, ətrafa zəhərli dənlər səpələdiyimi, qidaları
gizlətdiyimi və onlara toxunmaqdan iyrəndiyimi xatırladım...

Onlarsa nizamsızlıqlarını sürdürməyə davam edirdi. Sayları getdikcə daha
da çoxalırdı. Onlar pəncərələrin pərdələrinə dırmaşır, ciyildəyir, keçdikləri
yerlərdə öz iyrənc izlərini qoyur, şkafın arxasında doğub-törəyir və
varisləri vaxtaşırı Tanrı işığına çıxırdı...

Bir ay belə davam etdi. Mən tükənib əldən düşdüm və təslim oldum.
Amma birdən onlar yox oldular.

Mütəxəssislər belə izah etdilər ki, bu, hansısa xüsusi siçan ilidir.

İndi budur, yenidən?

Mən divanda donub qalmışdım, o da ayağıma yaxın oturdu. Ayağımı
tərpədəndə qaçdı.

İçimdə qorxu və nifrət üsyan etdi. Anbardan tələni çıxartdım, yem qoyub
qurdum və qaranlıq küncə yerləşdirdim.

Çox pis yatdım. Bütün sonrakı gün o görünmədi. Ancaq axşam, mən
televizorun qarşısına əyləşəndə o peyda oldu. Arxası mənə qarşı, ayağımın
yanında tərpənmədən ekrana baxırdı. Ayağımı tərpətdim, o könülsüz
ortadan yox oldu. Tərpənmədim, o divanın altından çıxdı və yenə əvvəlki
yerində oturdu.

Qəribədir, mən artıq ona qarşı nifrət hiss eləmirdim. Əksinə, məndə
hansısa maraq, öyrənmək həvəsi oyanmışdı. О nə istəyir?

Baxmaq üçün ona doğru əyildim, amma o yox oldu.

Növbəti günlərdə hər şey artıq nizamlanmış qayda üzrə gedirdi. Mən
tədricən onu incələyə bildim. Gözəldil Onun kiçik parlaq gözlərini, sevimli
üzünü, açıq-boz rəngli kürkünü və cazibəli quyruğunu gördüm. O
öyrəşmişdi. Artıq divanın altına qaçmırdı, nəzakətlə kənara çəkilir və mənə
tərpənmək üçün yol verirdi.

Döşəməyə peçenye parçası qoydum. O iştahla peçenyeni gəmirdi,
pəncəsiylə silindi və yenə gözlərini ekrana zillədi.

ХХХ

Bir ay keçdi. О nələr yemədi, peçenye, piy, kolbasa... Mən ona öyrəşmişəm,
dahası bağlanmışam. İndi əvvəlki tənhalıqla televizora baxmaq qəribə
gəlirdi. Gündüz nəylə məşğul olduğunu bilmirəm, amma axşam ekran
yanan kimi o həmin an qarşısında otururdu. Mənə necə yaxşı idil Hətta
keçən ilki məni özümdən çıxaran boz heyvan sürüsünü belə unutmuşdum.

Mən, ümumiyyətlə, tünlük tərəfdarı deyiləm. Tanrıya şükür ki, evimdə
onlar üsyan etmədilər. Və bu açıq-boz rəngli kürkü olan zərif varlıq da,

görünür təkliyə meyillidir, çətin ki, öz vurnuxan qəbilə üzvləri üçün
darıxır...

Gündüz, həmişəki kimi, masamın arxasında işləyirdim. Qışda hava tez
qaralır. Düşündüm ki, tezliklə televizoru qoşacağam və biz onunla ikilikdə
ekran qarşısında oturacayıq...

Birdən küncdə nəsə bərkdən şaqqıldadı... Baxdım - unutduğum tələ
hərəkətə keçmişdil Yerimdən sıçradım - tələdə mənim siçanıml

ХХХ

Necəsə dostlar bizdə oturmuşdular. Onlara Би əhvalatı danışdım. Hər kəs
qaşqabağını sallayıb susdu. Təkcə Fazil çığırdı: "Doğrudan, ölümcül idi?1"

Darya Dosuk
"Katya Olinanın taxçası"

Darya Dosuq 8 mart 1990-cı ildə Qazaxıstanın Alma-Ata şəhərində anadan olub.
Anası furnalist, atası radio verilişləri aparıcısı olan Darya "Səs” adlı romanın və
yeniyetmələr üçün yazdığı 6 kitabın müəllifidir. V. P. Krapivina adına ədəbi
mükafatın və "Kniquru” müsabiqəsinin qalibi olub. Hazırda Moskvada yaşayır,
ailəlidir. Uşaqlar və böyüklər üçün yazıçılıq dərsləri keçir.

