Latin

Azərbaycan Dövlət Pedaqoji Universiteti - 100 (Məlumat jurnalı) - 3

Total number of words is 3308
Total number of unique words is 1401
17.6 of words are in the 2000 most common words
27.1 of words are in the 5000 most common words
33.5 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
professor-müəllim heyətinin ən ümdə vəzifələrindəndir. Bu irsin qorunması və gələcək
nəsillərə çatdırılması, hər bir gəncdə azərbaycançılıq hissinin formalaşdırılması, gənc
nəslin dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyə olunması ən vacib şərtlərdən
biridir. Ulu öndərin xatirəsinə ehtiram əlaməti kimi ADPU-nun əsas tədris binasının
foyesində abidəsi qoyulmuş, böyük şəxsiyyətə aid nadir eksponatların sərgiləndiyi və
professor-müəllimlərin, tələbələrin və universitetin qonaqlarının ziyarət məkanına
çevrilən Heydər Əliyev Muzeyi yaradılmışdır. Dahi şəxsiyyətin zəngin irsinin gənc nəslə
çatdırılması məqsədilə “Heydər Əliyev məktəbinin lektoriyası” təşkil edilmiş, ADPU-nun 2
saylı tədris binasında da möhtəşəm Heydər Əliyev Mərkəzi yaradılmışdır.

u,

İctimaiyyətlə əlaqələr və
tələbələrlə effektiv əks-əlaqə
mexanizmləri

ADPU-da ictimaiyyətlə əlaqələr və tələbələrlə işi universitetin “Tələbələrlə iş və
ictimaiyyətlə əlaqələr” şöbəsi yerinə yetirir.

ADPU Kütləvi İnformasiya Vasitələri və Sosial Mediada

Azərbaycan Dövlət Pedaqofi Universitetinin ictimaiyyətlə əlaqələrini daha da inkişaf
etdirmək məqsədi ilə ADPU-nun Sosial Media Marketinq komandası - ADPU SMM 2020-ci
ilin oktyabrından universitetin rəsmi sosial media hesablarını yenidən quraraq instaqram
və tvitterdə vahid rəsmi səhifələr yaradıb, ilk dəfə universitetin rəsmi teleqram kanalını
istifadəyə verib. Bir neçə ay ərzində fərqli konseptdə və operativ fəaliyyət göstərən
səhifələr tələbələr arasında böyük auditoriya toplayıb, feysbuk, instaqram, teleqram,
tvitter və yutubda minlərlə real izləyici kütləsi cəlb edərək oxşar səhifələr arasında öz
fərqini ortaya qoya bilib. Universitetin mətbu orqanı olan “Gənc Müəllim” qəzeti yeni üslub
və dizaynda, rəngli formada, çap və elektron qaydada dərc edilməyə başlanıb. “Gənc
Müəllim” istedadlı tələbələrin yazıları, Vətən müharibəsi Şəhidləri, ADPU-nun məhşur
məzunları haqqında silsilə maraqlı rublikalar təqdim etməklə yanaşı innovativ qəzetçiliyi
də tətbiq edir. Belə ki, fevral sayından başlayaraq xəbərlərdə QR kod texnologiyası ilə
lazımi məlumatlara - mətn, foto və videofayllara hiperistinadın verilməsi təmin edilir.
Tələbə və müəllimlərimiz sadəcə QR kodu smartfonlarına oxudaraq bir növ “smart
qəzet”dən lazımi informasiyanı daha əlçatan formada əldə edə bilirlər. Bu qəbildən bir
neçə yenilik üzərində də iş gedir.
ADPU-nun KİV-lə əlaqəsi də operativ əsaslarla qurularaq universitetin fəaliyyətinin
tanınmış infor masiya agentlikləri tərəfindən müntəzəm olaraq işıqlandırılması təmin
edilir.
Komanda ADPU-nun 100 illiyi ilə bağlı bu istiqamətdə fəaliyyətini genişləndirərək
“Youtube” platformasında universitetin "ADPU TV" adlı onlayn televiziyasını istifadəyə
verib. Davamlı fəaliyyətə başlayan layihənin fərqli cəhətləri sırasına kanalda təhsil
mütəxəssisləri, təhsilverənlər, tanınmış alimlərlə müsahibələrin, canlı yayımların,
müxtəlif səpkidə verilişlərin, rublikaların yayımı, tələbə fəaliyyətlərinin işıqlandırılması
aiddir. Kanalın yayım və texniki heyəti tamamilə könüllü tələbələrdən ibarətdir.
ADPU TV-nin rəngarəng proqramları içərisində “Gənc Müəllim” qəzetinə anofi olaraq
aylıq yayımlanan “ADPU Xəbərlər” verilişini xüsusilə qeyd etmək lazımdır.

