Latin

Azərbaycan Dövlət Pedaqoji Universiteti - 100 (Məlumat jurnalı) - 4

Total number of words is 916
Total number of unique words is 495
22.7 of words are in the 2000 most common words
32.9 of words are in the 5000 most common words
37.6 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
tələbələrimiz 2 qızıl (Cüdo üzrə (60kq) və Sərbəst güləş üzrə (Sökq)), 1 bürünc (Cüdo üzrə
(86kq)) medal qazanmışdır. 26.11.2018 tarixində Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasında (AHİK) ali məktəb tələbələri arasında futzal üzrə idman yarışına start
verilmişdir. Yarışda tələbələrimiz finala yüksələrək II yerə çıxmışdır. Bundan başqa ADPU
THİK-in təşkilatçılığı ilə şahmat yarışları, qızlararası və oğlanlararası voleybol yarışları, futbol
yarışları keçirilmişdir.

ADPU YAP Gənclər Birliyi

ADPU-nun ən fəal, dinamik fəaliyyəti ilə seçilən təşkilatlarından biri də 1998-ci ildən
fəaliyyət göstərən ADPU Yeni Azərbaycan Partiyası Gənclər Birliyidir. ADPU YAP GB-nin son
3 ildə əldə etdiyi kifayət qədər böyük uğurlar, sürətli inkişaf hər kəsin diqqətini cəlb edir və
müvafiq qurumlar tərəfindən yüksək səviyyədə qiymətləndirilir.

- ADPU YAP GB-nin 2019-2020-ci illərdə sədri olmuş Cavid Hüseynov YAP Səbail rayon
təşkilatı tərəfindən “Fəxri Fərman” ilə mükafatlandırılmışdır və hazırda o, ADPU-nun mətbuat
katibi (Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı) vəzifəsini icra edir.

- ADPU YAP GB-nin 2020-2021-ci illərdə sədri olmuş sədri Tərlan Ağayev YAP Səbail rayon
təşkilatı tərəfindən “Fəxri Fərman” və ADPU rəhbərliyi tərəfindən “İlin tələbəsi” adı ilə təltif
edilib.

- ADPU YAP GB 2 il ardıcıl olaraq (2019 və 2020-ci illər) digər universitet təşkilatları arasından
83 rəqibini geridə qoyaraq 1 yerə layiq görülmüşdür.

Son 2 ildə ADPU YAP GB-nin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən ən uğurlu layihələr
sırasında ADPU tarixin ən unudulmaz konsertləri sırasında göstərilən Beynəlxalq Tələbələr
Gününə həsr olunmuş konserti (2019), “Müstəqillik kuboku” (2019), “ADPU İntellekt Liqası”
(2019) “Qış kuboku” adlı iri miqyaslı intellektual yarışları, “Türk qürurunun dirçəlişi” (2019),
“Payız gəldi”, “Bizi adımızla tanıyın” adlı tədbirləri, “Uğurlu Gələcək” və bu kimi bir neçə
seminarları, onlayn platformada böyük kütlə tərəfindən izlənilən “Azərbaycanın 44 günlük
zəfər tarixi”, “Qəlbin təmizdirsə, hekayən xoş bitər” (Türk yazar Hakan Mengüçlə görüş) və bu
kimi bir neçə genişmiqyaslı layihələri qeyd edə bilərik.
Ümumiyyətlə ADPU YAP GB-nin təşəbbüsü və təşkilatçılığı ilə son 2 il ərzində 400-dən çox
layihə həyata keçirilmişdir.

ADPU Təhsil Könüllüləri İctimai Birliyi

ADPU Təhsil Könüllüləri İctimai Birliyi (TKİB) universitetdəki tələbə təşkilatları arasında ən
gəncidir və 2019-ci ilin sonlarından fəaliyyətə başlayıb. Təşkilatın əsas fəaliyyət istiqamətləri:

- Tələbələrə dəstək,
- Pedaqofi təhsil alan tələbələri təhsil tədqiqatlarına cəlb etmək,
- Təhsil siyasətində tələbələrin iştirakçılıq formasını yaratmaqdır.

Qısa zaman ərzində təşkilat öz spesifik fəaliyyət sahəsi üzrə ətrafında tələbələri toplamış və
bu müddətdə bir çox uğurlara imza atmışdır. Onlardan bəziləri ilə aşağıda tanış ola bilərsiniz:

- ADPU rəhbərliyinin ictimai fəal tələbələrlə keçdirdiyi “Könüllülər ilinin yekunu” adlı görüşdə
təşkilatın 2020-2021-ci illərdə sədri olmuş Taleh Mirzəyev və hazırkı sədri Sultanə Cəfərzadə
“İlin tələbəsi” adına layiq görülüb. 5 nəfər fəal üzv isə “Fəxri Fərman”la təlüf edilib (2020).
- “Gənclər Günü” ilə bağlı təşkilatın 3 nəfər fəalı ADPU-nun rektoru tərəfindən “Fəxri
Fərman”la mükafatlandırılıb (2021.