"Katya Olinanın taxçası” hekayəsi bullinq mövzusuna həsr olunmuş faydalı
hekayədir. Ana dilimizdə tərcüməsini təqdim edirəm.

"Katya Olinanın taxçası"

Mən Katya Olinaya nə üçün nifrət etdiyimiz barədə heç vaxt
düşünməmişdim. Belə alınmışdı. Səhər yeməyinə sıyıq və pendirli
buterbrod verirlər, riyaziyyat dərsində biz məsələləri həll edirik, yayda
tətilimiz olur, amma Katya Olinaya dözə bilmirik.

Hər şey birinci sinifdə - "Katya Olina" adlanan oyunla başlamışdı.
Tənəffüsdə kimsə sənin yanına qaçır, əlini çiyninə şappıldadır və sevinclə

qışqırır: "Sən - Katya Olinasanl" Açığı, xoş duyğu deyildi. Elə bil çiyninə
çılpaq ilbiz qoymuşdular. Və ondan elə-belə qurtulmaq, onu kənara atmaq
mümkün deyildi. Başqa bir çiyinə ötürmək lazım idi, əks halda əbədi, bu
cür gəzməli olacaqdın.

— Daşenka, özünü qorul —Katya Olinal —hər kəs ətrafa fəryad edir,
təhlükənin gəlişi barədə bir-birilərini xəbərdar edir, sanki sən bir zombi,
yaxud hansısa bədheybətsən.

Sənsə yalnız bir şey haqqında düşünürsən — bütün dərsi Katya Olina
olmamaq üçün çiynindəki ilbizi kiməsə ötürə bilmək. Amma hər şey
həmişə dərhal alınmır. Xüsusilə, hər kəs sənin Katya Olina olduğunu
bildiyi gün.
Bəzən misli görünməmiş dərəcədə bəxtin gətirir — dəhlizdə, yaxud
bufetdə Katya Olinanın özü ilə qarşılaşırsan, yəni, əsli ilə. Ona öz lənətini
qaytarırsan və nəhayət, təmizlənirsənl Əsas məsələ, onu hirsləndirməmək
üçün ehtiyatla vurmaq və uzağa qaçmaqdır, yoxsa arxanca qaçıb səni tuta
bilər və onda —yenə Katya Olinasanl

Katya Olina —iri, güclü, ətli ağ əlləri olan qızdır. Saçları, oğlansayağı, qısa
kəsilib. Paltarları da oğlan geyiminə bənzəyir, bəzi yerləri yırtılıb. Yəqin o
Katya Olina adlı beşinci sinif şagirdi olmasaydı, ondan əntiqə dalaşqan
oğlan olardı.

Hamı bilirdi ki, Katya ikinci il üçün sinifdə qalmışdı. Öz sinif
yoldaşlarından eninə-uzununa böyük idi. Dəqiq anlamırdım, onlar öz
aralarında "Katya Olina" oyunu oynayırdılar, yoxsa sadəcə onun
ətrafından keçməyə çalışırdılar. Mən Katya Olina ilə eyni sinifdə oxumağa
heç vaxt razı olmazdım. Onunla bir məktəbdə olmaq belə dəhşətli idi.
Bufetdə onun yemək yediyi çəngəli, yaxud içindən nəsə içdiyi sətkanı
təmiz yumadıqlarını təsəvvürümə gətirmək belə dəli edirdi. Belə halda ən
yaxşısı, bufetdə heç nə yeməməkdirl

Axı həm də, Katya Olinanın istifadə etdiyi kitablar da var. Bir dəfə Mişanın
əlinə belə bir kitab düşmüşdü. Kitabın birinci səhifəsində karandaşla o

qorxunc yazı yazılmışdı: "Katya Olinanın". Mişanın rəngi ağardı, az qalırdı
qaytarsın və Kostyaya təklif etdi ki, kitabları dəyişsinlər.

— Səndəki kitaba nə olub ki? — Kostya ehtiyatla soruşdu.

Elə buradaca Katya Olina haqqında hər şey üzə çıxdı. Bir sözlə Mişanın
əlindəki lənətlənmiş kitabı zibil yeşiyinə tullamaqdan başqa çarəsi
qalmadı. Mişanın anasısa kitabın yenisini almalı oldu, çünki kitabxanaya
hesabat vermək lazım idi.