Tələbələrlə əlaqə

Bir neçə ildir ADPU-da tələbə məmnunluğunun ölçülməsi məqsədi ilə mütəmadi əyani və
elektron sorğular təşkil olunur. Tələbələrin tədris, sosial-mədəni məsələləri ilə bağlı
universitet rəhbərliyi tərəfindən rektor, prorektorlar və dekanlar səviyyəsində
müntəzəm olaraq səmimi görüşlər təşkil edilir. Son bir ildə qlobal pandemiya səbəbiylə
fəaliyyətini elektron qaydada quran ADPU-da tələbələrlə görüşlər də onlayn
platformalarda keçirilir. Son aylarda keçirilən belə ümumi görüşlərdə minlərlə tələbə
iştirak edib. Bundan əlavə tələbələr istənilən vaxt tələbə təşkilatları, universitetin rəsmi
saytı və ya işlək sosial media hesabları vasitəsi ilə onları narahat dən bütün məsələlər, o
cümlədən təkliflərlə bağlı və ya istənilən şəxsə anında elektron müraciət edir, qısa

zamanda cavab alırlar. Əlavə olaraq bu yaxınlarda ADPU SMM komandasının rəsmi
teleqram kanalına əlavə etdiyi “ADPUbort” süni intellekt botu ilə tələbələr ən çox verilən
suallara cavab alır, universitet haqqında zəruri məlumatları əldə edirlər.
Hazırda universitetin mobil tətbiqi və əlavə ismarıc botları üzərində iş gedir.

ADPU-nun “Gənc Müəllim” qəzetinin təkmilləşdirilmiş
ueni variantının çap olunması

öllilli
rateyralibiın
siyqnnigini

UD,
Tələbə həyatı

Tələbələrlərin ictimai-sosial məsələləri ilə universitetin Sosial və humanitar məsələlər
üzrə prorektorluğu məşğul olur. ADPU-da tələbələrin sosial-məişət şəraitinə xüsusi diqqət
yetirilir. Universitetin tədris binalarında tələbələr üçün kampuslar üzrə müasir tipli
yeməkxana və bufet fəaliyyət göstərir. Kampusdakı tibb məntəqələrində tələbə
kontingentinə tibbi xidmət göstərilir. Universitetin Səbail və Gənclik tədris binalarında
həyətyanı sahədə yaşıllıq salınmış və oturacaqlar yerləşdirilərək tələbələrin istifadəsinə
verilmişdir. Univesitetin 1 və II saylı kampuslarında həmçinin 3 geniş və təchizatlı idman
zalı, 2 böyük, hər bir kampusda isə kiçik akt zalları tələbələrin ixtiyarındadır. ADPU-nun
əsas tədris binasındakı möhtəşəm böyük akt zalında 400 nəfər iştirakçı üçün istənilən
böyük tədbirlərin keçirilməsi imkanı vardır.
Bundan başqa, tələbələrin asudə vaxtlarının maraqlı və faydalı keçməsi üçün
universitetdə 5 tələbə təşkilatı fəaliyyət göstərir. Hər bir tələbə bu təşkilatların işində
iştirak edə və ya tədbirlərinə qatıla bilər. Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr
şöbəsinin kurasiyası ilə bu təşkilatlar, - Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər
Təşkilatı, ADPU YAP Gənclər Birliyi, ADPU Təhsil Könüllüləri İctimai Birliyi və ADPU Türk
Öğrenci Yönetim Konseyi yerli və əcnəbi tələbələrin sağlam düşüncəli, milli ruhlu,
vətənini sevən vətəndaş kimi formalaşmalarında, onların sosiallaşmalarında mühüm rol
oynayırlar.
Tələbələr arasında daimi intellektual oyunlar da keçirilir. “Nə? Harada? Nə Zanan?” ,
“Breyn Rinq”, “Xəmsə”, “Axtar tap” və başqa intellektual oyunlar üzrə liqa yarışları həyata
keçirilir.
Mədəni-kütləvi tədbirlərin təşkilində Həmkarlar İttifaqı Komitəsi, Tələbə Həmkarlar
İtüfaqı Komitəsi (THİK), Tələbə Gənclər Təşkilatı (TGT), ADPU-nun Yeni Azərbaycan
Partiyası Gənclər Birliyi (ADPU YAP GB), Təhsil Könüllüləri İctimai Birliyi ilə yanaşı
fakültələr yaxından iştirak edir. Xüsusən ADPU-nun tələbə təşkilatlarının fəalları Tovuz
döyüşləri, Vətən müharibəsi, pandemiya şəraitində yardımlaşma kampaniyalarının
təşkilində və onlayn təhsillə bağlı işlərdə olduqca mütəşəkkil fəalliyət göstərib.
Universitetimizdə yeni yaranan Ağsaqqallar Şurası, bu işlərə yeni qoşulan Elmi-təşkilati
şöbə də bu tədbirlərin keçirilməsinə yaxından dəstək verir.