Fəaliyyətdə olduğu iki illik dövrdə ADPU TKİB bir neçə uğurlu layihələr icra edib:

- Tələbələr üçün biznes koç, təlimçi, ORKHANVVAY şirkətinin təsisçisi, sosial araşdırmaçı
Orxan Şahbazın təqdimatında “Sosial davranış və Karyera” təlimi (2019) və onlayn “Düşüncə
və davranış” mövzusunda təlimlər,
- “Mənim gözümdə - Təbiət” onlayn foto və rəsm müsabiqəsi (2020):
- ADPU-nun 100 illiyinə həsr olunmuş “£VİKİADPU - onlayn Vikipediya təlimləri” layihəsi.
Layihə çərçivəsində vikipediyada məqalə yaratmağı mənimsəyən könüllü tələbələr
tərəfindən 50-dən çox yeni məqalələr, o cümlədən ADPU-nun Vətən müharibəsində şəhid
olan 5 tələbə və məzunu haqqında məqalələr yaradılıb (2021, fevral-aprel).
- “Şagirdə tələbə dəstəyi” şəhid, qazi və aztəminatlı ailələrin övladlarına ödənişsiz onlayn
təhsil layihəsi (2021, apreliyun).

ADPU TKİB bu müddətdə bir çox təlim, görüş və müsabiqələr təşkil edib. Hazırda da təşkilat
bir neçə irimiqyaslı layihəni icra edir.

ADPU Türk Öğrenci Yönetim Konseyi

ADPU-nun ən fəal tələbə təşkilatlarından biri də 2005-ci ildən fəaliyyət göstərən və
universitetdə təhsil alan qardaş türkiyəli tələbələrin sosial-mədəni fəaliyyətlərini
əlaqələndirən ADPU Türk Öğrenci Yönetim Konseyi (ADPU TÖYK) - Türk Tələbə İdarəetmə
Şurasıdır. TÖYK-nın ADPU-dakı fəaliyyəti universitet rəhbərliyi və Türkiyənin müvafiq
qurumları tərəfindən təqdirlə qarşılanır. Təşkilatın fəaliyyəti və uğurlarının bir qismi ilə
aşağıda tanış ola bilərsiniz:

- 2017-2020-ci illər arasında ADPU TÖYK-nın sədri olmuş Hakan Köse 2019-cu ildə “Gənclər
Günü” və “Beynəlxalq Tələbə Günü”ndə ADPU rektoru tərəfindən “Fəxri Fərman”larla təlüif
olunmuşdur.
- 2019-2020-ci illər arasında ADPU TÖYK-nın sədr müavini olan və 2020-ci ildən sədr kimi
fəaliyyətə başlayan Akif Kaynar 2019-cu ildə “ASAN Xidmət”in təşkil etdiyi və 16 türk dövlət
və dövlət qurumunun nümayəndələrinin qatıldığı “TÜRKSOY” proqramında “Ölkəsini ən yaxşı
təmsil edən iştirakçı” sertifikatına layiq görülmüşdür.

ADPU TÖYK son 6 ildə Azərbaycanın digər universitetlərindəki TÖYK-lar içərisində önə
keçərək Öz fərqini ortaya qoymuş, ən yaxşılardan biri olmuşdur.
ADPU TOÖYK-nın son 5 ildəki ən uğurlu və böyük layihələri sırasında aşağıdakıları göstərmək
olar:

- Dahi Mustafa Kamal Atatürkün və onun əsəri olan müasir Türkiyənin mədəni mənzərəsini
göstərən “Cümhuriyyət Günü” tədbiri (2017):
- Azərbaycan və Türkiyə şəhidlərinin xatirələrinə həsr olunan və silsilə şəkildə hər il keçirilən
“Universitetlərarası Futbol Turniri” layihəsi (2018-2019-2020):
- “Ulu Öndər Mustafa Kamal Atatürkü Anma” tədbiri (2018),
- ADPU-da ilk dəfə qardaş Azərbaycan və türk xalqlarının mənəvi birliyini göstərən və
tələbələrimiz arasında həmrəylik və əməkdaşlığı gücləndirən “Ramazan İftarı” proqramları
(2018-2019),
- Möhtəşəm "Qafqaz İslam Ordusunun 100 illiyi” layihəsi (2018):
- Azərbaycan və dünya tarixinin ən qanlı səhifələrindən olan “Xocalı Soyqırımı”nı tarılının
tədbiri (2019) və ortaq milli-mənəvi dəyərlərimizi təbliğ edən daha neçə-neçə tədbirlər.

ADPU-da təqaüd imkanları

ADPU tələbələrinin TO faizinə təqaüd almaq imkanı yaradılıb və bu nisbətin yaxın gələcəkdə
100 faizə çatdırılması hədəflənir.

ADLI TƏQAÜDLƏR:
ADPU hər tədris semestri universitet və fakültələr üzrə ən yüksək nəticə göstərən
tələbələr üçün İTO manatlıq adlı təqaüdlər təqdim edir. Bakalavriat pilləsində təhsil alan hər
bir tələbənin universitetdə ümumilikdə 350 AZN təqaüd almaq imkanı var.

Universitet üzrə hər semestr ən yüksək akademik nəticə toplayan tələbələr üçün
"Heydər Əliyev" adına təqaüd

Müxtəlif fakültələr üzrə hər semestr ən yüksək akademik nəticə toplayan tələbələr üçün

Qeyd: Universitetə 500 baldan yüksək balla qəbul olan və ixtisas kodlaşdırmasında ilk yerdə
pedaqoii ixtisas seçən tələbələr Təhsil Nazirliyinin “Gələcəyin Müəllimi” təqaüdündən də
yararlana bilərlər.

,

Azərbaycan Dövlət Pedaqoii Universiteti
You have read 1 text from Azerbaijani literature.