Məktəbin bağçasında da Katya Olina başa bəladır: hər kəsə soxulur.
Oğlanlar Katyanı futbol meydançasına buraxmırlar və o da onları döyür.
Qışqırır və vurur. Yalnız cavab zərbəsi endirməyə macal tapmırlar, sinif
rəhbəri özünü yetirir və hönkür-hönkür ağlayan Katya Olinanı "bu
tərbiyəsiz dələduzlardan" uzağa aparır. Nəsə haqsızlıqdır, axı, onlar
Katyaya pis heç nə etmədilər.

Təkcə mən başa düşmürəm: Katya Olina ilə qaydasında olmayan nədir? O
niyə hər kəs kimi normal qız ola bilmir?

Görünür, onun anasını da bu sual çox narahat edirdi. Bu yaxınlarda o
məktəb psixoloqunun yanına gəlib qəzəblənmişdi:

— Mənim uşağım incidilən zaman siz hamınız hara baxırsınız?1 О hər gün
göz yaşı və qançırlarla evə gəlir.

Biz dinləmək üçün dəhlizdə dayandıq. Katya Olinanın anasına demək
istəyirdik ki, onun qızının əlindən o qədər qançırımız var ki, sayı-hesabı
bitməz. Amma qorxduq ki, birdən anası qızından da pis dalaşar. Kim bilir,
bu Olinalarıl

— Bilirsinizmi, — psixoloq sakitcə dedi, —bu streotip kimidir. Mümkündür
ki, katya nə vaxtsa özü də uşaqları incidib və onlarla dalaşıb və o vaxtdan
onlar onu dost kimi qəbul etmirlər... Və Katya da onlara aqressiv cavab
verir. Qapalı dairədir.

—Bu canagətirmədirl Əsil canagətirməl —deyərək, Katya Olinanın anası
boğazını yırtdı.

— Bu, belə xüsusi taxçadır, — psixoloq ehtiyatla etiraz etdi. — Hər sinifdə
uşaqlara aid olan müəyyən taxçalar var. Əlaçının taxçası, dələduzun
taxçası, ... taxçası...

Katya Olinanın anası qəzəbindən qaraldı və psoxoloğu barmağıyla
hədələyərək qışqırdı:

— Bəs belə?1 Onda deyin görüm, mənim Katyamın taxçası hansıdır?

Qulaqlarımızı şəklədik. Nəhayət, biləcəkdik ki, Katya Olina ilə qaydasında
olmayan nədirl Ən böyük sirr açılmaq üzrəydi.

Amma psixoloq ümidlərimizi doğrultmadı. O sadəcə yavaşca təkrarladı:
— Xüsusidir.

Evdə olanda mən xüsusilə baxdım ki, bu "taxça" nə olan şeydir. Demə,
əşyaları qoymaq üçün evin divarında açılan oyuqdur, ora heykəlciklər və
başqa şeylər də qoyurlar ki, onların necə xüsusi olduqlarını hamı görsün.

Heykəlciyin yerində mən olsaydım, özümlə fəxr edərdim ki, xüsusi taxçam
var. Amma Katya Olinanın taxçası pis idi.

O vaxtdan tez-tez düşünürdüm ki, Katya öz taxçasından necə çıxa bilər?
Elə olsun ki, biz artıq ondan qorxmayaq və bu dəhşətli oyun bitsin. Yəqin
Katya özü də artıq bezmişdi, axı, o öz lənətini kiməsə ötürə bilməzdi.
Kimsə çığıraraq əlini çiyninə şappıldadıb, "Sən Katya Olinasanl"
deməyibsə, sən heç vaxt bu qorxunc biabırçılığın nə olduğunu başa
düşməyəcəksən. Bəlkə də bu oyun olmasaydı, lənət də öz-özünə yox
olardı.

Bir dəfə mən Katya Olina haqqında anama danışdım. Dedim, bəlkə
taxçadan çıxmaq üçün hansısa etibarlı üsul bilir. Anam bu haqda
düşünəcəyinə söz verdi.

Mənim ad günümə anam bütün sinifimizi dəvət etdi. Valideynlər "Tvister"
tipli bır çox oyun hazırlamışdılar, mükafatlar isə şirnilərlə dolu böyük bir
kisə idi.

Amma şənliyimiz az davam etdi. Yox, mükafatlarımız bitməmişdi, əksinə,
hələ çox idi. Ona görə ki, qapının zəngi çalınmışdı. Anam qapını açmağa
getdi və biz —dəhşətlərdən ən pis olanıl - Katya Olinanı gördük.
Heyrətimizdən donub qaldıq.