Tibbi xidmətin təşkili

ADPU-nun poliklinikası universitetin bütün tədris kampuslarında yerləşir və tələbə
kontingentinə, ehtiyacı olan zaman müəllim və inzibati işçilərə də tibbi yardım xidmətini
göstərir. Poliklinikanın əsas planlı işləri aşağıdakılardır:

- ADPU-ya yeni daxil olmuş tələbələri tibbi müayinədən keçirmək
- Rentgen müayinəsinin tibb qruplarına bölünməsini təşkil etmək
- Tələbələr arasında infeksion xəstəliklər aşkar olunduğu halda infeksion xəstəliklər üzrə
ixtisaslaşmış xəstəxanalara göndərilməsini və xəstə ilə təmasda olanların yenidən
müayinə olunmasını təşkil etmək
- Tələbələr arasında vaxtaşırı sanitar maarif işini aparmaq, aktual tibbi mövzularla bağlı
məlumatları tələbələrə çatdırmaq
- Laboratoriya və sorğu yolu ilə helmentli xəstələrin aşkar edilməsi və müalicəsinin
təşkili
- Vələbələr arasında psixolofi yardıma ehtiyacı olanları psixolofi xidmət mütəxəssislərinə
yönəltmək

Şəki Filialı

Azərbaycan Dövlət Pedaqofi Universitetinin Şəki Filialı bölgədə mədəni həyatın
inişafında müstəsna əhəmiyyəti olan ali təhsil ocağıdır. Şəki filialı bir ali təhsil müəssisəsi
kimi ötən 30 illik fəaliyyəti dövründə zəruri ehtiyac olan ixtisaslar üzrə 4 mindən artıq
ilkin kadr hazırlığı həyata keçirmiş, bölgə ali məktəbi üçün qaneedici elmi-pedaqofi kadr
potensialı formalaşdırmışdır. Respublikamızın şimal-qərb bölgəsində, qədim Şəkidə
fəaliyyət göstərən bu ali məktəb 1991-ci ildə Bakı Dövlət Universitetinin Şəki Filialı adı
altında fəaliyyətə başlamışdır. 1992-1993-cü tədris ilində filiala 8 ixtisas üzrə respublikanın
“O şəhər və rayonundan 87 nəfər tələbə qəbul olunmuş, bölgədə yaşayan 25 nəfər alim,
habelə tanınmış, yüksək hazırlıqlı digər mütəxəssislər filialda tədris prosesinə cəlb
olunmuşlar. Bəzi elm sahələri üzrə ixtisaslı mütəxəssislərin azlığına görə Bakıdakı ali
məktəblərdən, xüsusən Bakı Dövlət Universitetindən də alimlər dəvət edilmişdir.
Fəaliyyəti dövründə bu bölgə ali məktəbində 1200 nəfərdən artıq alitəhsilli pedaqofi kadr
hazırlanmışdır.
Hal-hazırda bu təhsil ocağında professor-müəllim heyəti tərkibində 100 nəfərədək
əməkdaş çalışır ki, onlardan da 10 nəfərə qədəri elmlər doktoru, professor, 20 nəfərdən
çoxu fəlsəfə doktoru, dosent, 30 nəfərdən çoxu baş müəllim, 15 nəfərə qədəri magistr, 20
nəfərə qədəri isə doktorant və dissertantdır. Son 5 ildə filial əməkdaşlarından 2 nəfəri
elmlər doktoru, 3 nəfəri isə fəlsəfə doktoru proqramı üzrə dissertasiya müdafiə edərək
alimlik dərəcələri almışlar. Filial əməkdaşlarından 60 nəfərə yaxını respublikada,
həmçinin ABŞ və Fransada müxtəlif təlim kurslarından keçərək sertifikatlar almışlar.
Hazırda ADPU-nun Şəki Filialında professor-müəllim heyətinin elmi tədqiqat işlərinə cəlb
edilməsi sahəsində xeyli uğurlu nəticələr əldə edilmişdir. ADPU-nun Şəki Filialının
respublikanın bir sıra ali məktəbləri ilə yanaşı, Türkiyə, Rusiya, Fransa, Gürcüstan,
Ukrayna və s. kimi ölkələrin elmi müəssisələri ilə sıx əməkdaşlıq əlaqələri vardır. Filialda
Elmi Şura, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar İttifaqı
Komitəsi kimi strukturlar fəaliyyət göstərir.
Filial 3,2 hektar ərazidə 2 və 3 mərtəbəli yanaşı 2 binada yerləşir.

İxtisaslar

“Məktəbəqədər təhsil”, “İbtidai sinif müəllimliyi”, “Tarix və coğrafiya müəllimliyi”,
“Təhsildə sosial-psixolofi xidmət”, “İngilis dili müəllimliyi”, “Fransız dili müəllimliyi”,
“Riyaziyyat və informatika müəllimliyi” və “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”
Hazırda filialda 900 nəfərədək tələbə təhsil alır.

Tlllu"İİrili rli:

lilululn"



Ili illi 7

Quba Filialı

Azərbaycan Dövlət Pedaqofi Universitetinin Quba Filialı bir ali təhsil müəssisəsi kimi
ötən 30 illik fəaliyyəti dövründə zəruri ehtiyac olan ixtisaslar üzrə 2 mindən artıq ilkin
kadr hazırlığı həyata keçirmiş, elmi-pedaqofi kadr potensialı formalaşdırmışdır.
Respublikamızın şimal-şərq bölgəsində yerləşən, tarixi və mədəni mərkəz kimi tanınan
qədim Qubada fəaliyyət göstərən bu ali məktəb 1991-ci ildə Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin Quba Filialı adı ilə fəaliyyətə başlamışdır.
1991-1992-ci tədris ilində filiala A ixtisas üzrə respublikanın 31 şəhər və rayonundan 120
nəfər tələbə qəbul olunmuş, bölgədə yaşayan 6 nəfər alim, habelə yüksək hazırlıqlı digər
mütəxəssislər filialda tədris prosesinə cəlb olunmuşlar. ADPU-nun Quba Filialının
respublikanın bir sıra ali məktəbləri ilə yanaşı, Türkiyə, Rusiya, Polşa ,Ukrayna və s. kimi
ölkələrin elmi müəssisələri ilə sıx əməkdaşlıq əlaqələri də vardır. Filial ötən ilin may ayının
14-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ilinə həsr edilən
"Pandemiya şəraitində onlayn təhsil: reallıqlar və perspektivlər" mövzusunda beynəlxalq
seminara ev sahibliyi edərək dünyanın və ölkəmizin 14 universitetini bir araya gətirib.
Filialda Elmi Şura, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar
İttifaqı Komitəsi kimi strukturlar fəaliyyət göstərir.
Filial 2,5 hektar ərazidə 2 və 3 mərtəbəli 2 binada yerləşir.

İxtisaslar:

....

“İbtidai sinif müəllimliyi”, “Azərbaycan dili və ədəbiyyatı” müəllimliyi, “Tarix və coğrafiya
müəllimliyi” “Təhsildə sosial-psixolofi xidmət”, “Riyaziyyat və informatika müəllimliyi”, ,
“Riyaziyyat müəllimliyi”, “Coğrafiya müəllimliyi”, “TVarix müəllimliyi” və “Məktəbəqədər
təlim və tərbiyə”
Hazırda filialda 900 nəfərədək tələbə təhsil alır.

Cəlilabad Filialı

Filial 2000-ci ildə Cəlilabad Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmışdır.
Filial əhalisinin sayı 220 mindən çox olan Cəlilabad rayonunda yerləşir və regionda
pedaqofi kadr hazırlığı və ömürboyu təhsili reallaşdırmaq məqsədi ilə gələcəyə
proqnozlaşdırıl işlər aparır. Cəlilabad Filialı qısa bir zamanda əksəriyyətin istinad edəcəyi
elm, təhsil, mədəniyyət və ideolofi bir mərkəzə çevrilmişdir. Filial təhsil islahatı ilə bağlı
bütün məsələlərin və təhsil innovasiyalarının inteqrasiyası baxımından bölgədə xüsusi
əhəmiyyət kəsb edir.
Filialın pedaqofi kollektivi dövlət siyasətinin stratefi xətti olan təhsil siyasətinin qlobal
dünyanın tələbləri səviyyəsində həyata keçirilməsi istiqamətində hər zaman bütün
potensial gücü ilə çalışmış və budan sonra da bu istiqamətdə fəaliyyət dairələrini
genişləndirəcəkdir. Müasir tələblərə cavab verən 2 kompüter mərkəzi, 2 Akt zalı, 140
nəfərlik böyük zal, 60 nəfərlik kiçik zal, 4514 adda nüsxə dərslik, dərs vəsaiti, monoqrafiya,
digər elmi və bədii ədəbiyyatların cəmləşdiyi kitabxana vardır. Filialda hazırlanan
ixtisaslar üzrə tələb olunan dərslik və dərs vəsaitlərinə olan tələbatı təmin etmək üçün
kitabxanada İKT imkanarından istifadə edilir.
3 ictimai təkilat fəliyyət göstərir: - Tələbə Elmi Cəmiyyəti, - Tələbə Gənclər Təşkilatı,
- Həmkarlar İttifaqı Komitəsi.
Fəaliyyətdə olduğu 21 ilə yaxın dövr ərzində ADPU-nun Cəlilabad Filialında bakalavr
pilləsində pedaqofi kadr hazırlığı ilə yanaşı, pedaqofi kadrların ixtisasının artırılması,
təkmilləşdirilməsi və yenidən hazırlanması sahəsində də səmərəli işlər aparılmışdır.
Filial 3/2 hektar ərazidə 2 və 3 mərtəbəli yanaşı 2 binada yerləşir.