— Heç nə olmaz, indi onu qovacaqlar, — Mişa pıçıldadı.

— Necə sırtıqsanl Dəvətsiz gəlmisənl — Qalya şənlik şlyapasını düzəldədüzəldə deyindi.

Anam lənət haqqında bilsə də, Katya Olinadan heç qorxmadı və onun
əlindən tutub yanımıza gətirdi. Biz Katyaya qorxudan bərəlmiş gözlərlə
baxırdıq. Vərdişimiz üzrə qaçmaq istəyirdik, amma mənzildə bu mümkün
deyildi. Gizli künc-bucaq da hər kəsə yetəcək qədər deyildi. Lal heykəllər
təki anam "Tvister" oynamağı təklif edənə qədər eləcə dayanıb baxdıq.

Əlbəttə ki, Katya Olina qalib gəldi—hər kəs ona təsadüfən toxunananda
güllə vurulmuş kimi yerə yıxılırdı və oyundan çıxırdı.

Budur, Katya Olinanın toppuş ağ əlləri kisənin içinə girdi. Biz dəhşət
içində yerimizdə donduq: o əlləri ilə konfetləri qarışdırır, hamısına
toxunurdul

— İndi mən qaytarcağam, — Nastya kədərlə pıçıldadı.

"Ah, anal Öz doğmaca ad günümdə mənimlə belə necə davrana bilərdinl"
— ümidsizliklə düşündüm.

Elə bu vaxt Katya kisədən bir ovuc konfet çıxarıb bizə uzatdı.
— Siz Tvisterdə məğlub oldunuz ki, mən qalib gəlim. Deməli, mükafatlara
layiqsinizl

Zavallı Katyal O elə düşünürdü ki, biz onunla ciddi-ciddi oyun oynayırıq
və o sanki yeni oyunçu olduğu üçün biz ona güzəştə getmişik. Heç kim
onun əlindən nəsə almaq istəmirdi, amma böyüklərin yanında onunla
dalaşmaqdan çəkinirdik.

Birdən sağ tərəfimdə xışıltı eşitdim. Kosyta çupa-çups-u açdı və ağzına
apardı. O hər kəsin ona toxunduğunu fərq edəndə, sadəcə çiyinlərini çəkdi.

— Yaxşı görək, onsuz da biz hamımız artıq...
O "Katya Olinayıq" demək istədi, amma dili dolaşdı.

Doğrudan da, biz hamımız elə, ya da belə Katyaya toxunmuşduq. Lənəti
ötürəcəyimiz kimsə qalmamışdı. Biz Katyanın mükafat verdiyi konfetləri
açıb rahatca yedik. Deyəsən, indi bizdə immunitet yaranmışdı.

Ferit Edgü
"Gözlənməyən qonaq"

Ferit Edgü 24 fevral, 1936-cı ildə İstanbulda anadan olub. Tam adı ismail Ferit
Edgüdür. İstanbul Gözəl Sənətlər Akademiyasında rəssamlıq fakültəsini
bitirdikdən sonra təhsilinə Parisdə davam edib. Sarbonnada fəlsəfə, Гиотда sənət
tarixi kurslarında biliklərə yiyələnib. Türkiyəyə qayıtdıqdan sonra " Mavi”
dərgisində yazmağa başlayıb və adını tanıtdırıb. Dərgidən sonra "Ada
Yayınları”nı təsis edib və 1976-cı ildən 1990-ci ilə qədər bir çox yerli və xarici
yazıçı və şairlərin əsərlərini nəşr etdirib. Bir çox əsərləri türk dilinə tərcümə edib.
You have read 1 text from Azerbaijani literature.
Next - Dunya Ədəbiyyatından Hekayələr - 2
  • Parts
  • Dunya Ədəbiyyatından Hekayələr - 1
    Total number of words is 3678
    Total number of unique words is 2047
    19.8 of words are in the 2000 most common words
    29.7 of words are in the 5000 most common words
    34.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Dunya Ədəbiyyatından Hekayələr - 2
    Total number of words is 3657
    Total number of unique words is 2084
    20.0 of words are in the 2000 most common words
    27.5 of words are in the 5000 most common words
    32.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Dunya Ədəbiyyatından Hekayələr - 3
    Total number of words is 3188
    Total number of unique words is 1871
    19.5 of words are in the 2000 most common words
    28.6 of words are in the 5000 most common words
    33.0 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.