İxtisaslar:

“Məktəbəqədər təlim və tərbiyə”, “İbtidai sinif müəllimliyi”, “Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi” və “Tarix və coğrafiya müəllimliyi”
Hazırda filialda 400 nəfərədək tələbə təhsil alır.

in

Şamaxı Filialı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 1991-ci il tarixli 200 NO0-li qərarına
əsasən V.İ.Lenin adına APİ-nin Şamaxı filialı kimi Şamaxı şəhərində fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il 349 nömrəli
Fərmanı ilə Azərbaycan Dövlət Pedaqofi Universitetinin (ADPU) Şamaxı Filialının bazasında
Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Şamaxı Filialı yaradılıb. Azərbaycan Respublikası
Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamına əsasən AMİ Pedaqofi
Universitetə qoşulduğundan, onun bütün filialları ilə yanaşı Şamaxı filialı da ADPU-nun
Şamaxı Filialına çevrilmişdir.
Fəaliyyətdə olduğu 30 il ərzində ADPU-nun Şamaxı filialında bakalavr pilləsində pedaqofi kadr
hazırlığı ilə yanaşı, pedaqofi kadrların ixtisasının artırılması və yenidən hazırlanması
sahəsində də səmərəli işlər aparılmışdır.
ADPU-nun Şamaxı Filialında professor-müəllim heyəti elmi tədqiqat işlərində xeyli uğurlu
nəticələr əldə ediblər. Son 5 ildə filial əməkdaşları tərəfindən tədris üçün zəruri 20 dərslik və
dərs vəsaiti, 10-a yaxın monoqrafiya, 10 proqram, 10 metodik vəsait, 140-dan çox respublikanın
nüfuzlu İurnallarında və 20-dən çox xarici ölkələrin nüfuzlu Purnallarında məqalə, həmçinin
30-a yaxın xarici və 100-dən artıq respublika və beynəlxalq səviyyəli konfranslarda məqalə
nəşr olunmuşdur.
ADPU-nun Şamaxı filialının respublikanın bir sıra nüfuzlu ali məktəbləri ilə yanaşı Türkiyə,
Makedoniya, Rusiya, İtaliya və Gürcüstan Respublikasının nüfuzlu ali məktəbləri ilə
əməkdaşlıq əlaqəsinin nəticəsidir ki, filialda 17-18 may 2017-ci il tarixlərində “III Beynəlxalq
Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumu” keçirilib. Növbəti il Türkiyə
Respublikasının Amasiya şəhərində həmin simpoziumun davamı olaraq keçirilən tədbirdə
filialın əməkdaşları da iştirak ediblər.
ADPU-nun təşkilatçılığı ilə Şamaxı filialında 2 iyun 2018-ci il tarixində respublika səviyyəli
“Müəllim, məni yaradıcılığa ruhlandırl” mövzusunda keçirilən “Pedaqofi Oxu”da respublikanın
12 rayonundan ümumilikdə 200 nəfərdən çox qabaqcıl təhsil işçisi iştirak etmişdir.
Filialda Pedaqofi fakültə və onun nəzdində 3 kafedra fəaliyyət göstərir.
Tələbələrin sosial fəaliyyətinin təşkili məqsədilə filialda Tələbə Elmi Cəmiyyəti, Tələbə
Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı və Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi
fəaliyyət göstərir.
Son 5 ildə ADPU-nun Şamaxı Filialının TGT-si 2 dəfə ADPU filialları arasında “İlin TGT-si”
mükafatına layiq görülmüşdür.
İxtisaslar:

“İbtidai sinif müəllimliyi”, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Tarix və coğrafiya
müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi” “Fizika müəllimliyi”, “Təhsildə
sosial-psxfiolofi xidmət” və “Məktəbəqədər təlim və tərbiyə”
Filialda ümumilikdə 550 nəfərədək tələbə təhsil alır.

Ağcabədi Filialı

13 iyun 2000-ci ildə Ümummilli Lider Heydər Əliyevin 349 saylı fərmanı ilə Azərbaycan
Dövlət Pedaqofi Universitetinin Şuşa Ailialının bazasında Azərbaycan Müəllimlər
İnstitutunun Ağcabədi Ailialı kimi yaradılmışdır. Fəaliyyətdə olduğu dövr ərzində
Azərbaycan Dövlət Pedaqofi Universitetinin Ağcabədi Ailialında bakalavr pilləsində
pedaqofi kadr hazırlığı ilə yanaşı, pedaqofi kadrların ixtisasının artırılması və yenidən
hazırlanması sahəsində də səmərəli işlər aparılmışdır. Hazırda ADPU-nun Ağcabədi
Filialında professor-müəllim heyətinin elmi tədqiqat işlərinə cəlb edilməsi sahəsində xeyli
uğurlu nəticələr əldə edilmişdir. Təkcə 2016-cı ildə filial əməkdaşları tədrisə zəruri olan 2
dərs vəsaiti, 1 monoqrafiya, 1 dərslik, 5 proqram, 40 elmi və elmi-metodiki məqalə, 1
metodik vəsait, 5 konfrans tezisi hazırlayaraq nəşr etdirmişdir. Filialın ABŞ, İngiltərə,
Fransa, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və s. kimi ölkələrin elmi müəssisələri ilə sıx
əməkdaşlıq əlaqələri vardır. Filialda Direktor Şurası, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi
Cəmiyyəti və Tələbə Həmkarlar İttifaqı Komitəsi kimi strukturlar fəaliyyət göstərir.
Filial 6,5 hektar ərazidə 3 mərtəbəli binada yerləşir.

İxtisaslar:

“Riyaziyyat və informatika müəllimliyi, “Tarix və coğrafiya müəllimliyi”, “Azərbaycan dili
və ədəbiyyatı müəllimliyi”, “İbtidai sinif müəllimliyi”, “Fizika müəllimliyi”, “Riyaziyyat
müəllimliyi”, “İngilis dili müəllimliyi” və “Məktəbəqədər təhsil”
Hazırda filialda 600 nəfərədək tələbə təhsil alır.

in

ADPU-nun nəzdində Azərbaycan
Dövlət Pedaqoifi Kolleci
m

Azərbaycan Dövlət Pedaqofi Kolleci 1919-cu ildən bu günə kimi müxtəlif adlarla fəaliyyət
göstərib. 2016-cı ildən etibarən keçmiş Bakı Sənaye Pedaqofi Kolleci də ADPK-nın tərkibinə
qatılaraq iki kollecin bazasında ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoifi Kolleci
yaradılıb.
Kollecdə 250 nəfərədək müəllim fəaliyyət göstərir. Onların içərisində bir neçə nəfər elmlər
doktoru, professor, 20 nəfərədək fəlsəfə doktoru, 20 nəfərədək baş müəllim, 30 nəfərdən çox
dissertant var. Son illər ərzində Azərbaycan Dövlət Pedaqoii Kollecində təlim-tərbiyə işinin
təşkili, tədris prosesində kollecin müəllim və tələbə heyətinin həyata keçirdiyi elmi-kütləvi,
mədəni tədbirlər, tədris-metodiki materiallar, kütləvi informasiya vasitələrində dərc olunmuş,
kollecin fəaliyyətini işiqlandıran yazılardan nümunələrinin hazırlanması, gənc müəllimlərlə
işin təşkili, müəllim və tələbələrin açıq dərs icmalları və bədii yaradıcılıq nümunələri və sair ilə
iş geniş vüsət almışdır.
Bu qocaman təhsil ocağında əksəriyyəti qızlardan ibarət olan tələbələrin estetik tərbiyəsinə
xüsusi diqqət yetirilir. Bu gün ölkənin hansı bölgəsinə nəzər salsanız, Pedaqofi Kollecin
məzunlarına rast gəlmək mümkündür. Onlar içərisində gənc nəslin təlim-tərbiyəsində böyük
rolu olan müəllimlər, elm və mədəniyyət sahələrində fəaliyyət göstərən, dövlət qulluğunda
çalışan, rəhbər vəzifədə işləyən ziyalılar, görkəmli insanlar az deyildir. Kollecin məzunları bir
sıra ali məktəblərə qəbul olunaraq təhsillərini davam etdirirlər. Sevindirici haldır ki, “Əməkdar
müəllim” adına layiq görülmüş ibtidai sinif müəllimləri arasında bu kollecin məzunları da
vardır.
Hazırda Pedaqofi Kollecin zəngin maddi-texniki bazası vardır. Belə ki, müasir elmi-texniki
avadanlıqlarla təchiz edilmiş 2A kabinet fəaliyyət göstərir. Akt zalı, yeməkxana, idman zalı,
arxiv, muzey, oxu zalı və 80.000-dən çox kitab saxlanılan zəngin kitabxana, bədii-estetik və
pedaqofi-psixolofi tələblərlə tərtib olunmuş və bəzədilmiş foye, dəhlizlər burada
təlim-tər biyəni həyatın və təhsil islahatlarının tələblərinə uyğun qurmağa imkan verir.
Zəngin ənənələrə əsaslanan Azərbaycan Dövlət Pedaqoii Kolleci öz fəaliyyəti dövründə daim
yeniləşərək ölkə təhsilinin çağdaş inkişaf mərhələsində özünəməxsus yer tutacaqdır.

İxtisaslar:

“Məktəbəqədər təlhsil”, “Fiziki tərbiyə müəllimliyi”, “Ailə və ev təhsili”, “İnklüziv təhsil və
“Sosial iş”
Hazırda 2 tədris binası ilə tələbələrə xidmət göstərir. Kollecdə əyani və qiyabi şöbələr üzrə
ümumilikdə 4000 nəfərədək tələbə təhsil alır.

Al

ADPU tərkibində M.Rahim adına
7N9-li baza məktəbi

M.Rahim adına 7 nömrəli tam orta məktəb 2009-cu ildə “Microsoft Azərbaycan”
tərəfindən "Novator Məktəblər Proqramı"na təqdim olunmuş məktəblər içərisindən
seçilmişdir. Məktəb "Dünya İnnovativ Məktəblər şəbəkəsi"nə qoşulub və dünyanın bir sıra
məktəblərinin qabaqcıl təcrübələrini öyrənir.
M.Rahim adına 7 nömrəli tam orta məktəb zəngin tarixi olan və bu gün müasirliyin
önündə gedən qabaqcıl təhsil ocaqlarındandır. Məktəb ötən əsrin əvvələrində, 1928-ci ildə
ibtidai orta məktəb (-VII siniflər) kimi fəaliyyətə başlayıb və Paris Kommunasının adını
daşıyıb. Dərslər rus dilində keçirilib. 1940-1926-cı illərdə məktəbin binasından hərbi
hospital kimi istifadə olunub. 1950-ci ildən başlayaraq 7 nömrəli məktəb Azərbaycan
dilində tədrisə başlayıb. 1977-ci ildə xalq şairi M.Rahimin 70 illik yubileyində məktəbə onun
adı verilib. Məktəb "2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən "Elektron
məktəb" pilot layihəsinə daxil edilmişdir. Layihənin həyata keçirildiyi müddətdə tədris
prosesinin təşkili və idarə olunmasında bir sıra müsbət dəyişikliklər baş vermişdir.
Flektron yurnalların tətbiqi müəllimlərin valideynlərlə əlaqəsi, şagird nailiyyətlərinin
valideynlər tərəfindən əldə edilməsini asanlaşmışdır. SMS vasitəsilə şagirdlərin
qiymətləri haqqında valideynlərin məlumatlandırılması, elektron tədris resurslarının
istifadəsi mövcuddur. Məktəbdə Dövlət Proqramı çərçivəsində "I şagird, 1 kompüter”
layihəsi tətbiq olunur.

Tələbələrin elmi tədqiqat
işinin təşkili

ADPU-da Tələbə Elmi Cəmiyyəti 1940-cı ildə yaradılmışdır. Hazırda ADPU-nun 8
fakültəsində TEC fəaliyyət göstərir. İstedadlı tələbələr təcrübəli professor və dosentlərin
rəhbərliyi ilə elmi tədqiqat işləri aparırlar. Hər il bütün fakültələrdə tələbələrin elmi
konfransı keçirilir və onların elmi tədqiqat işlərinin nəticələri ayrıca toplu şəkilində çap
olunur. Universitet üzrə də TEC-in konfransı yüksək səviyyədə təşkil edilir.

Məl ALekdman spardığı riyazi hesablamalardan

əslcə bal əsdi ki, kaimat fteç də sabit deyil və o hər an genişləna
suza qədər), yaxud büzüülə (sonşyz həcmədaki bilar. A.Feidmanın
nəticələri üzərində işləyərək onlirı daha da təlimilləşdirarı Hçikalı əstrofti
Clemaetr 1924-cü ———..——— var və obu
başlanğıcdan etibaran
başlanğıcdan qalan radiasiyanın
sonra, 1929-cu ildə ABŞ astronomu
atdi,

Fıq spektr qrmazyə: qarmazıya çalar, infraqırmızı dalğalar.
buraxır” Bur .— Doplar effektinin (cisim müşzhidəçidan uzaq-kaşdlaca işiq,
—.. kainatda ilaməsini - yəni kasnatdanı
İn bizdən və bir-birlərindən
virdi, $u astronamiyada dönüş yaratdı va müvafq
M ə——

Tələbə Gənclər Təşkilatı

ADPU-nun ən fəal tələbə təşkilatlarından biri Tələbə Gənclər Təşkilatıdır (TGT). 2005-ci
ildən fəaliyyət göstərən ADPU TGT-nin son illər həyata keçirdiyi tədbirlər, əldə etdiyi
uğurlar diqqəti cəlb edir və müxtəlif qurumlar tərəfindən yüksək qiymətləndirilir. Qeyd
edək ki, eyni zamanda ADPU-nun bütün filiallarında da TGT fəaliyyət göstərir. ADPU TGT
ölkədə ən aktiv tələbə təşkilatlarından biridir.

- ADPU TGT-nin 2013-2015-ci illərdə sədri olmuş Sahil Qələndərov 2015-ci ildə “Səbail
rayonunda ilin ən fəal gənci” seçilmişdir. Sahil Qələndərov 2019-2020-ci ilərdə UNESCOnun beynəlxalq təqaüd proqramını qazanaraq Çində ikinci magistr təhsili almışdır və hazırda BSU-da rektor müşaviri vəzifəsində çalışır.
- ADPU TGT-nin 2015-2017-ci illərdə sədri olmuş Cavid Hüseynov 2016-cı ildə “İlin ən yaxşı
TGT sədri” seçilmişdir. Hazırda ADPU-nun mətbuat katibidir.
- 26 dekabr 2017-ci il tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən
ölkə universitetləri arasında “İlin TGT-si” mükafatına layiq görülmüşdür.
- 2 fevral 2021-ci ildə ADPU TGT yenidən ölkə üzrə bütün universitet TGT-lərini
qabaqlayaraq “İlin TGT-si” seçilib.

Son 5 ildə TGT-nin ən uğurlu layihələri sırasında “Gələcəyin Qurucuları 1 Yay Liderlik
Məktəbi” -(2016), “ADPU SURVTVOR” ( 2018), “Gələcəyin Qurucuları II Yay Liderlik Məktəbi”
(2019), 2450 nəfər tələbənin iştirakı ilə 2016-cı ildə həyata keçirilmiş Cənubi Qafqazda ən
böyük intellektual yarış, “ADDIM-ADDIM AZƏRBAYCAN” və başqa layihələri qeyd etmək
olar. Ümumilikdə son 5 ildə 800-ə qədər layihə həyata keçirilmişdir.
2018-ci ildə Azərbaycan Dövlət Pedaqofi Universitetinin 6 tələbəsi Azərbaycan
Respublikası Gənclər Fondunun elan etdiyi 11-ci qrant müsabiqəsinin qalibi olmuş və bu
layihələri ADPU TGT icra etmişdir. Onlar arasından bütöv Azərbaycanı əhatə edən
“Gələcəyin Qurucuları adlı Tələbə-gənclərin 1 Forumu” (2018-2019), “Şəhidimin hekayəsi”
sənədli filmini (2019) xüsusilə vurğulamaq olar.

Tələbə Həmkarlar İttifaqı Komitəsi

ADPU-da 1926-cı ildən fəaliyyət göstərən universitetin ən köklü tələbə təşkilatlarından biri
olan Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tələbələrin sosial problemlərinin həlli, onların
hüquqlarının müdafiə edilməsi, müalicə və istirahətlərinin təşkili istiqamətində tədbirlər
həyata keçirir. Son illərdə ADPU THİK-in gördüyü işlər və əldə etdiyi uğurların bir neçəsi ilə
aşağıda tanış ola bilərsiniz:

- ADPU THİK sədri dos. V. Məmmədov 2018-ci ildə ATİAHİ RK-nın 100 illik döş nişan ilə təltif
edilmişdir.
- ADPU THİK 2016-cı ildə “İlin Həmkarlar Təşkilatı” adına layiq görülmüşdür.
- 2021-ci ildə ADPU THİK-in 19 nəfər üzvü Respublika Həmkarlar İttifaqı Komitəsinin yubiley
döş nişanı ilə təlüf edilmişdir.
- Son 5 ildə yüksəlişə doğru inamlı addımlar atan ADPU THİK yüzlərlə tədbir və layihələrin
təşkilatçısıdır.
- 2015-2021-ci illər ərzində 60 tələbə THİK-in adlı təqaüdünə layiq görülmüşdür. 2018-2019-cu
illərdə tələbələrin ictimai nəqliyyatdan istifadə imkanlarını yaxşılaşdırmaq üçün tələbələr
Bakıkartlarla təmin edilmişdir. Sosial həssas qrupa daxil olan tələbələr talon sistemi ilə
universitet bufetində pulsuz nahar yeməyi ilə təmin edilmişdir.
- Son illərdə “ADPU SƏS T? “ADPU SƏS II” “Bədii Yaradıcılıq Müsabiqəsi T”, “Bədii yaradıcılıq
Müsabiqəsi II”, “Qış Liderlik Məktəbi”, ADPU-da bir ilk olan “ADPU İSTEDAD" kimi böyük
layihələrə uğurla imza atılmışdır. “Bahar Nağılı”, “Bayraq Günü”, “Yeni İl”, “Novruz Şənliyi”,
“Məzun Günü” “Gülə-gülə yaşayaq” kimi cari tədbirlər çox yüksək səviyyədə təşkil edilir və
tələbələr tərəfindən rəğbətlə qarşılanır.
- 2019-cu ilin aprel-may aylarında təşkil edilən tələbələrin ümumrespublika universiadasında
You have read 1 text from Azerbaijani literature.
Next - Azərbaycan Dövlət Pedaqoji Universiteti - 100 (Məlumat jurnalı) - 4